Şeyx Lütfullah məscidi
Şeyx Lütfullah məscidi (Farsca: مسجد شيخ لطف الّله) — İranın İsfahan şəhərində yerləşir. 1602-ci ildə Səfəvi sülaləsi dövründə I Şah Abbas tərəfindən inşa edilmişdir. 1618-ci ildə tamamlanan məscid Səfəvi memarlığının şah əsərlərindən biri hesab olunur. Məscidin bərpasına 1930-cu illərdə Rza şah Pəhləvinin hakimiyyəti dövründə başlanılmış, şəhər memarlığının dirçəldilməsi proqramı çərçivəsində həyata keçirilmişdir. Bu gün məscidin fasadında görünən sənətkarlıq nümunəsi bərpa zamanı əlavə edilmişdir. Şeyx Lütfullah məscidi 163 metr eni, 513 metr uzunluğundadır və dünyanın ən qədim tarixi tikililərindən biridir. Məscidin memarı usta Hüseyn Bəna İsfahaninin oğlu Məhəmməd Rza İsfahanidir. Məscidin çölə açıq olan yeganə tərəfi meydana baxır. Bu məscid Teymurilər və Səfəvilər dövründən də əvvəl inşa edilən böyük günbəzli məqbərələri xatırladır.[9] Yaxınlıqdakı Məscidi-Şah kimi, bu məscid də şimal-cənub oxundakı meydanla müqayisədə qiblə baxımından əyri istiqamətdə yerləşir.
Şeyx Lütfullah məscidi | |
---|---|
32°39′26″ şm. e. 51°40′42″ ş. u. | |
Ölkə | |
Yerləşir | İsfahan şəhristanı |
Memar | Şeyx Bəhaəddin Amili[3][4] |
Üslubu | Səfəvi memarlığı[d][5][3][…] |
Hündürlüyü | 32 m[6] |
Sahəsi |
|
Material | daş[d][6], kərpic[8], kaşı[7][6], mərmər[7][6] |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Səfəvi dini memarlığının ən məşhur nümunələrindən biri olan məscid Meydan-ı Şahın şərq tərəfində yerləşir.[10] Saray əhlinin şəxsi istifadəsi üçün tikilən məscidə Ali Qapı sarayından enərək getmək mümkündür. Həmin meydanın cənub tərəfində digər saray üzvlərinin ibadətləri üçün tikilmiş İmam məscidi yerləşir. Ali qapı sarayından bu məscidi uzun keçid vasitəsilə enilirdi. Keçid boyunca daimi mühafizəçilər yerləşdirilmişdir ki, onların məqsədi hərəmin qadınlarını buraya daxil ola biləcək kənar şəxslərdən qorumaq idi. Əsas girişdə də mühafiizəçilər varidi və məscidin qapıları hər zaman qapalı saxlanılırdı. Günümüzdə bu qapılar ziyarətçilərin üzünə açıqdır və keçid artıq istifadə olunmur.
Tarixi mənbələrə əsasən məscid əvvəllər müxtəlif adlarla anılmışdır. Cünabadi buranı "Qubbat Məscid" yəni günbəzli məscid, müasir tarixçi İsgəndər bəy Münşi isə paklıq və gözəllik məscidi adlandırmışdır. Digər tərəfdən isə avropalı səyyahlardan Şarden məsciddən günümüzdəki adı ilə bəhs etmişdir. 1602–1618 illəri arasında inşa edilən məscid əvvəllər Sədr və Fətullah məscidi kimi tanınsa da, sonradan Şah Abbasın qayınatası, şiə alimi Şeyx Lütfullahın adını daşımaqdadır.[11]Onun haqqında mənbələrdə yetəri qədər məlumat yoxdur. Şeyx Lütfullah Livanda yaşayan şiə alimlərindən biri olmuşdur. Daha sonra Şah Abbasın dəvəti ilə əvvəlcə Məşhəd və Qəzvinə, daha sonra İsfahana gəlmiş burada yaşamağa başlamışdır. Daha sonra Şahın xahişi ilə bu məsciddə dua edib, dərs deməyə başlamışdır.[12]
Sarayın və məscidin meydanda birgə inşası Səfəvi hakimiyyətinin həm nəzəri, həm də praktiki olaraq dünyəvi və ruhani köklərini simvollaşdırır. Xaricdəki və daxildəki ərəb yazılarının məzmunu da binanın bu rolu ilə bağlıdır. Məscidin tikinti kitabələri və günbəz çarxı yazıları Əli Rza Abbasinin əsəridir. Kitabələrdə adı keçən digər ustalar isə Bəkir-i Bənna və Məhəmməd Rza Hüseyn İsfahanidir.
