İskya (ada)

İskya (it. Ischia) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi 46 km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir.

İskya
it. Ischia
İskya adası - Araqoneze qəsri
İskya adası - Araqoneze qəsri
Ümumi məlumatlar
Sahəsi 46 km²
Uzunluğu
  • 9,9 km
Eni 7,2 km
Sahil uzunluğu 34 km
Hündür nöqtəsi 789 m
Əhalisi 62.027 nəfər
Yerləşməsi
40°43′53″ şm. e. 13°53′45″ ş. u.
Ölkə  İtaliya
Vilayət
Əyalət
  • Neapol
Akvatoriya
İskya xəritədə
İskya
İskya
İskya (Kampaniya (İtaliya))
İskya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Neapol körfəzi

Coğrafiyası

İnzibati olaraq Kampaniya (İtaliya) muxtar vilayətinə aid olub, Neapol körfəzində olan üç əas adadan ən böyüyüdir. Digər yanaşı adalar KapriProçidadir. Sahəsi 46 km², sahilinin uzunluğu 34 km, əhalisi 62 000 nəfərdir. Əhali 6 icmada cəmlənmişdir. Bunlar, Kasamissiola Terme, Lakko Ameno, Forio, Serrara Fontana və Barano d İskja icmalarıdırlar. Əsas şəhəri 18 253 nəfər əhalisi olan İskjadır. Tirren dənizinə aid buda kontinentdən 7 km, Neapol şəhərindən 40 km aralı yerləşmişdir.

Ada vulkanikdir və onun mərkəzində Epomeo (789 m) və Trabotti (512 m), cənub şərqində Monte Vezzi (Pedimonte) (395 m) sönmüş vilkanları mövcuddur. İskja adasında sonuncu dəfə vulkan püskürməsi 1301-ci ildə qeydə alınmışdır. Bu günün özündə adada yerin tərkindən təbii yolla 100 °C temperaturlu qaynar bulaqlar çıxmaqdadır.

İskja limanı əsas iqtisadi əhəmiyyətə malik olub, adanın kontinentlə birləşdirən bərələrin yan aldığı yerdir. Forio isə adanın mədəniyyət mərkəzi sayılır.

İqlimi

Araliq dənizi iqliminə müvafiqdir. İyun-oktyabr aylarında havanın maksimal hərarəti 26–35 °C-dir. Yay aylarının hər birinin payına dörd yağmurlu gün düşür. İyun-oktyabr aylarında dəniz suyu hərarəti 21 °C-dir.

İqlim cədvəli
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
Max. Temperatur (°C) 11 12 15 18 22 27 29 29 26 21 17 13 Ø 20
Min. Temperatur (°C) 6 6 8 11 14 18 20 20 18 14 11 7 Ø 12,8
Yağıntı (mm) 93 82 75 67 45 46 16 19 71 130 130 137 Σ 911
Yağışlı günlər (g) 10 9 8 7 6 4 2 3 6 9 11 12 Σ 87
T
e
m
p
e
r
a
t
u
r
11
6
12
6
15
8
18
11
22
14
27
18
29
20
29
20
26
18
21
14
17
11
13
7
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
A
t
m
o
s
f
e
r

ç
ö
k
ü
n
t
ü
s
ü
93
82
75
67
45
46
16
19
71
130
130
137
  Yan Fev Mar Apr May İyn İyl Avq Sep Okt Noy Dek


Mənbə: İskya iqlimi

Fauna və florası

Təbiətdə ən çox rast gəlinən kərtənkələgekkonlar, saysız kəpənək və həşaratlardır. Adanın şimalı tərəfi bol suvarma imkanına malik olduğu üçün mədəni bitkilər (üzüm, pomidor, limon, əncir, nar, xurma) əkilir.

Tarixi

Pitekuss (yun. Πιθηκούσσαι) İskya adasında mövcud olmuş qədim yunan kaloniyası olub, əsası Eretriyalılar tərəfindən e.ə. 770-ci ildə etrusklarla ticarət məqsədilə ilk ticarət məntəqəsi kimi qoyulmuşdur[1]. E.ə. 750-ci ildə Pitekussadan olan kalonistlər tərəfindən Kuma şəhərini salmışlar. E.ə. 500-cü ildə vulkan püskürməsi nəticəsində yunan kaloniyası məhv olmuşdur. Qədim Roma dövründə ada Aenaria adlandırılırdı. IX əsrdə ada dəniz quldurlarının sığınacağı olmuşdur.

Görməli yerlər

Adanın əsas görməli yerlərindən biri orta əsrlərə aid Araqon qəsridir. Qəsrin qala divarları antik dövrə aid olub əsası e.ə. 474-cü ildə tiran Sirakuzlu Hieron tərəfindən 112 m hündürlüyə malik əsas bir qaya üzərində qoyulmuşdur. 1441-ci ildə bu əsas qaya adacıq ilə İskya adası arasında əlaqə yaradan quru zolaq formalaşır. XVI əsrdə bu qəsrdə şairə Vittoriya Kalonna yaşamışdır. Qəsr 1809-cu ildə Napoleon müharibəsində ingilis kəmilərinin top atəşlərinə tuş gələrək böyük dağıntıya düçar olur. 1912-ci ildən qəsir Mattera ailəsinə məxsusdur.

Adanın şərq sahilində Kartaromana buxtasında çoxlu termal bulaqlar, sulfidli ilov lili qaynayır. Burada termal park "Eden bağı" yerləşir. Bu yer haqqında ilk dəfə Strabon məlumat vermişdir. Adada nadir və qəribə baş verən vulkanik hadisələr: su-buxar püskürməsi turistlərin diqqəini çox cəlb edir.

İstinadlar

  1. Strabon V 4,9: "Pithekoussai aber gründeten die Eretrier und die Chalkidier …". Zur Datierung D. Ridgway: The Foundation of Pithekoussai. in: Nouvelle contribution à l'étude de la société et de la colonisation eubéennes. hrsg. v. Centre Jean Bérard. Neapel 1981, S. 45–56. ISBN 2-903189-15-3
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.