İslam Qəribli

İslam Eynəli oğlu Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, “Qızıl Qələm” mükafatı laureatı.

İslam Qəribli
İslam Eynəli oğlu Qəribli
Doğum tarixi
Doğum yeri Molalan, Lerik rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mükafatları Qızıl qələm

Həyatı

İslam Eynəli oğlu Qəribli 5 may 1954-cü ildə Lerik rayonunun Molalan kəndində anadan olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə almış, orta təhsilini isə qonşu Şingədulan kənd orta məktəbində tamamlamışdır. 1971-1975- ci illərdə ADPU-nun filologiya fakültəsində oxumuş, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1975 -1979- cu illərdə Biləsuvar rayonunun Əmənkənd kəndində müəllim və tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmış, 1979- 1990-cı illərdə Lerik payonunun Murya, Kaqoy, Molalan kəndlərində müəllim və məktəb direktoru olmuşdur. 1990 – cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunmuş, hazırda həmin İnstitutun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. “Məhəmməd Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması adlı namizədlik, “M. Hadinin ədəbi-bədii irsi Azərbaycan dövri mətbuatında(1905-1920)” adlı doktorluq dissertasiyasının müəllifidir. Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.

Kitabları

Müəllifi olduğu kitablar

İ.Qəribli aşağıdakı kitabların müəllifidir:

