İskəndər Rzazadə
İsgəndər Rzazadə (18 noyabr 1897–5 oktyabr 1937) — Cümhuriyyət tələbəsi, mühəndis-elektrik.
İsgəndər Rzazadə | |
---|---|
İsgəndər Mirzə Cabbar xan oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, Qacarlar dövləti |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat səbəbi | repressiya |
Fəaliyyəti | mühəndis |
Həyatı
İsgəndər Mirzə Cabbar xan oğlu 18 noyabr 1897-ci ildə Tehran şəhərində anadan olmuşdu.
1915-ci ildə Bakı real məktəbini qızıl medalla başa vurmuşdu. Sankt-Peterburq Politexnik institutuunun elektromexanika fakültəsinə qəbul olmuşdu.
1917-ci ildə vətəndaş müharibəsi olduğundan İsgəndər 3-cü kursu yarımçıq qoyub Bakıya dönmüşdü.
1919-cu ildən 1920-ci ilədək Azərbaycan Dəmiryolunun Bakı-Biləcəri stansiyaları və şəbəkələrinin müdiri işləmişdi.
1920-ci ildə hökumətin qərarı ilə Fransaya göndərdi. Sarbonna Universitetində oxudu. Burda fransız dilini öyrəndi.
1922-ci ildə Almaniyanın Darmştad şəhərindəki Ali Texniki Məktəbə dəyişildi. 1924-cü ildə həmin məktəbi bitirdi.
İsgəndər Rzazadə 5 oktyabr 1937-ci ildə repressiyaya uğrayıb.