İsmayıl Əskərov
İsmayıl Nəsrulla oğlu Əsgərov (15 noyabr 1914, Ordubad, Naxçıvan qəzası – 17 fevral 2003, Bakı) — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini.
İsmayıl Əskərov | |
---|---|
Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi | |
1952 – dekabr 1955 | |
Sonrakı | Xurşud Məmmədov |
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri | |
29 may 1950 – 22 sentyabr 1952 | |
Əvvəlki | Tofiq Allahverdiyev |
Sonrakı | Zəhra Kərimova |
Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini | |
dekabr 1955 – 1958 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 noyabr 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 17 fevral 2003 (88 yaşında) |
Vəfat yeri | |
Partiya | |
|
|
Təltifləri |
Həyatı
1914-cü ildə Ordubad şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə Ordubad İpəkəyirici fabrikində fohlə kimi başlamışdır. 1933-cü ildə Azərbaycan Meşə Təsərrüfatı Texnikumunu bitirərək Ordubad rayon İK-də təlimatçı, daha sonra Azərbaycan LKGİ Ordubad rayon komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş, 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, sonra həmin institutun aspiranturasını, daha sonra Moskvada Sov İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Bakı Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin müdir müavini, Azərbaycan LKGİ MK-nın təbliğat-təşviqat üzrə katibi, Azərbaycan LKGİ MK-nın birinci katibi, 1950–1952-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri, 1952-ci ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi, 1955-ci ildə Azərbaycan KP MK Ticarət-Maliyyə və Plan şöbəsinin müdir müavini, 1956-cı ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin müavini, 1957-ci ildə Azərbaycan KP MK Partiya komissiyasının sədri, 1974–1981-ci illərdə Azərbaycan KP MK-da təşkilat-partiya işi şöbəsinin müdiri, 1981-ci ildən Azərbaycan KP MK yanında Partiya komissiyasının sədri,1984–1990-cı illərdə V. İ. Lenin adına muzeyin direktoru vəzifələrində çalışmışdır.
"Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
II, V çağırış Azərbaycan SSR Ali Sovetinin, IV çağırış SSRİ Ali Sovetinin və IV çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.
1990-cı ildən respublika əhəmiyyətli təqaüdçüdür.