  1. “Ağçaydan başlanan yol”, Bakı, “Ozan” nəşriyyatı -1997, 72 səh., tirajı 500 (Redaktoru Allahverdi Məmmədli)
  2. “Sönməyən ocaq”, Bakı, “Mütərcim” nəşriyyatı -1997, 432 səh., tirajı 1000(Məsləhətçi filologiya elmləri doktoru, prof. Xeyrulla Məmmədov, redaktoru Allahverdi Məmmədli)
  3. “Məhəmməd Hadinin “İnsanların tarixi faciəlıəri, yaxud əlvahi-intibah” poeması, Bakı, “Elm” nəşriyyatı-2001, 121 səh., tirajı 500(Kitab AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Redaktoru AMEA-nın müxbir üzvü Əziz Mirəhəmdov; rəyçilər: filologiya elmləri doktoru, prof. Xeyrulla Məmmədov və filologiya elmləri doktoru Vəli Osmanlı)
  4. “Azərbaycan dili”(Orta, orta ixtisas məktəbləri və abituriyentlər üçün dərs vəsaiti), Bakı, “Çaşıoğlu” nəşriyyatı -2002, 164 səh., tirajı 1000 (Redaktoru filologiya elmləri namizədi Əsgər Quliyev; rəyçilər f.e.d., prof. Sevil Mehdiyeva və f.e.d. İsmayıl Kazımov)
  5. “Azərbaycan dili”(Orta, orta ixtisas məktəbləri və abituriyehtlər üçün dərs vəsaiti), Bakı, “Çaşıoğlu” nəşriyyatı 2003, 180 səh., tirajı 1000 (Redaktoru f.e.n. dosent Əsgər Quliyev; rəyçilər: f.e.d., rpof. Sevil Mehdiyeva və f.e.d. İsmayıl Kazımov)
  6. “Azərbaycan dili”(Ümumi orta təhsil, orta ixtisas məktəbləri və abituriyentlər üçün dərs vəsaiti), Bakı-2006, 386 səh., tirajı 1000 (Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 11. 2006-cı il tarixli 822 saylı əmri ilə təsdiq edilmişdir. Elmi redaktorları f.e. d., prof. Qəzənfər Kazımov və f.e.n., dosent Əsgər Quliyev; rəyçilər: f.e.d., prof. İsmayıl Məmmədov, f.e.d., prof. Sevil Mehdiyeva, f.e.d. İsmayıl Kazımov)
  7. “Məhəmməd Hadi yaradıcılığının “Həyat” və “Füyuzat” mərhələsi, Bakı, “Qələm” MMS, 2009, 148 səh., tirajı 500 (Kitab AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Məsləhətçi akademik Bəkir Nəbiyev; elmi redaktoru AMEA-nin müxbir üzvü Teymur Kərimli; rəyçilər: filologiya elmləri üzrə fəlsəfə doktorları Elmira Qasımova və Asif Rüstəmli)
  8. “Azərbaycan dili”(Hər mövzuya aid testlər əlavə edilməklə ümumi orta təhsil, orta ixtisas məktəbləri və abituriyentlər üçün dərs vəsaiti; Təkmilləşdirilmiş ikinci nəşri). Bakı, “Qələm” MMS, 2009, 408 səh., tirajı 1000 (Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.11.2006-cı il 822 saylı əmri ilə təsdiq edilmişdir. Elmi pedaktorları: f.e.d., prof. Qəzənfər Kazımov və f.e.n., doseht Əsgər Quliyev; rəyçilər: f.e.d., prof. İsmayıl Məmmədov, f.e.d., prof. Sevil Mehdiyeva və f.e.d. İsmayıl Kazımov)
  9. “Məhəmməd Hadi və mətbuat(1905-1920), Bakı, “Elm və təhsil”, 2011,448 səh., tirajı 500 (Kitab AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Elmi məsləhətçi, pedaktor və ön sözün müəllifi akademik Bəkir Nəbiyev; rəyçilər: f.e.d., prof. Alxan Məmmədov(Bayramoğlu) və f.e.d. Rəhim Əliyev)
  10. Gecikmiş görüş. Şeirlər, “Elm və təhsil”, Bakı-2012, 152 səh., tirajı 500(redaktoru və ön sözün müəllifi f.e.d. Qurban Bayramov)
  11. Mən bir kitab, hər vərəqim min kitabdır, Bakı-2013, 300 səh. tirajı 500(Kitab AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Redaktoru və ön sözün müəllifi fil. f. d. Aslan Salmanov; rəyçilər f.e.d. prof. Asif Rüstəmli və f.e.d. Rəhim Əliyev)
  12. İslam Qəribli. Ədəbiyyat sərhəd tanımır.Tehran,Ərcan nəşriyyatı, 2013, 406 səh.,Ərəb əlibbası ilə, tirajı 500. (Redaktor və ön sözün müəllifi professor Teymur Əhmədov; rəyçilər filologiya elmləri doktorları Rəhim Əliyev və Vüqar Əhməd)
  13. Gecikmiş görüş. Şeirlər, Tehran-2013 tirajı 500(redaktoru və ön sözün müəllifi f.e.d. Qurban Bayramov)
  14. İslam Qəribli. Ədəbiyyat sərhəd tanımır."Elm və təhsil",Bakı-2014, 288 səh., tirajı 500. ( Kitab AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Redaktor və ön sözün müəllifi professor Teymur Əhmədov; rəyçilər filologiya elmləri doktorları Rəhim Əliyev və Vüqar Əhməd)
  15. İslam Qəribli. Sözün sehri. "Elm və təhsil!" Bakı-2014, 384 səh., tirajı 500(Kitab AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Redaktor və ön sözün müəllifi professor Elman Quliyev; rəyçilər filologiya elmləri doktoru, professor Asif Rüsrtəmli və filologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Aslan Salmanov )

Tərtib etdiyi və ön söz yazdığı kitablar

İ.Qəribli geniş diapazona malik ədəbiyyatşünas alimdir. Onun klassik və müasir ədəbiyyatımızın müxtəlif problemlərinə dair onlarca samballı əsəri olsa da, elmi yaradıcılığının əsas istiqamətini ədəbiyyat tarixçiliyi və mətnşünaslıq təşkil edir. Tərtib etdiyi, müqqəddimə, şərh və lüğətlər yazdığı aşağıdakı kitabları nəşr olunmuşdur.