Strukturu
Giriş qapısı, Qapalı Çarşı və İmam məscidinin qapıları kimi, girintili yarım ay şəklindədir . Həmçinin Məscid-i Şahda olduğu kimi, məscidin aşağı fasadı və giriş qapısı mərmərdən tikilmiş, həft-rangi kirəmitlər isə strukturun yuxarı hissələrini bəzədilmişdir. Məscidi bəzəyən xəttatlıq nümunələrinin və kirəmitlərin işlənməsinə usta xəttat Əli Rza Abbasi nəzarət etmişdir. Giriş qapısındakı kitabədə Rza Abbasi tərəfindən yazılmış və burada tikintinin başlama tarixi qeyd olunmuşdur. Meydanın şimal-cənub istiqaməti ilə qiblənin cənub-qərb istiqaməti bir-birinə uyğun gəlmir. Fars memarlığında pāshnah (پاشنه) adlanan bu xüsusiyyətə əsasən günbəzin giriş eyvanının tam arxasında deyil bir qədər sağında yerləşir.
Tək tavanlı günbəzin hündürlüyü 13 metrdir və xarici mavi rəngli kirəmitlərlə örtülmüşdür. Şah məscidi ilə müqayisədə Şeyx Lütfullah məscidinin dizaynı kifayət qədər sadədir: nə həyəti var, nə də daxili eyvanları, lakin məscidin sadə quruluşundan fərqli olaraq həm daxili, həm də çöl bəzəyi son dərəcə mürəkkəbdir. Binanın tikintisində ən yaxşı materiallardan istifadə edilmiş və ən istedadlı ustalar çalışmışdır.[13]
Məscidin interyer dizaynı klassik və təmtəraqlı Səfəvi bəzək motivlərinə bənzəsə də, saray əyanlarının ibadətləri üçün ayrılmış hissə, digərlərindən fərqli olaraq, plan baxımından sadədir. 2500 m2 sahədə tək günbəz şəklində tikilmiş məscidin minarəsi yoxdur. Onun eyvanı tipik Səfəvi memarlığının xüsusiyyətlərini daşıyır. Quruluşuna görə isə daha çox Teymuri və Səfəvilərin əsrlərə söykənən böyük günbəzli türbə strukturlarına bənzəyir. Məscidin yeganə açıq fasadı meydana baxır. Digər fasadlar ticarət binaları və meydanın arxasındakı dar yollarla əhatə olunub. Yaxınlıqdakı Məscidi-Şah kimi, bu məscid də şimal-cənub oxundakı meydanla müqayisədə qiblə baxımından əyri istiqamətdə yerləşir. Məscidə giriş kaşı ilə bəzədilmiş eyvandan çıxan və şimal istiqamətində "L" formalı günbəzli həcmi əhatə edən dəhlizlə təmin edilir.[14] Mehrab istiqamətindəki qapıdan hərimə daxil olunur. Bu dəhliz meydana açılan məscidin fasadı ilə ziyarətgahı arasındakı uyğunsuzluğu kompensasiya etmək üçün sonradan tikilmişdir. Binanın əyri mövqeyi meydandan baxanda açıq şəkildə hiss olunur. Meydanla əlaqəsinin zəifliyi də məscidin zərif bəzəyi ilə ziddiyyət təşkil edir. İmam məscidi və Çaharbağ mədrəsəsinin günbəzləri ilə müqayisədə Lütfullah məscdinin ziyarətgahı örtən tək divarlı günbəzi daha iddialı və yenilikçi üslubda tikilmişdir.[15] Arabeskin müxtəlif ölçülərdə və kərpic döşəmə ilə birlikdə istifadəsi çox uğurlu alınıb eləcə də, döşəmənin şirlə örtüldüyü təəssüratını yaradır. Günbəzin daxili tərəfinin mərkəzində yerləşən "tovuz quşu" məscidin özünəməxsus xüsusiyyətlərindən biridir. İç koridorun giriş qapısında dayanıb günbəzin ortasına baxsanız, quyruğu tavandakı dəlikdən içəri daxil olan tovuz quşunu görmək mümkündür.[15]
Məsciddə 3 əsas işıq mənbəyi vardır ki, bunlardan birincisi məscidin şimal- şərq girişinin üzərindən yansıyan və şəbistanın cənub-şərq divarlarını işıqlandıran mənbədir.
