İsmayıl Cövhəri

Əbu Nasr İsmayıl ibn Həmmad əl-Cövhəri (ərəb. ابو نصرإسماعيل بن حماد الجوهري), İsmayıl Cövhəri və ya sadəcə əl-Cövhəri (940, Otrar1002 və ya 1008, Nişapur) — türk[1][2] lüğətçisi və görkəmli ərəb lüğəti olan "Tacü l-lüğa və sihahil-ərəbiyyə" ("Sihah-ol-ərəbiyye") (الصحاح في اللغة)-nin müəllifi.

İsmayıl Cövhəri
ərəb. إسماعيل بن حماد الجوهري
Doğum tarixi 940
Doğum yeri
Vəfat tarixi 1002 və ya 1008
Vəfat yeri
Fəaliyyəti leksiqraf, dilçi

Həyatı

Əl-Cövhəri Mavəraünnəhrin (indiki Qazaxıstanın cənubu) Fərab[3] (Otrar) şəhərində anadan olmuşdur. O, ərəb dilini öyrənməyə Fərabda başlamış,[3] daha sonra isə Bağdadda təhsil alaraq təhsilini Hicaz ərəbləri arasında davam etdirmişdir.[4] Cövhəri daha sonra Şimali Xorasana, əvvəlcə Damğana köçmüş və nəhayət Nişapurda məskunlaşmışdır.[3] O, burada ilk əsəri olan görkəmli ərəb lüğəti "Tacü l-lüğa və sihahil-ərəbiyyə"-ni yazır.[5] Bu əsər Vankulu Mehmed Əfəndi tərəfindən XVI əsrdə "Vankulu lüğəti" adı altında tükçəyə çevrilmiş və bu əsər 1729-cu ildə İbrahim Mütəfərrikənin mətbəədə çap etdirdiyi ilk kitap ünvanının almışdır.[6]

Cövhəri uçuş cəhdi etmək məqsədi ilə özünün hazırladığı taxta qanadları qoluna taxaraq Nişaburdakı məscidlərdən birinin damına çıxmış, lakin bu uğursuz cəhdi onun ölümü ilə nəticələnmişdir.[7] Bu cəhdə mənblərdə Rayt qardaşlarından 900 il əvvəl edilmiş ilk uçuş cəhdi olaraq istinad edilir.[8] Cövhərinin bu cəhdi XIIV əsrdə yaşamış Hezarfən Əhməd Çələbi və Ləgəri Həsən Çələbi kimi şəxslər üçün ilham mənbəyi olmuşdur.

İstinadlar

  1. الذهبي, شمس الدين. سير أعلام النبلاء - ج 25 : الفهارس 2 (ərəb). IslamKotob. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-12.
  2. L., Kopf. "al-D̲j̲awharī" (ingilis). 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-12.
  3. Wikisource Thatcher, Griffithes W. Jauharī // Kisholm, Hyu (redaktor ). Britannika Ensiklopediyası. 15 (XI). Cambridge University Press. 1911. səh. 281.
  4. Book Arabic Lexicography: Its History… Arxivləşdirilib 2016-05-04 at the Wayback Machine, by John A. Haywood, year 1965, chapter six: "The Ṣaḥāḥ of al-Jauharī".
  5. Haywood, John A. 6: "The Ṣaḥāḥ of al-Jauharī" // Arabic Lexicography: Its History... (ingilis). 1965. 4 may 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2020.
  6. "Arşivlenmiş kopya". 17 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2010.
  7. Youssef, H. A., Youssef, F. A., & Dening, T. R. (1996). Evidence for the existence of schizophrenia in medieval Islamic society. History of Psychiatry, 7(25), 059. doi:10.1177/0957154x9600702503
  8. Boitani, Piero. "Winged words: flight in poetry and history" (ingilis). 2007. səh. 37. ISBN 978-0-22606-561-8.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.