  1. “Necə qan ağlamasın..”(Bakı-1993, 144 səh., tirajı 36000)
  2. M. Şəhriyar. Seçilmiş əsərləri-müştərək (Bakı-2000; Bakı-2005, 490 səh., tirajı 25000)
  3. Ş. S. Ərdəbili. “Qara məcmuə”(Bakı-2004, 140 səh., 500)
  4. M. Hadi. Seçilmiş əsərləri-lüğət hissəsi (Bakı-2005, 464 səh., 25000)
  5. Ə. Nəbati, Heyran xanım, X. Natəvan. Seçilmiş əsərləri (Bakı-2005, 350 səh., 5000)
  6. A. Bakıxanov. Seçilmiş əsərləri (Bakı-2007, 246 səh., tirajı 5000)
  7. Ə. N. Oxtay. Əsərləri (Bakı-2010, 178 səh., tirajı 500)
  8. M. Biriya. Əsərləri (Bakı-2010, 374 səh., tirajı 500)

On iki bədii və elmi kitabın redaktoru olmaqla, onların bir neçəsinə ön söz yazmışdır. M. Hadinin kiril və latın əlifbaları ilə çap olunmayan ərəb qrafikalı 50 çap vərəqi həcmində şeir, nəsr, tərcümə, məqalə, elmi əsər və məktublarını müxtəlif mətbuat orqanlarından və arxivlərdən toplayarq müasir əlifbaya köçürmüş, geniş müqəddimə, şərh və lüğətlər yazmaqla nəşrə hazırlamışdır.

