İsmayıl Məmmədov (bioloq)
Məmmədov İsmayıl Bəqiyyət oğlu (4 aprel 1968, Culfa rayonu) — AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, dosent.
İsmayıl Məmmədov | |
---|---|
Məmmədov İsmayıl Bəqiyyət oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Xanağa, Culfa rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | biologiya üzrə elmlər doktoru |
Elmi adı | dosent |
İş yeri | |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı Akademiyası |
Həyatı
4 aprel 1968-ci ildə Naxçıvan MSSR Culfa rayonunun Xanağa kəndində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi yaradıcılığı
1991-ci ilin dekabr ayında Ümumrusuya Heyvandarlıqda Menecerlik Akademiyasında “ İnsan və heyvan fiziologiyası” ixtisası üzrə əyani aspiranturuya qəbul olunmuşdur. 1995-ci ildə Ümumrusuya Heyvandarlıq İnstitutunda “ İnəklərdə böyrəküstü vəzilərin hormonlarının yumurtalıqların ovulyasiyasına təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, elmlər namizədi elmi dərəcəsi almışdır. 1995-2003-ci illərdə Naxçıvan Araz Elm İstehsalar Birliyində böyük elmi işçi və elmi işlər üzrə direktor müavini, 2003-cü ildən AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Zooloji” tədqiqatlar” şöbəsinin müdiri, 2005-ci ildən bu günə qədər İnstitutunun Elmi işlər üzrə direktot müavini vəzifəsində işləyir. 2015-ci ilin dekabr 5-də Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikası şəraitində kənd təsərrfatı heyvanlarının və quşların koksidiozları, onların orqanizmində fizioloji göstəricilərə təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
Pedoqoji fəaliyyəti
1996-2004-cü lllərdə Naxçıvan Dövlət Universitetinin “ Zoologiya” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2003-cü ildən bu günə kimi həmin universitetin “Baytarlıq təbabəti” kafedrasının dosentidir.
Əsas elmi nailiyyətləri
Naxçıvan Muxtar Respublikası şəraitində ilk dəfə olaraq kənd təsərrfatı və heyvanları və quşlarının koksidiləri elmi əsaslarla hərtərəfli tədqiq edilmişdir. iri və sarkosporidi invaziyalarının törədiciləri, onların aralıq sahiblərinin bioloji xüsusiyyətləri, kənd təsərrüfatı heyvanlarında və quşlarında koksidilərin yaş və mövsümi dinamikası, epizootologiyası kimi elmi və böyük praktiki əhəmiyyət daşıyan məsələlər araşdırılmışdır. Sarkosporidilərin aralıq sahibləri iri və xırdabunuzlu heyvanlar, ev quşları, əsas sahibləri isə itlər, pişiklər, gəmiricilər və s. heyvanlardır. Şəxsi və fermer təsərrüfatlarında pişiklərin, itlərin ferma ərazisindəki yem saxlanılan anbarlara, tövlələrə, ot tayalarının ətrafına buraxılmamasına çalışmaq lazımdır. Ferma ərazisində və heyvan saxlanılan binalarda gəmiricilərə qarşı ciddi mübarizə tədbirləri aparmaq lazımdır. Kəsilmiş heyvanların yoluxmuş orqanları ətrafa atılmamalı, biotermiki zərərsizləşdirilməsi tövsiyə edilmişdir [1].
Kitab və monoqrafiyaları
- Mikroelementlərin orqanizmdə fizioloji rolu. Bakı, 2004, 46 s.
- Azərbaycanda muflon və bezoar keçisinin qorunma strategiyası. Naxçıvan:Əcəmi, 2007, 72 s.
- Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksanomik spektri. Naxçıvan:Əcəmi, 2014, 230 s.
- Naxçıvan Muxtar Respubliksı şəraitində ev quşlarının koksidiləri(Apicomplexa, Eimeria, Sarcocystis). Bakı: Xəzər Universiteti Nəşriyyatı, 2017, 125 s.
