İsmayıl bəy Şahmalıyev
Şahmalıyev İsmayıl bəy Nəsrullah bəy oğlu — Xüsusi Zaqafqaziya Komitəsinin komissarı.
İsmayıl bəy Şahmalıyev | |
---|---|
Şahmalıyev İsmayıl bəy Nəsrullah bəy oğlu | |
Zaqatalanın qubernatoru | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Samux, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Xabarovsk diyarı, RSFSR, SSRİ |
Təhsili | Tiflis gimnaziyası, Novorossiya İmperator Universiteti[1] |
Atası | Nəsrullah bəy Şahmalıyev |
Anası | Şahpəri xanım Şahmalıyeva |
Uşağı | Şahpəri xanım Şahmalıyeva |
Həyatı
1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını, 1908-ci ildə Novorossiyski Universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 10 fevral 1909-cu ildə Tiflis Məhkəmə palatası yanında I cinayət departamentində məhkəmə vəzifələrinə kiçik namizəd kimi başlamışdır, 1 fevral 1910-cu il tarixdən Yelizavetpola keçirilmiş` və burada 1910-1911-ci illərdə quberniya katibi, Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş namizəd vəzifələrində işləmiş, 4-cü istintaq şöbəsinə, Yelizavetpol qəzasının Ləki istintaq sahəsinə rəhbərlik etmişdir. 1911-ci ilin sentyabrında istefaya çıxmışdır. 1913-cü ilin iyulunda yenidən dövlət xidmətinə qayıtmış, İrəvan Dövlət Palatasının xüsusi tapşırıqlar məmuru təyin edilmişdir. 16 fevral 1914-cü ildən – İrəvan quberniyasının Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin köməkçisi, 1914-cü ilin aprel ayından 1915-ci ilədək Palatanın mühasib köməkçisi, ödəniş şöbəsinin müdiri, Palatanın Katibi, xüsusi tapşırıqlar məmuru, 1916-cı ildə – Palatanın I bölmə rəisi. 1916-cı ilin dekabrında Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin baş köməkçisi, 1917-ci ilin yanvarında – Zaqatala əyalətinin Vergi Müfəttişi təyin edilmişdir. 26 avqust 1918-ci ildə Gəncə Dairə məhkəməsinin üzvü təyin edilmişdir. 31 avqust 1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmiş, Bakı quberniyasının Şamaxı və Göyçay qəzalarının və Yelizavetpol quberniyalarının talan edilməsi haqqında cinayət işlərini araşdıran istintaq qruplarında işləmişdir. 19 mart 1919-cu il tarixində Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Müstəntiqi təyin edilmişdir. 1 may 1919-cu il tarixində işin azlığı səbəbindən FTK- üzvlüyündən azad edilmişdir. Sovet dövründə Gəncədə və Bakıda vəkil kimi çalışmış, Ədliyyə Xalq Komissarları yanında Hüquq müdafiəçiləri Kollegiyasının üzvü olmuşdur. Bakıda dövlət müəssisələrində hüquq məsləhətçisi işləmişdir. 1938-ci il aprelin 2-də Az.DİXK Dövlət Təhlükəsizliyi orqanları tərəfindən guya əks-inqilabçı, millətçi qiyamçı təşkilata mənsub olmaqla ittiham edilərək həbs olunmuşdur. Özünü müqəssir bilməmişdir. 2 iyun 1938-ci il tarixində Az.SSR DİXK Xüsusi Üçlüyü tərəfindən İslah-Əmək Düşərgəsində (İƏD) çəkməklə 10 il müddətinə məhkum edilmişdir. 25 noyabr 1938-ci il tarixində Xabarovsk diyarında İƏD-də ölmüşdür. 1955-ci ildə bəraət almışdır.
İstinadlar
- "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-24.