İsmayıl Əliyev (rektor)
Əliyev İsmayıl İsrafil oğlu (1950, Naxçıvan rayonu) — pedaqogika elmləri doktoru, professor, "Naxçıvan" Universitetinin rektoru (1999–2019), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.
İsmayıl Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1950 |
Doğum yeri | |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | pedaqogika elmləri doktoru |
Elmi adı | professor |
Həyatı
İsmayıl Əliyev 1950-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1957-ci ildə Naxçıvan şəhər 1 №-li orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1967-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmiş, 1968-ci ilin sentyabr ayınadək həmin məktəbdə laborant vəzifəsində işləmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Filialının dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi-pedaqoji fəaliyyəti
1972–1973-cü illlərdə 32 №-li Texniki-peşə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1973-cü ilin mart ayından Naxçıvan Dövlət Pedaqoji İnstitutu (indiki Naxçıvan Dövlət Universiteti) pedaqogika kafedrasında əvvəlcə pedaqoji təcrübə üzrə inspektor, sonradan assistent, müəllim, baş müəllim, dosent, kafedra müdiri, tarix-filologiya fakültə dekanının müavini vəzifəsində işləmişdir. 1988-ci ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 2002-ci ildə ABŞ Bioqrafiya İnstitutu tərəfindən ilin adamı seçilmişdir. 2005-ci ildən Naxçıvan Dövlət Universiteti pedaqogika və psixologiya kafedrasının professorudur. "Naxçıvan" Universitetinin ilk rektoru olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Evlidir, dörd övladı var.
Kitabları
- Azərbaycan etnopedaqogikası (magistr hazırlığı üçün dərs vəsaiti)
- İbtidai təhsilin pedaqogikası (mühazirələr xülasəsi)