İsmət Abasov
İsmət Dursun oğlu Abasov (25 may 1954, İrəvan) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2018), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2004–2013), İqtisad elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Respublikası Baş nazirinin müavini.
İsmət Abasov | |
---|---|
22 oktyabr 2013 – 21 aprel 2018 | |
23 oktyabr 2004 – 22 oktyabr 2013 | |
Əvvəlki | İrşad Əliyev |
Sonrakı | Heydər Əsədov |
23 mart 1997 – 23 oktyabr 2004 | |
Nazir | İrşad Əliyev |
Sonrakı | Əhməd Əhmədzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 may 1954 (69 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, iqtisadçı |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olmuşdur[1]. 1971-ci ildə İrəvan şəhəri M. F. Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir[2]. 1976–1980-ci illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980–1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989–1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990–1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993–1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997–2004-cü illərdə[3] respublika kənd təsərrüfatı nazirinin birinci müavini işləmiş, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə respublikanın kənd təsərrüfatı naziri olmuşdur.
İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur.
22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi.
İsmət Abasov 2010-cu il may ayının 13–14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı — FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir[4].
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən[5] sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.
23 may 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[6]
Ailəlidir, iki övladı və beş nəvəsi var.
Əsərləri
- "Azərbaycanın kənd təsərrüfatı", Bakı, "Elm və təhsil" 2010. 592 səh. +24 səh.şəkil. 500 tiraj.
- "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011. 640 səh. +60 səh. şəkil. 500 tiraj.
- "Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı". Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013. 712 səh, 500 tiraj[7].
İstinadlar
- ABASOV İSMƏT DURSUN OĞLU Arxivləşdirilib 2013-10-19 at the Wayback Machine (az.)
- İsmət Dursun oğlu Abbasov
- "İ.D.Abasovun Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
- "İsmət Abasov İrəvanda səfərdədir" (az.). zaman.az. 10 May 2010. İstifadə tarixi: 2014-05-27.
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2014-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.
- "İ.D.Abasovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-24.
- "Elektron kitbaxana — A". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-21.