İslam Həsənov

İslam HəsənovAzərbaycanlı aktyor.

İslam Həsənov
Doğum tarixi
Doğum yeri Lənkəran, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı

Həyatı

İslam Həsənov 1965-ci il 8 may Lənkəran şəhərində anadan olub, 1982-ci ildə 5 saylı orta məktəbi bitirib. Həmin ildə də, M.A.Əliyev adına İncəsənət institutuna qəbul olunub. 1983-85-ci illər Sovet ordusunda xidmət edib. 1988-ci il M.A.Əliyev adına İncəsənət institutun bitirib. 1986-ci il Gənc tamaşaçılar teatrında çalışıb. 1986-88-ci illərdə “Meydan” teatrında, 1988-1989-cu illərdə isə Gənc tamaşaçılar teatrında aktyor işləyib. 1991-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində aparıcı, sonralar isə aparıcı-redaktor vəzifəsində çalışıb. 1993-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqında mətbuat xidmətinin rəhbəri, Teatr Xadimləri İttifaqı Prezidentinin müşaviri vəzifəsində çalışıb. 2007-ci il yanvar ayının 29-dan N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına direktor vəzifəsinə təyin edilib. 2014-cü ildə Sumqayıt Dövlət Musiqili Dram teatrına direktor təyin olunub. Bir neçə tamaşaların və filmlərin rejissoru, prodüser kimi fəaliyyət göstərib. Hal-hazırda Azərbaycan Dövlət YUĞ teatrında direktor vəzifəsindədir.

Ailəlidir, bir qızı var.

Filmoqrafiya

  1. Gülüş sanatoriyası (film, 1989)
  2. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  3. Yanmış körpülər (film, 2007)
  4. Susmuş vicdan (film, 2010)

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.