İslam Əməkdaşlıq Təşkilatı
İslam Əməkdaşlıq Təşkilatı (İƏT (2011-ci ilə qədər — İslam Konfransı Təşkilatı (İKT)); ing. Organisation of Islamic Poperation (OIP), ərəb. منظمة التعاون الاسلامي) — 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər.
İslam Əməkdaşlıq Təşkilatı OCI, OIC | |
---|---|
Yaranma tarixi | 25 sentyabr 1969 |
Rəsmi dili | |
Mərkəzi | |
oic-oci.org | |
Vikianbarda əlaqəli mediafayllar |
İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. 1975-ci ildən BMT yanında müşahidəçi statusu almışdır. Baş Məclisin 36-cı sessiyasında "BMT ilə İƏT arasında əməkdaşlıq haqqında" qətnamə qəbul edilmişdir. Qətnamədə tərəflərin fəaliyyətini əlaqələndirmək üçün xüsusi mexanizm yaratmaq zərurəti qeyd edilir.
1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, İƏT-in ali orqanı dövlət və hökumət başçılarının konfransıdır: (1969-cu ildə Rabatda, 1974-cü ildə Lahorda, 1981-ci ildə Məkkədə və Taifdə, 1984-cü ildə Kasablankada keçirilmişdir). İƏT-in siyasi orqanı xarici işlər nazirləri konfransı (1970–1981-ci illərdə 12 növbətçi və 3 fövqəladə konfrans keçirilmişdir), icraçı orqanı isə Baş katiblikdir. Baş katibliyin iqamətgahı Qüds İsrail işğalından azad edilənədək müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir.
İslam Konfansı Təşkilatı böyük regional birlik kimi meydana gəlib ciddi fəaliyyətə başlaması ilə həmin təşkilatın üzv dövlətlərinin ictimai — siyasi həyatında yeni bir tarixi mərhələ başlandı. Bu mahiyyətdə təşkilatın özünü inkişafında da hərəkət baş verdi. İKT daxili təşkilatı problemləri həll etməyə yönəldilən təşkilati işlər, daxili qanunlarının, quruluşunun və qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər müəyyənləşdirib həyata keçirilməsi uğrunda ciddi mübarizəyə atıldı. Bu işdə İKT-nin konfransları çox böyük rol oynadı və indi də oynayır. Bu istiqamətdə gedən işdə 1970-ci ilin mart ayının 25-də keçirilən təşkilatın birinci konfransının əhəmiyyətini qeyd etmək vacibdir. Baş katibliyin tərkibində bir sıra şöbələr, o cümlədən sosial-iqtisadi, elm və texnika, Asiya məsələləri, Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri şöbələri və başqa şöbələr fəaliyyət göstərir.[1]
YÖS yanında onun konfranslarının qərarları ilə yaradılmış tam bir sıra müstəqil təşkilatlar fəaliyyət göstərir. Onların fəaliyyətini baş katiblik əlaqələndirir.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 2011-ci il iyunun 28–30-da Astanada keçirdiyi iclasda təşkilatın adının, embleminin və bayrağının dəyişməsi məsələsi müzakirə edilmişdir.[2]
İƏT-nin baş katibləri
- Tunku Əbdül Rəhman (Malayziya) : (1971–1973)
- Hassan Əl-Tuhami (Misir) : (1974–1975)
- Dr. Amadou Karim Gaye (Seneqal) : (1975–1979)
- Həbib Şətti (Tunis) : (1979–1984)
- Seyed Şarifuddin Pirzada (Pakistan) : (1985–1988)
- Dr. Hamid Alqabid (Niger) : (1989–1996)
- Dr. Azeddine Laraki (Mərakeş) : (1997–2000)
- Dr. Abdelouahed Belkeziz (Mərakeş) : (2001–2004)
- Prof. Dr. Ekmeleddin İhsanoğlu (Türkiyə) : (2005–2013)
- İyad Mədəni (Səudiyyə Ərəbistanı) : (2013-cü il- hal-hazıradək)[3]
Adının dəyişdirilməsi
2011-ci ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 38-ci sessiyasının Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilmişdir[4].
İstinadlar
- S. E. Eyyubova. İslam Konfransı Təşkilatı beynəlxalq münasibətlər sistemində (1969–2007-ci illər). Monoqrafiya. — Bakı: 2009. S.35
- "Arxivlənmiş surət". 2013-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-10.
- "İslam Əməkdaşlıq Təşkilatının baş katibi dəyişdirildi". 2014-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-24.
- "İSLAM KONFRANSI TƏŞKİLATI ADINI DƏYİŞDİ". 2013-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-28.