Məqalə və məruzələri

Jurnallarda dərc edilmiş məqalə və məruzələri

  1. M. Hadi poeziyasında Birinci Dünya müharibəsi mövzusu, Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası), 1985, N 4, səh.61-66
  2. Tanış həkim kimdir? “Elm və həyat” jurnalı, 1985-ci il, N 10, səh. 20
  3. Çinar vüqarı, “Ulduz” jurnalı, 1987 -ci il, N 2 , səh.54-56
  4. Bəşər taleyi haqqında düşüncələr, “Ulduz” jurnalı, 1990-cı il, N 10, səh. 72-75
  5. Qırx beş illik ədəbiyyatın tədqiqi,“21 Azər” jurnalı, Bakı, 2000-ci il,N 4-5, səh.50-52
  6. Şeyx Səfiəddin Ərdəbili, səh. 3-9 (Şeyx Səfiəddin Ərdəbili. Qara məcnuə; Tərtib və transliterasiya edib çapa hazırlayan, izah, şərh və lüğətlərin müəllifi İslam Qəribli; Redakroru Məsiağa Məhəmmədi, Bakı, Cavidan, 2004-cü il, 160 səh.)
  7. “Qara məcmuə”nin Bakı nəşrinə müqəddimə, “Xudafərin” jurnalı, Tehran, 2004-cü il, N 4, səh. 21-22
  8. Söz ürəkdən gələndə(Hacı Məhəmməd Nəsirin “Qəzəllər” kitabına ön söz, Bakı, Səda, 2004, 347 səh.), səh. 3-5
  9. Məşrutə dövrü ədəbiyyatı, “Məşrutə inqilabı – 100”, Beynəlxalq elmi konfransın materialları, Bakı, 2005-ci il, cəh. 212-226
  10. Ön söz əvəzi (Əsəd Nəsirlinin “Sevgi günahdırsa” kitabına ön söz, Bakı, Araz, 2006-cı il, 162 səh.), səh. 3-4
  11. 1920-40-cı illərdə Güney Azərbaycanda teatr, “Bakı-Təbriz” jurnalı(Dünya azərbaycanlılarının dərgisi), Bakı, 2006-cı il, N 1, səh. 47-52
  12. Azadlıq fədaisi, “Bakı-Təbriz” jurnalı, Bakı, 2006-cı il, N 4, səh.54-59
  13. Seyid Əbülqasım Nəbati, səh. 5-8(S.Ə.Nəbati, X. Natəvan, Heyran xanım. Seçilmiş əsərləri, Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2006-cı il. Redaktoru fililogiya elmləri doktoru, professor Xeyrulla Məmmədov; tərtib edəni, on sözlər, izah və şərhlərin müəllifi İslam Qəribli, 440 səh)
  14. Xurşidbanu Natəvan və onun poetik irsi, səh. 44-48 (S.Ə.Nəbati, X. Natəvan, Heyran xanım. Seçilmiş əsərləri, Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2006-cı il. Redaktoru fililogiya elmləri doktoru, professor Xeyrulla Məmmədov; tərtib edəni, on sözlər, izah və şərhlərin müəllifi İslam Qəribli, 440 səh)
  15. Heyran xanım, səh. 313-315( S.Ə.Nəbati, X. Natəvan, Heyran xanım. Seçilmiş əsərləri, Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2006-cı il. Redaktoru fililogiya elmləri doktoru, professor Xeyrulla Məmmədov; tərtib edəni, on sözlər, izah və şərhlərin müəllifi İslam Qəribli, 440 səh)
  16. Abbasqulu ağa Bakıxanov və onun ədəbi irsi, səh. 161-170(Qasım bəy Zakir və Abbasqulu ağa Bakıxanov. Seçilmiş əsərləri; A. Bakıxanovun əsərlərinin tərtibçisi, ön sözün, qeyd, şərh və lüğətlərin müəllifi İslam Qəribli(səh.159-405), Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2007-ci il, 408 səh.)
  17. Əlirza Nabdil Oxtay, “Xudafərin” jurnalı, Tehran, 2007-ci il, N 31-32, səh. 62-63
  18. Dilimizin və mənəviyyatımızın yorulmaz tədqiqatçısı, səh. 46-50 ( Professor Qəzənfər Kazımovun “Yaradıcılıq üfüqləri” kitabında, Bakı-2008)
  19. Məhəmməd Hadinin ilk poetik tərcümələri(“Həyat” qəzetində çap etdirdiyi tərcümələr əsasında), “Mütərcim” jurnalı, 2008-ci il, N 2(37), səh.99-102
  20. Talesiz şair, “Azərbaycan” jurnalı, 2008-ci il, N 4, səh. 176-18
  21. Azadlıq fədaisi (Ə. N. Oxtayın “Əsərləri”nə yazılmış müqəddimə), Bakı, “Qoliot Qkup” QSC, 2009-cu il, səh. 3-20( Kitab AMEA Z. Bünyadov adına Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Toplayan, ərəb əlifbasından transliterasiya edib çapa hazırlayanlar İslam Qəribli və İlham Qəribli. Redaktoru İslam Qəribli, 168 səh.)
  22. Məhəmməd Hadi yaradıcılığında əxlaq və mənəviyyat məsələləri, “Fəlsəfə” jurnalı, 2009-cu il, N 1-2, səh. 120-125
  23. M. Hadinin şeirləri “Həyat”ın səhifələrində, “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalı, 2009-cu il N 1,səh. 123-130
  24. M. Hadinin “Elmi-əbdanə həqiqi bir nəzər” əsəri, “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalı, 2009-cu il, N 2, səh.136-139
  25. M. Hadi publisistikası “Füyuzat” jurnalı səhifələrində, “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” yurnalı, 2009-cu il, N 5, səh. 116-122
  26. “Füyuzat”ın şairi, “Azərbaycan” jurnalı, 2009-cu il, N 12, səh. 153-158
  27. Məhəmməd Hadi Azərbaycanda Tofiq Fikrət irsinin ilk araşdırıcısı kimi, “Xudafərin” aylıq mədəni, elmi, ictimai dərgisi, Tehran, 2009-cu il, N 61, səh. 60-63
