İsgəndər Quliyev
İsgəndər Həsən oğlu Quliyev (1 iyul 1938, Astara, Artupa)- Yeni Azərbaycan Partiyasının üzvüdür. 2001-ci il yanvarın 7-də 53 saylı Astara seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür.[1]
İsgəndər Quliyev | |
---|---|
İsgəndər Həsən oğlu Quliyev | |
deputat | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1938 (85 yaş) |
Doğum yeri | |
Təhsili | |
Dini | Islam |
Həyatı
1 iyul 1938-ci ildə Astara rayonunun Artupa kəndində anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə almışdır. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olub. 1965-ci ildə ali təhsilini başa vurub. 1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır. Tarix elmləri namizədi, dosentdir.
Əmək fəaliyyəti
1965–1966-cı illərdə Astara r. Səncərli kənd orta məktəbində direktor müavini olub. 1966–1968-ci illərdə Astara rayonu, Səncərli kənd orta məktəbində direktor vəzifəsində çalışıb. 1970-h/h BDU-da əvvəlcə müəllim, baş müəllim daha sonra dosent vəzifəsində çalışır. 2000–2005-ci illərdə İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.[2]
Kitabları
- Xalq nəzarətinin Lenin prinsipləri.
- Elmi texniki inqilab və gənclər.
Tətifləri
2000-ci ildə Şöhrət Ordeni ilə təltif olunub.
İstinadlar
- "QULİYEV İsgəndər Həsən oğlu". QULİYEV İsgəndər Həsən oğlu (ingilis). 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-30.
- "Beynəlxalq münasibətlər". iril.bsu.edu.az. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-30.