Əsas elmi məqalələri
- Sarkosistidilərin (Sarcocystidae) bioloji xüsusiyyətlərinin bioloji xüsusiyyətlərinin öyrənilməsi/ Naxçıvanın tarixi, maddi, mənəvi mədəniyyətinin təbii sərvətlərinin öyrənilməsi (21-22 may 2004-cü il tarixdə keçirilmiş elmi konf. mat.). Bakı, 2004, s.228-23
- Naxçıvan Muxtar Respublikasında davarların eymeriozu və ona qarşı mübarizə tədbirləri / / Azərbaycan MEA, Naxçıvan Bölməsi Xəbərləri, Təbiət və texniki elmlər seriyası , Naxçıvan, 2006, № 5, s. 54-58
- Naxçıvan Muxtar Respublikasında ev qoyunlarının sarkosporidiozu// AMEA Zoologiya İnstitutunun əsərləri XXVIII cild, Bakı, 2006, s.566-569
- Naxçıvan Muxtar Respublikası şəraitində davarların eymeriozunun hematoloji göstəricilərə təsiri// AMEA Gəncə Regional Elm mərkəzinin Xəbərləri Məcmuəsi. Gəncə 2007,№29, s. 77-80
- Влияние общей массы надпочечников на регуляцию репродуктивной функции у коров// AMEA Gəncə Regional Elm mərkəzinin Xəbərləri Məcmuəsi. Gəncə, 2008, № 36, s. 9-12
- Naxçıvan MR şəraitində qaramalda parazitlik edən eymeriyaların epizootologiyası// Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri, I cild Bakı, Elm 2008, s.40-45
- Nahçivan ve çevresinde buzağı ve düvelerde Eimeria türlerinin yayğınlığı// Kars Kafkas Universiteti vetriner Fakültesi Dergisi, 15 (6) Kars, Türkiyə, 2009, s.909-911
- Naxçıvan MR şəraitində ev toyuqlarının sarkosporidiozu// Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri, II c. Bakı: Elm, 2010,76-80
- Naxçıvan MR şəraitində ev quşlarının sarkosporidiozunun epizootologiyası// NDU Xəbərləri, Təbiət və Tibb elmlər seriyası, 2010, s. 176-181
- Nahcivan Özerk Cumhuryetinde bazı kanatlılarda Sarcocystis türlerinin yaygınlığı// Kars Kafkas Üniversiteti Veteriner fakültesi dergisi, Kars, 2010, 16 (5), s.857-860
- Naxçıvan MR şəraitində ev toyuqlarının assosativ invaziyaları// AMEA NB Xəbərləri, Təbiət və texniki elmlər seriyası, 2011, № 4, s. 179-182
- Возростная и сезонная динамика кокцидиозной инвазии крупного рогатого скота Нахчыванской АР Азербайджана// Аграрная наука сельскому хозяйству VI международ. научно-прак. конфер. Барнаул 2011, к. III, с.389-392 www1.asau.ru/doc/nauka/conf/2011book 3
- Nahcivan özerk cumhuriyyetinde keçilerde Sarcocystis türlerinin yayginlığı/17. ulusal Parazitoloji kongresi ve kafkasya ve orta-doğu paraziter hastalıklar sempozyumu, 4-10 eylul 2011, s. 319, Kars-Türkiye www.turkiyeparazitolojidernegi.org
- Возростная и сезонная динамика кокцидиозной инвазии крупного рогатого скота Нахчыванской АР Азербайджана// Жур.Ветеринария, Москва, 2012, № 2, с.36-38
- Naxçıvan MR-in müxtəlif ekoloji zonalarında iribuynuzlu heyvanlarda koksidiozun yayılması// Azərbaycan zooloqlar cəmiyyətinin əsərləri, 2012, c. 4, № 1,s.131-135
- Nahcivan özerk cumhuriyyetinde keçilerde sarcocystis türlerinin yayginlığı// Harran Ünuversitesi veteriner fak.derg.2012, c.1, № 1, s. 84-87
- Саркоспоридиоз овец в условиях Нахчыванской АР Азербайджана// Вестник АГАУ, 2012, № 1, (90), c. 54-56
- Sarcocytis-le yoluxmuş sığırların böbreküstü bezilerinin patomorfolojisi/ VII ulusal veteriner patoloji kongresi. (08-10 eylül 2014), Kars-Türkiye, 2014 s. 29
- Fauna of coccidian Parasites of cattles in Nakhchivan Autonomous Republik of Azerbaijan// European Academic Research,2014, p. 2448-2455 www.ecuacademic. Org
- Zəngəzur dağ silsiləsi regionunda bəbirin (Panthera Paradus saxicolor, pocock, 1927) mühafizəsi üçün vacib oln landşaftdır// AMEA zoologiya institutunun əsərləri, Bakı, 2015, c. 33, s. 26-31
- Naxçıvan Muxtar Respublikası şəraitində qaramalın Sarcocystis-lə yoluxma intensivliyi və ekstensivliyinə köklük dərəcəsinin təsiri// Azərbaycan Elmi Tədqiqat Baytarlıq institutunun elmi əsərləri, t. 34, Bakı 2016. s. 2138-242
- Эймериозы мелкого рогатого скота в условиях Нахчыванской Автономной Республики/ Материалы XII Международной научно-практической конференции «Аграрная наука– сельскому хозяйству» 7-8 февраля 2017 года, Барнаул, 2017, с. 280-282
İstinad
- Məmmədov İ.B. Naxçıvan Muxtar Respublikası şəraitində kənd təsərrüfatı heyvanlarının və quşların koksidiozları, onların orqanizmində fizioloji göstəricilərə təsiri: Biol. elm. dok. ... dis. avtoref., Bakı, 2015, 48 s.