İsmayıl Əfəndiyev

İsmayıl Mahmud oğlu Əfəndiyev (10 avqust 1910, Şamaxı30 may 1967, Bakı) — görkəmli Azərbaycan aktyor və rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Azərbaycanın ilk peşəkar kino aktyorlarındandır. "Səbuhi", "Fətəli xan", "O olmasın, bu olsun" və s. filmlərdə çəkilmişdir. "Arşın mal alan" (1945) filmindəki Süleyman obrazı İsmayıl Əfəndiyevin ən yaxşı rollarındandır.

İsmayıl Əfəndiyev
Doğum tarixi 10 avqust 1910(1910-08-10)
Doğum yeri
Vəfat tarixi 30 may 1967(1967-05-30) (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kinorejissor
Mükafatları “Əmək igidliyinə görə” medalı
Azərbaycan SSR əməkdar incəsənət xadimi

Həyatı

İsmayıl Əfəndiyev 1910-cu ildə Şamaxıda dünyaya göz açıb. Bir müddət Gəncədə teatr sahəsində çalışdıqdan sonra, 1939-cu ildə kinostudiyada işə qəbul olunur. Burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə çalışır. 1935-ci ildə rejissor A. M. Şərifzadənin "Məhəbbət oyunu" kinokomediyasında çəkilib, aşiq Səttar surətini yaradıb. Bundan sonra o, aktyor kimi "Yeni horizont", "Səbuhi", "Vətən oğlu", "Bəxtiyar", "Qara Daşlar", "Qızmar günəş altında", "Əmək və qızılgül", "İnsan məskən salır" və digər bədii filmlərdə müxtəlif obrazlar yaradıb. "Arşın mal alan"da Süleyman, "Fətəli xan"da Həmzə və "O olmasın, bu olsun"da Həsənqulu bəy filmləri aktyora şöhrət qazandırıb. Bundan başqa İ. Əfəndiyev "Bəxtiyar" bədii filmində ikinci rejissor işləyib, Ş. Şeyxovla birgə "Kölgələr sürünür" macəra filminə quruluş verib.[1] O, eyni zamanda bir neçə sənədli film çəkib, 200-ə qədər xarici filmi Azərbaycan dilinə dublyaj edib[2].

O, 1946-cı ildə Təbrizə gedir və bir neçə tamaşanı səhnəyə qoyur.

1967-ci ildə vəfat edib.

Filmoqrafiya

İstinadlar

  1. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  2. "İsmayıl Əfəndiyevin xatirə gecəsi keçirildi". 2010-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-25.

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.