İslambəy Dadov

İslambəy Dadov (20 yanvar 1997) — Azərbaycanı təmsil edən güləşçi.

İslambəy Dadov
Şəxsi məlumatlar
Tam adı İslambəy Dadov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi
Boyu 195 sm.
İdman növü Güləş

Həyatı

İslambəy Dadov 1997-ci il yanvarın 20-də anadan olub.

Karyerası

İslambəy Dadov 2014-cü ildə gənclər arasında Avropa Çempionatının qalibi oldu.

İslambəy Dadov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. İslambəy Dadov qrup mərhələsinin birinci görüşündə Özbəkistan nümayəndəsi Abubahr Alimov ilə üz-üzə gəldi.[1] Həmin görüşdə İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi.[1] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Qazaxıstan nümayəndəsi Yevgeni Polivadov oldu.[1] Bu görüşdə də İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi.[1] Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Misir nümayəndəsi Ömər İbrahim oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslambəy Dadov rəqibinə 2:0 hesabı ilə qalib gəldi.[1] Bununla da İslambəy Dadov qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı.[1] Həlledici görüşdə onun rəqibi ABŞ nümayəndəsi Mason Manville oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslambəy Dadov rəqibinə 1:0 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibi oldu.[1]

İstinadlar

  1. Azerisport.com idman portalı. "Еще три медали Азербайджана на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2014-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.