  28. M. Hadinin publisistikasında İran mövzusi və Qərbin işğalçılıq siyasətinin tənqidi,”Xudafərin” aylıq mədəni,elmi,ictimai dərgisi,Tehran, 2009-cu il, N 62, səh. 3-5
  29. M. Hadinin “Budda kimdir?” əsəri barədə bəzi qeydlər, “Xudafərin” ayliq mədəni, elmi, ictimai dərgisi, Tehran, 2009-cu il, N 63-64, səh. 53-55
  30. Sözün sehri( Novruz Nəcəfoğlunun “Bir qış gününün xatirəsi” kitabına yazlımış ön söz), Bakı, Opostrof Çap Evi, 2010-cu il, səh. 3-17. Redaktoru İslam Qəribli, 204 səh.)
  31. Talesiz şair( Məhəmməd Biriyanın “Əsərləri”nə yazılmış müqəddimə), Bakı, “Elm” nəşriyyatı, 2010-cu il, səh. 4-27(Kitab AMEA Nizaml adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Redaktoru Akademik Bəkir Nəbiyev; Tərtib edib çapa hazırlayan, ərəb qrafikasından latın qrafikasına transliterasiya edən, şərh və lüğətlərin müəllifi İslam Qəribli, 356 sən.)
  32. Mənim tanıdığım Bəhlul müəllim(“Bəhlul Abdulla – sevgi dolu alim və pedaqoaq” kitabından, Xəzər Universiteti Nəşriyyatı, Bakı, 2010-cu il, 78 səh.), səh. 32-34
  33. Polkovnikə layiq kitab, səh. 3-5 (Aybəniz Qafarlının “Dağlardan boylanan günəş” kitabəna ön söz, Bakı, “Adiloğlu” nəşriyyatı, 2010-cu il, 160 səh.)
  34. Məhəmməd Hadinin “Füyuzat” jurnalındakı tərcüməçilik fəaliyyəti, “Mütərcim” jurnalı, 2010-cu il, N 1, səh. 138-142
  35. Məhəmməd Hadinin poetik əsərləri “Təzə həyat” qəzetinin səhifələrində, “Elmi axtarışlar” jurnalı, 2010-cu il, N 2, səh. 171-181
  36. “Səda”nın sədalı şairi, “Dil və ədəbiyyat” jurnalı, 1910-cu il, N 5(76), səh. 224-227
  37. “Cəhalət bir mərəzdir, yox əlacı elmdən başqa..”, “Azərbaycan jurnalı, 2010-cu il, N 10, səh.184-187
  38. Məhəmməd Hadinin poetik tərcümələri “Təzə həyat”da, “Mütərcim” jurnalı, 2011-ci il, N 1, səh.104-106
  39. M. Hadinin publisistikası “Təzə həyat” qəzetində: Qərb və Şərq məsələləri, “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, 2011-ci il, N 3, səh. 160-165
  40. M. Hadinin cəbhədən yazdıqları mətbuat səhifələrində”, “Dil və ədəbiyyat” jurnalı, 2011-ci il, N 3(79), səh.156-162
  41. M. Hadi və “Sədayi-həqq” qəzeti, “Filologiya məsələləri” yurnalı, 2011-ci il, N 7, səh.266-271
  42. Məhəmməd Hadinin əsərləri “Bəsirətin” səhifələrində, “Filologiya məsələləri” jurnalı, 2011-ci il, N 9, səh. 267-279
  43. Məhəmməd Hadi və “Azərbaycan” qəzeti, “Filologiya məsələləri” jurnalı, 2011-ci il, N 10, səh. 249-261
  44. Məhəmməd Hadinin uşaqlıq və gənclik illəri. Təhsili və pedaqoji fəaliyyəti, “Elmi axtarışlar” jurnalı, N II- 2011, səh. 3-10
  45. Произведение Мухаммеда Хади на страницах газета «Игбал», Ученые зариски Таврического Национального Университета им. В.И.Вернадского, Серия «Филология, социальные коммуникации», Том 24(63), № 3, 2011, стр. 93-98
  46. Kраткий обзор деятельности Мухаммеда Хади до вступленйя в мир прессы и литературы. Казахский Национальный Университет имени Аль-Фараби, Вестник КазНУ, серия востоковедения, № 4(54), 2011,стр. 68-72
  47. Ş.M. Xiyabani hərəkatı dövründə Cənubi Azərbaycanda ədəbi mühit. Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani – 90, AMEA Z. Bünyadov adına Şərqşünaslıq İnstititu elmi-nəzəri konfransının materialları, Bakı, 2011-cu il, səh.143-163
  48. M.Hadi publisistikası “Həyat” qəzetində: cəhalətdən qurtulmağın yolu elm, maarif və mədəniyyətdən keçir, “Filologiya məsələlıəri” jurnalı, 2012-ci il, N 1, səh.371-379
  49. Türkiyədən qayıdan M. Hadi “İqbal” qəzetində, 2011-ci ilin iyun ayında AMEA akad. Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Elmi araşdırmalar”ı, Bakı, 2012-ci il, səh. 81-86
  50. Вопросы просветительства прессы и науки в пувлисистике М. Хади (на основе статей опувликованных в газете «Хайат»), Научным журнал, «Вестик КазНПУ им. Абая(серия филология), № 2, 2012, стр. 120-123
  51. Məhəmməd Hadi yaradıcılığında Cənubi Azərbaycan mövzusu, “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalı, 2012-ci il, N 3, səh. 112-117
  52. M. Hadi Nizami Gəncəvinin ilk tərcüməçilərindən biri kimi, “Fililogiya məsələləri” jurnalı, 2012-ci il, N 8, səh. 252-256
  53. Sədi Şirazi və Hafiz Şirazinin əsərləri M. Hadinin tərcüməsində, Akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” Rüspublika elmi konfransının materialları, Bakı-2012, s. 326-328
  54. Bəxtiyar Vahabzadə Məhəmməd Hadi haqqında, I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumunun materialları, Bakı, Azərbaycan, 13-15 dekabr 2012-ci il, səh. 510-512

