İshaq İbrahimov

İbrahimov İshaq İbrahim oğlu (21 fevral 1921, Bakı5 iyul 1987, Bakı) — tərcüməçi, tənqidçi, ssenarist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azarbaycan SSR Əməkdar İncəsənət xadimi (1979).

İshaq İbrahimov
İbrahimov İshaq İbrahim oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti ssenarist
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979

Həyatı

İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi.

Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984). Yazıçılar İttifaqı nümayəndələrinin tərkibində İraqda səfərdə olmuşdur. Azərbaycan KP 26 Bakı komissarı adına rayon komitəsi plenumunun, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Bakı şəhər Sovetinin deputatı seçilmişdir. SSRİ döyüş medalları ilə təltif olunmuşdur. 1987-ci il iyulun 5-də vəfat etmişdir.

Mükafatları

  • Azərbaycan SSR əməkdar incəsənət xadimi — 30.07.1979[1]

Tərcümələri

(ruscadan)

  1. Georgi Qulia. Sagen kəndinin baharı. Bakı: Azərnəşr, 1949, 138 səh.
  2. M.Qorki. Məqalə və pamfletlər. Bakı: Azərnəşr, 1951, 214 səh.
  3. Vasilenko. Ulduz. Bakı: Uşaqgəncnəşr, 1951, 86 səh.
  4. V.Ajayev. Moskvadan uzaqlarda. Bakı: Azərnəşr, 1952, 855 səh.
  5. N.V.Qoqol. İvan İvanoviçin İvan Nikiforoviçdən küsməsi haqqında povest. Bakı: Azənəşr, 1953, 72 səh.
  6. A.Zekers. Yeddinci xaç. Bakı: Azərnəşr, 1954, 428 səh.
  7. V.Latsis. Qanadsız quşlar. Bakı: Azənəşr, 672 səh.
  8. A.P.Çexov. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 149 səh.
  9. Abdulla Qədiri. Ötən günlər. Bakı: Azərnəşr, 356 səh.
  10. F.M.Dostoyevski. Netoçka Nezvanova. Bakı: 187 səh.
  11. H.AIbert Lixanov. Ailə vəziyyəti (roman). Bakı: Gənclik, 1970, 156 səh.
  12. K.Y.Paustovski. Yaxın və uzaq adamlar. Bakı: Gənclik, 1971, 326 səh.
  13. Abdulla Qədiri. Ötən günlər. Bakı: Gənclik, 1979, 342 səh.
  14. P.Vejinov. Polkovnikə məktub yoxdur. Bakı: Gənclik, 1982, 152 səh.
  15. Layoş Meşterhazi. Prometey müəmması. Bakı: 1984, 392 səh.
  16. Çingiz Aytmatov. Gün var əsrə bərabər. Bakı

Filmoqrafiya

  1. Romeo mənim qonşumdur (film, 1963)
  2. Arşın mal alan (film, 1965)
  3. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  4. Təsnif (film, 1969) (sənədli film)
  5. Qəribə görüşlər (film, 1969) (sənədli film)
  6. Cücələrim (film, 1970) (sənədli film) (Nazim Zeynalovla birgə)
  7. Oxuyur Şövkət Ələkbərova (film, 1970)
  8. İlham (film, 1972) (cizgi filmi)
  9. Gülüstan bayatı-şiraz (film, 1972) (sənədli film)
  10. Axtaran tapar (film, 1980)
  11. Təhlükə astanaları (film, 1986)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.