İsgəndərli (Şəmkir)

İsgəndərliAzərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd inzibati ərazi vahidinin tərkibindəki yeni yaşayış məntəqəsi İsgəndərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati ərazi vahidi tərkibindəki İsgəndərli kəndi Kür qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun İsgəndərli kəndi Kür qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla İsgəndərli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[3]

İsgəndərli
39°45′36″ şm. e. 47°45′32″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
İsgəndərli xəritədə
İsgəndərli
İsgəndərli

Toponimikası

İnqilabdan əvvəl Cənubi Azərbaycanın Qaradağ və Meşkin əyalətindən gələrək ətraf kəndlərdə rəncbərlik edən əhaliyə 1925-ci ildə kənd salmaq üçün mülkədar Qasımın yeri adlanan ərazidə torpaq sahəsi verilmişdi. Yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində V.İ.Leninin Şərəfinə Leninabad adlanırdı. 1994-cu ildən kəndin adı İsgəndərli kimi rəsmiləşdirilmişdir.[4]

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.