Qəzetlərdə dərc edilmiş məqalələri(Bir qismi)

  1. “Daima məğlub olan həqdir əlində qüvvətin”(M. Hadi əsərlərinin yeni nəşri haqqında), Ədəbiyyat qəzeti, 18 mart 2005-ci il, N 11
  2. Qayaların səsi, “Bakı” qəzeti, 18 aprel 1984-cü il, N 92
  3. H. Cavid: İttihad - ən böyük ideal, Ədəbiyyat qəzeti, 13 mart 1993-cü il, N 10
  4. Mirzə Məhəmmədtağı Qumri, Ədəbiyyat qəzeti, 29 noyabr 1991-ci il, N 48
  5. Məhəmməd Hadinin poeziyası “Füyuzat”ın səhifələrində, “Kredo” qəzeti, 11, 18, 25 iyul 2009-cu il, N 27, 28, 29
  6. Mirzə Məhəmmədtağı Qumri, “Türk dünyası” qəzeti, 12 yanvar 2011-ci il, N 1
  7. Təbriz memarlıq məktəbi, “Türk dünyası” qəzeti, 12 yanvar 2011-ci il, N 1
  8. “Mən əsgər atasıyam” kitabı barədə mülahizələrim, “Vətən uğrunda” qəzeti, 22-28 sentyabr 2007-ci il, N 36
  9. Cənubi Azərbaycan Milli Hökuməti, “Türk dünyası” qəzeti, 27 aprel 2010-cu il, N 5
  10. Məhəmmədkazım Cazib, “Türk dünyası” qəzeti, 27 noyabr 2010-cu il, N 11
  11. Məhəmməd Hadi Azərbaycanda Tofiq Fikrət irsinin ilk araşdırıcısı kimi, Ədəbiyyat qəzeti, 30 aprel 2010-cu il, N 17
  12. M. Hadinin şeirləri “Təkamül” və “Yoldaş” qəzetlərində, “Türk dünyası” qəzeti, 1 iyul 2010-cu il, N 7
  13. Məhəmmədəli Nahəvəndi və onun “Sultan Savalan” poeması, “Türk dünyası” qəzeti, 1 iyul 2010-cu il, N 7
  14. Didərgin şair, Ədəbiyyat qəzeti, 30 dekabr 2005-ci il, N 52
  15. Tədqiqlər, tərcümələr, Ədəbiyyat qəzeti, 24 centyabr 2004-cü il, N 37
  16. Məhəmməd Hadi və “Həyat” qəzeti, “Kredo” qəzeti, 10,17,24,31 may, 7,14,21,28 iyun, 5,12,19,26 iyul 2008-ci il, N 16,17,18,19,20,21,22,23,24,25,26,27
  17. Gecikmiş cavab, “Türk dünyası” qəzeti, 28 iyul 2010-cu il, N 8
  18. “Yiyəsiz nişan üzüyü”(Söhrab Tahirin eyniadlı romanı barədə bəzi qeydlər), “Kredo” qəzeti, 20 yanvar 2006-cı il, N 3
  19. Hüseynbala Mirələmovun “Xəcalət” povesti barədə bəzi mülahizələrim, “Kredo” qəzeti, 25 fevral 2006-cı il, N 8
  20. Dilimizin və mənəviyyatımızın yorulmaz tədqiqatçısı, “Kredo” qəzeti, 28 yanvar 2006-cı il, N 4
  21. Erməni xəyanətini ifşa edən əsər, “Respublika” qəzeti, 27 mart 2002-ci il, N 68
  22. M.Ə.Möcüz tədqiq olunur, Ədəbiyyat qəzeti, 31 oktyabr 2003-cü il, N 42
  23. Səid Səlmasi. “Kredo” qəzeti, 11 fevral 2006-cı il, N 6
  24. Cabbarlışünaslığa yeni və dəyərli töhfə, “525-ci qəzet”, 8 iyun 2011-ci il, N 101
  25. Nakam ömrün nəğməsi, “Kredo” qəzeti, 14 noyabr 2009-cu il, N 43
  26. Professor Mirağa Cəfərquliyev, “Türk dünyası” qəzeti, 28 dekabr 2010-cu il, N12
  27. Azərbaycan Milli Hökumətinin Baş prokuroru, “Türk dünyası” qəzeti, 28 dekabr 2010-cu il, N 12
  28. Gör-götür dünyası, “Türk dünyası” qəzeti, 28 dekabr 2010-cu il, N 12
  29. Xurşidbanu Natəvan və onun poetik irsi, “Kredo” qəzeti, 21 0ktyabr 2012-ci il, N 39
  30. “Sonuncu fateh” – tarixi gerçəklik və bədii həqiqət, “525-ci qəzet”, 26 dekabr 2012-ci il, N 236

