İsmayıl Seragəldin
İsmayıl Seragəldin (d. 1944-cü il Giza) — İsgəndəriyyə kitabxanasının təsisçi direktoru[3], həmin kitabxananın tədqiqat institutu və muzeyinin direktorlar şurasının sədri, bir sıra akademik, elmi, beynəlxalq müəssisələrinin məşvərətçi komitələrinin üzvü, yaxud sədri, o cümlədən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru.[4]
İsmayıl Seragəldin | |
---|---|
ərəb. إسماعيل سراج الدين | |
Doğum tarixi | |
Doğum yeri | Giza |
Vətəndaşlığı | Misir |
Elmi dərəcəsi | fəxri doktor |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
serageldin.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1944-cü ildə Misir Ərəb Respublikasının Giza şəhərində anadan olub.
Elmi fəaliyyəti
- 1972-ci ildə Harvard Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
- O, bir müddət şəhər və regional planlaşdırma üzrə məsləhətçi vəzifəsini icra etmiş, daha sonra Qahirə və Harvard Universitetlərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
- 1992-2000-ci illərdə Dünya Bankının vitse prezidenti olub.[3][5]
- 1994-2000-ci illərdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məsləhətçi qrupun sədridir.
- 1995-2000-ci illərdə Parisin “Fransa Kolleci”ndə “Beynəlxalq Yoxsulluq Əleyhinə Bilik” qurumunun professoru olub.
- Hollandiyanın Vageningen Universitetinin professorudur.
- 1996-2000-ci illərdə Qlobal Su Əməkdaşlığının Yoxsullara yardım üzrə Məsləhətçi Qrupun təsisçisi və sabiq rəhbəri olub.
- 1996-cı ildən 2016-cı ilə qədər Azərbaycan, Rumıniya, Avstraliya, Hindistan, ABŞ, Fransa, Keniya, İtaliya, Misir, Kanada, Livan, İrlandiya, Gürcüstan, Bolqarıstan kimi ölkələrin ayrı-ayrı elmi müəssisələrinin elmlər doktoru, fəxri doktoru kimi adları ilə təltif olunmuşdur.
- 2006-cı ildən Afrika Birliyinin Biotexnologiya üzrə ali səviyyəli qruplarının həmsədridir.
- 2006-2007-ci illərdə BMT TŞ-ı tərəfindən çağırılan Sivilizasiyalar İttifaqı üzrə ali səviyyəli qrupun üzvüdür.
- 2009-cu ildən "AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun " fəxri doktorudur.
- 2010-cu ildən "Həyat Ensiklopediyası"nın İcraedici Şurasının üzvüdür.
- 2010-cu ildən "Dünya Rəqəmsal Kitabxanası"nın İcraedici Şurasının üzvüdür.
- 2010-cu ildən "Odlar Yurdu Universiteti"nin fəxri doktorudur.[6]
- 2012-2013-cü illərdə Elm, Texnologiya və İnnovasiyalar üzrə Afrika Birliyinin həmsədridir.
- 2013-cü ildə İP adreslər və domen adları idarəsi üzrə Korporasiyanın (İCANN) internetin gələcəyinə baxış panelinin üzvüdür.
- 2013 və 2016-cı illərdə Dünya Sosial Elmlər Hesabatının Məsləhət komitəsində xidmət edib.
- 2013-cü ildə - YUNESKO tərəfindən dəstəklənən Dünya Su Ssenarisində iştirak edib.
- 2016-cı il 11 dekabr tarixində ona Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin, tolerantlıq və multikulturalizm, xalqlar arasında qarşılıqlı anlaşma və sülh ideyalarının təbliğində əvəzsiz xidmətlərinə görə Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu və mantiya ilə təqdim edilib.
- Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib.
Qalereya
- Dr. İsmail Serageldin"Keçmiş, indiki və gələcək İsgəndəriyyə" adlı mühazirədə
- Elmlər və İncəsənət Avropa Akademiyası bələdiyyə binası-mükafatlandırma mərasimi, 2016 Köln şəhərində
- Elmlər və İncəsənət Avropa Akademiyası bələdiyyə binası-mükafatlandırma mərasimi, 2016 Köln şəhərində
- İsgəndəriyyə direktoru : İsmayıl Seragəldin Vikimaniya 2008 bağlanış mərasimində danışarkən
İstinadlar
- https://www.aub.edu.lb/doctorates/recipients/Pages/serageldin.aspx.
- http://www.serageldin.com/Home/Page.aspx?id=21.
- İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin
- İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin Azərbaycana gəlir
- "World Bank". www.serageldin.com. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-12.
- "About Serageldin". www.serageldin.com. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-12.
Xarici keçidlər
Vikianbarda İsmayıl Seragəldin ilə əlaqəli mediafayllar var.
- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Makedoniya prezidenti ilə müzakirələr aparıb Arxivləşdirilib 2016-09-03 at the Wayback Machine
- Danimarkada Nizami Gəncəviyə həsr olunmuş kitab çap ediləcək
- İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin
- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Makedoniya prezidenti ilə müzakirələr aparıb Arxivləşdirilib 2016-09-03 at the Wayback Machine
- Danimarkada Nizami Gəncəviyə həsr olunmuş kitab çap ediləcək
- Misirli alim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin yerinə yetirilməməsini pisləyir
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.