İslam İslamzadə

İslam Məmməd oğlu İslamzadə (14 (27) mart 1910, Bakı30 avqust 1998, Moskva) — Azərbaycan mühəndisi və dövlət xadimi, Mingəçevir SES-in tikinti rəisi, RSFSR əməkdar inşaatçısı.

İslam İslamzadə
1957 1959
ƏvvəlkiHəsən Seyidov
24 mart 1947 7 fevral 1949
SədrTeymur Quliyev
24 sentyabr 1940 1942
SədrTeymur Quliyev
1940–1942-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini kimi
1942 24 mart 1947
SədrTeymur Quliyev
1942–1946-cı illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin birinci müavini kimi
bayraq
Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri
bayraq2
5 may 1938 1942
SonrakıGeğam Antelepyan
Şəxsi məlumatlar
Doğum tarixi 14 (27) mart 1910
Doğum yeri
Vəfat tarixi 30 avqust 1998(1998-08-30) (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı
RSFSR əməkdar inşaatçısı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İslam Məmməd oğlu İslamzadə 1910-cu ildə Bakı şəhərində əkinçi ailəsində anadan olmuşdur. Erkən yaşlarında məktəb təhsilini yarımçıq qoyaraq "Qırmızı oktyabr" tütün fabrikində işləmiş, sonra isə elektrik mexaniki ixtisası üzrə texnikum təhsili almışdır. 17 yaşında komsomol təşkilatına daxil olmuşdur. 1931-ci ildə ÜİK(b)P üzvü olmuş və tütün fabrikinin partiya komitəsinin xətti ilə Leninqrad Sənaye İnstitutuna oxumağa göndərilmişdir.[1]

1937-ci ildə təhsilini başa vurduqdan sonra Leninqraddan Bakıya qayıdan İslam İslamzadə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrinin müavini, sonra isə sədri vəzifəsinə təyin olunmuşdur. 1940-cı ildə paralel olaraq Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini, 1942-ci ildə isə birinci müavini təsdiq edilmişdir.[1]

İslam İslamzadə Mingəçevir şəhərinin inşasına rəhbərlik etmişdir. Onun yaxından iştirakı ilə Azərbaycanın həmin dövrdəki ən böyük tikintilərinin — Mingəçevir su elektrik stansiyası, Daşkəsən mədənləri layihələrinin hazırlanması, Sumqayıtda yeni sənaye mərkəzinin yaradılması baş tutmuşdur.[2]

1955-ci ildə İslam İslamzadə Rusiyanın Krasnoyarsk diyarına göndərilmiş və burada dünyanın ən iri su elektrik stansiyalarından olan Krasnoyarsk SES-in inşasında iştirak etmişdir. 1957-ci ildə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifəsinə təyin edilmiş və 1959-cu ilədək bu vəzifədə çalışmışdır. 1960-cı ildə Birləşmiş Ərəb Respublikasında Asuan su elektrik kompleksinin tikintisi üzrə SSRİ Elektrik Stansiyalarının Tikintisi Nazirliyinin "Asuanspetsstroy" idarəsi rəisinin birinci müavini, rəisi işləmişdir. 1970-ci ildən SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin yeni yaradılmış "Qlavzaqrenerqo" idarəsinin rəisi, 1975–1985-ci illərdə isə Ümumittifaq "Zarubejenerqostroymontaj" Birliyi rəisinin birinci müavini, rəisi vəzifələrində çalışmışdır. 1985-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

İslam İslamzadə 30 avqust 1998-ci ildə Moskvada vəfat etmiş, Kuntsevo qəbiristanlığında dəfn olunmuşdur. Mingəçevir şəhərində adına küçə vardır.

Əsərləri

  • Ислам-Заде, Ислам Мамедович. Подвиг на Ниле [Текст] : (Справка) / И. М. Ислам-Заде, М. Г. Эпштейн ; Моск. гор. отд-ние о-ва "Знание" РСФСР и группа членов о-ва Гос. производств. ком. по энергетике и электрификации СССР. — Москва : [б. и.], 1964. — 18 с.; 29 см. (rus.)
  • Ислам-Заде, Ислам Мамедович. Асуан — символ советско-арабской дружбы [Текст] / И. М. Ислам-Заде, М. Г. Эпштейн. — Москва : [Знание], 1965. — 24 с. : схем.; 20 см. (rus.)

İstinadlar

  1. Ислам Исламзадә // Коммунист. № 14 (7196). 19 январ 1946-ҹы ил. С. 2.
  2. Ислам Мәммәд оғлу Исламзадә // Коммунист. № 43 (8255). 1 март 1950-ҹи ил. С. 3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.