İslam Qəriblinin kitabları haqqında

  1. Xeyrulla Məmmədov. Hadişünaslığa yeni töhfə (İ. Qəriblinin “Məhəmməd Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması” monoqrafiyasına ön söz), Bakı, “Elm” nəşriyyatı, 2001, səh. I-IV
  2. Tehran Əlişanoğlu. M. Hadinin “İnsanların tarixi faciələri” poemasının tədqiqi, Ədəbiyyat qəzeti, 8 avqust 2003-cü il, N 30
  3. Bəkir Nəbiyev. Hadişünaslığa yeni töhfə(İ. Qəriblinin “Məhəmməd Hadi və mətbuat(1905-1920)” monoqrafiyasına ön söz. ),Bakı, “Elm və təhsil”, 2001, səh. 3-7
  4. Əlirza Xələfli. Məhəmməd Biriya – yaddaşın qanı şairimiz, “Kredo” qəzeti, 23 aprel 2011-ci il, N 15
  5. Bəkir Nəbiyev. Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri(“Məhəmməd Hadi əbdülsəlimzadə Şirvani” öçerki), Bakı, “Ozan”, 2012, səh. 274-278
  6. Məhəmməd Hadi İslam Qəriblinin tədqiqatında. Xüsusi buraxılış, “Türk dünyası” qəzeti, 22 may 2012-ci il, N 01(149)
  7. Nəzakət Qafqazlı. “Məhəmməd Hadi və mətbuat(1905-1920)”, “Azərbaycan” jurnalı, 1912-ci il, N 8, səh. 184-186
  8. Qurban Bayramov. Mələklər də günahsız olmur, təkcə qumrular məhəbbətləri ilə safdır, yaxud dan üzünün sevgisinə bələnmiş şeirlər(İ. Qəriblinin “Gecikmiş görüş” şeirlər kitabına müqəddimə), “Elm və təhsil”, Bakı-2012, səh. 3-36
  9. Sakibə Ələsgərova. Tanınmış hadişünasın “Məhəmməd Hadi və mətbuat(1905-1920)” monoqrafiyası haqqında bəzi mülahizələr, “Kredo” qəzeti, 23 fevral 2013-cü il, N 08(718)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.