İsmətli
İsmətli (əvvəlki adı: Konstantinovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun İsmətli kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Konstantinovka kənd Soveti yaradılmışdır.[4] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi İsmətli kəndi adlandırılmışdır.[5]
İsmətli | |
---|---|
39°31′57″ şm. e. 48°31′38″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1318[2] |
|
Toponimikası
Yaşayış məntəqəsini XIX əsrdə Rusiyadan köçürülmüş rus kəndliləri Konstantinovka adı ilə salmışdılar. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilmişdir.[6]
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd düzənlikdə yerləşir.
Əhalisi
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 3334 | 1614 | 1720 |
2009[8] | ↗3884 | ↗1976 | ↗1908 |
Tanınmış şəxsləri
Mətləb Əzizulla oğlu Mütəllimli — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini.
- Ələddin Eyvazov — azərbaycanlı alim.
- Fikrət Cahangirov — filologiya elmləri doktoru, professor.
- Pərviz Cəbrayıl — azərbaycanlı yazıçı.
Şəhidləri
- Abdullayev Qurban İnşallah oğlu[9] — Birinci Qarabağ müharibəsi şəhidi.
- Bəyəliyev Əhəd Vahab oğlu[10] — Birinci Qarabağ müharibəsi şəhidi.
- Həsənov Salman Rza oğlu[11] — Birinci Qarabağ müharibəsi şəhidi.
- Qafarov Xanlar İsbət oğlu (1973-1993)[12] — Birinci Qarabağ müharibəsi şəhidi.
- Mirzəyev Ərəstun Yusif oğlu[13] — Birinci Qarabağ müharibəsi şəhidi.
- Mirzəyev Nurəddin Güloğlan oğlu (1996-2016)[14] — 2016-cı il Aprel döyüşləri şəhidi.
İqtisadiyyatı
Əhalisi əsasən pambıqçılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur.
Mədəniyyəti
Kənddə İsmətli kənd kitabxana filialı,[15] İsmətli kənd klubu,[16] İsmətli Poçt Şöbəsi (AZ1318) və İsmətli EATS[17] fəaliyyət göstərir.
Din
Kənddə 20 aprel 2016-cı ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100115 A-624 olan İsmətli kəndi "Əbülfəzl" məscidi dini icması fəaliyyət göstərir.[20]
Səhiyyə
Kənddə İsmətli kənd həkim məntəqəsi yerləşir.[21]
İstinadlar
- http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41.
- https://www.e-gov.az/az/services/readwidenew/3544.
- "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 39" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
- "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
- İsmətli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 262. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 71.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 79.
- Birinci Qarabağ müharibəsi şəhidi Abdullayev Qurban İnşallah oğlu (http://bilasuvar.cls.az/)
- Birinci Qarabağ müharibəsi şəhidi Bəyəliyev Əhəd Vahab oğlu (http://bilasuvar.cls.az/)
- Birinci Qarabağ müharibəsi şəhidi Həsənov Salman Rza oğlu (http://bilasuvar.cls.az/)
- Birinci Qarabağ müharibəsi şəhidi Qafarov Xanlar İsbət oğlu (http://bilasuvar.cls.az/)
- Birinci Qarabağ müharibəsi şəhidi Mirzəyev Ərəstun Yusif oğlu (http://bilasuvar.cls.az/)
- 2016-cı il Aprel döyüşləri şəhidi Mirzəyev Nurəddin Güloğlan oğlu (http://bilasuvar.cls.az/)
- ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 24" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-18.
- ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 73" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-18.
- "Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (bilesuvar-ih.gov.az)". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
- "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Biləsuvar Rayon Təhsil Şöbəsi. Məktəblər (bilasuvar.edu.gov.az)". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
- "Biləsuvar rayonunda yerləşən təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
- "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2016), səh. 1" (PDF). 2021-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-13.
- "Biləsuvar rayonunda yerləşən səhiyyə müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
Xarici keçidlər