İsmət (film, 1934)
İsmət və ya digər adı Adətin məhvi[1] — 1934-cü ildə istehsal olunmuş Azərbaycan filmi.[2] Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[3].
İsmət | |
---|---|
| |
Janr | dram |
Rejissor | Mikayıl Mikayılov |
Ssenari müəllifləri |
Mikayıl Mikayılov Qriqori Braginski |
Baş rollarda |
Juka Mixelson İ.Daşdəmirov Xeyri Əmirzadə Əzizə Məmmədova Möhsün Sənani |
Operator | Fyodor Novitski |
Rəssam | Viktor Aden |
İstehsalçı | Azdövlətkinosənaye |
İlk baxış tarixi | 25 may 1934 |
Filmin digər adı | Adətin məhvi |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 76,5 dəq. |
Ölkələr | SSRİ |
Dil | səssiz (titrlər ruscadır) |
İl | 1934 |
Texniki məlumatlar |
6 hissə 2158,4 metr |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID6679578 |
Məzmun
Kino əsərinin əsasını təyyarəçi qadının həyatı[4] və 1933-cü ildə doğmaları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Səriyyə Xəlilovanın dramatik taleyi təşkil edir.
Köhnə adətlərdən irəli gələn bir çox maneələri aşaraq, filmin qəhrəmanı ilk azərbaycanlı təyyarəçi qadın olur.
Süjet
"İsmət" filmin süjeti belədir: İsmətin çalışdığı toxuculuq müəssisəsindən bir qrup işçi onlara qəyyumluq edən təyyarəçilərə qonaq olur. Təyyarəçilər qonaqlardan bir neçəsini təyyarə ilə gəzdirmək qərarına gəlirlər. Təşəbbüsə qoşulan İsmətin təyyarədə külək çadrasını aparır.[1]
Film haqqında
Film ilk Azərbaycanlı qadın təyyarəçi Leyla Məmmədbəyovaya ithaf olunmuşdur.[5][6]
Əli Bayramov klubunun üzvü, qadınlar arasında fəal iş aparan Səriyyə Xəlilova 1933-cü ildə qardaşı və atası tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. İsmət Səriyyənin prototipidir.
Filmdə dekorasiyalardan geniş istifadə olunub. Çəkiliş vaxtı 27 dekorasiya qurulub.
Filmin heyəti
Filmin üzərində işləyənlər
- Ssenari müəllifi: Mikayıl Mikayılov, Qriqori Braginski
- Quruluşçu rejissor: Mikayıl Mikayılov
- Quruluşçu operator: Fyodor Novitski
- Quruluşçu rəssam: Viktor Aden
- Rejissor assistenti: Məmməd Babayev, Heydər Vəzirov
- Operator assistenti: Mirzə Mustafayev
Rollarda
- Juka Mixelson — İsmət
- İ.Daşdəmirov — Yunis
- Xeyri Əmirzadə — Səməd
- Əzizə Məmmədova — Səmədin anası
- Möhsün Sənani — Dükançı Qulu
- Panfiliya Tanailidi — Ara həkimi
- Əlisəttar Məlikov — Məmməd
- P.Murza — Toxucu Fatma
- Həqiqət Rzayeva — Həqiqət
- Mirzə Əli — Molla Hacı
- Əli Qurbanov — qoçu
- İzzət Oruczadə
- Əhməd Qəmərlinski
İstinadlar
- Məmməd Süleymanov. Azərbaycanda çadra əleyhinə hərəkat — Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli. teleqraf.com (az.)
- Musayeva, G. "İsmət" filminin 75 yaşı qeyd olunub: [Kinorejissor Mikayıl Mikayılovun çəkdiyi eyni adlı film haqqında] //525-ci qəzet.- 2010.- 10 mart.- S. 7.
- """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- Tahirqızı, Ü. Şərqin əfsanəvi xanımı: Leyla Məmmədbəyova: O, müharibə dövrü ərzində 4000 paraşütçü-desant hazırlamışdı: ["İsmət" filmində baş rolun ifaçısı, təyyarəçi qadın Leyla Məmmədbəyova haqqında] //Xalq cəbhəsi.- 2014.- 5 aprel.- S.15.
- Kazımzadə, A. Kinomuzun “İsməti”: ["İsmət" filmində baş rolun ifaçısı, təyyarəçi qadın Leyla Məmmədbəyova haqqında] //Kaspi.- 2014.- 15-17 mart.- S. 22-23.
- Əfsanə Bayramqızı, Alman zabitini diz çökdürən Azərbaycan qızı Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine, Xalq qəzeti.- 2015.- 24 may.- S.11. Arxivləşdirilib 2022-07-30 at the Wayback Machine
Mənbə
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- “Azərbaycanın kino tarixindən...” ["Kəndlilər", "İsmət", "Gilan qızı", "Fətəli xan" və "Səbuhi" filmləri haqqında] //Kino yenilikləri.- 1968, № 29-30. — səh. 7.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
- "Almaz", "İsmət", "Gilan qızı"... yenidən ekranda. //Kino yenilikləri.- 1970.- 21-30-dək.
- Газ. "Бакинский рабочий". 27 апреля 1984 г.
- "Kino yenilikləri" qəzeti. 1 iyun 1984-cü il.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 31-35; 96.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
- Покорение небо. Журнал "Баку". Номер: Март — Апрель, 2011.
- Mükərrəmoğlu, M. 75 il ekranlarda: [Azərbaycan Dövlət Film Fondunda "İsmət" filminin 75 illiyi münasibətilə tədbir keçirildi] //Xalq qəzeti.- 2010.- 10 mart.- S. 5.
Xarici keçidlər
- Filmi izlə (rus.)