İkinci mənbə .günbəz yerləşən otağın şərq divarında quraşdırılmış taxta torlar vasitəsilə daxil olan işıqdır. Üçüncü mənbə isə divarların günbəzlə birləşdiyi və günbəzin altındakı məkanı işıqlandıran günbəzin altındakı torlardan əks olunan işıqdır. Günəş işığının yansıması məkanı işıqlandırmaqla yanaşı həm də abidəyə mistik ab-hava qatır. [16]
Ziyarətgahın "hərim" hissəsi Səfəvi memarlığında ən mükəmməl balanslaşdırılmış monolit tikililərdən biridir. Məscidin döşəməsi əsasən mavi rəngli kirəmitlərlə örtülmüşdür. Kafel və oyma mərmərlərlə bəzədilmiş eyvan xüsusilə diqqəti cəlb edir. Kvadrat interyerin firuzəyi rənglə haşiyələnmiş, naxışlı yazı və gül motifləri ilə bəzədilmiş 8 kəskin tağla əhatə olunmuşdur. Tağların yuxarı hissəsi dairəvi qasnağı dəstəkləyən geniş künclüklərin keçid nöqtəsidir. Günbəz 43 metr hündürlükdə yerləşir və onun çevrəsi otuz iki tağlı pəncərələrlə ilə əhatə olunub. Bunlardan biri günəş işığını daxil edən arabesk şəbəkəsi ilə açıq, digəri isə pərdə kimi örtülü formadadır. Günbəzin daxili səthi başdan-ayağa gül qıvrımlarından ibarət naxışlı torlarla toxunmuş kirəmitlərlə örtülmüşdür. Düz kərpic üzərində şirli mozaika plitələrlə bəzədilmiş səkkiz pilləli sivri oval fiqurların ölçüsü günəş şüasına doğru yüksəldikcə azalır və günbəzi olduğundan daha hündür göstərərək məkan illüziyası yaradı. Tavandakı sarı günəş motivi bütün parlaqlığı ilə içəriyə günəş işığını əks etdirirmiş təəssüratını yaradır. Məscidin günbəzinin bu orijinal daxili dizaynı son illərdə bir çox bircildlik quruluşu Səfəvi memarlığının və dekorasiya sənətinin unikallığının nümunəsidir. Lütfullah məscidinin və Təbrizin Göy məscidinin günbəzinin quruluşunun Yəzdin Təft şəhərindəki Şah Vəli məscidinin dizaynından ilhamlanıldığı güman edilir.[14][9]
Məşhur Ərdəbil xalçasının motivləri ilə günbəzin dizaynı eynidir.[17][18] Bundan başqa dünyanın ən böyük xalçası hesab edilən "Möcüzələr xalçası"nın toxunarkən dizaynında bu günbəzdən təsirlənilmişdir. Təsəvvüf filosofu Sührəvərdinin varlığın vəhdətinə dair təsəvvürlərinin də günbəzin daxili tərəfindəki bu naxışla əlaqəli olduğu ehtimal edilir.
Şah Abbas sarayının aparıcı xəttatı Əli Rza Abbasi girişi və giriş qapısının üzərini Şah Abbas, İmam Hüseyn və Musanın soyundan gələnlərin adları və titulları ilə bəzəmişdir.
Məscidin kitabəsində məscid tikilən zaman Şah Abbası narahat edən problemlər- Sünnilikdən fərqli olaraq On iki Şiəliyin müəyyənləşdirilməsi zərurəti və Osmanlı işğalına qarşı müqavimət öz əksini tapmışdır. Günbəzin camaat tərəfindən görünən çöl hissəsində, mavi zəmində ağ kaşı ilə yazılmış kitabədə Qurandan üç surə (fəsildən)vardır; əl-Şəms , əl-İnsan və əl-Kövsər . Surələrdə pak bir ruhun doğruluğu və Allahın yolunu inkar edənlərin cəhənnəmdəki aqibəti vurğulanır (çox güman ki, Osmanlı türkləri nəzərdə tutulur). Namaz otağına daxil olanda mürəkkəb arabesk naxışlı mavi, sarı, firuzəyi və ağ rəngli kaşılarla örtülmüş divarlarla diqqəti cəlb edir. Hər küncdə Quran ayələri görünür, şərq və qərb divarlarında isə Şeyx Bəhainin şeirləri var. Mehrabın ətrafında on iki şiə imamının adları, kitabədə isə Şeyx Lütfullah, ustad Muəhmməd Rza İsfahani (mühəndis) və Bəkir əl-Bənnanın (onu yazan xəttat) adları yazılmışdır.
Günbəzli ibadət otağının sağında Qurani Kərimin 98-ci surəsi olan Əl-Bəyyinə surəsinin tam mətni yazılmışdır. Burada deyilir : "Bağışlayan və mehriban Allahın adı ilə.
1. Kitab əhlindən kafir olan kəslər və müşriklər özlərinə açıq – aydın bir dəlil gəlməyincə (səmavi kitab gətirmiş, ərəb olan, Məkkəli Peyğəmbərin gəlməsi barədə bir-birilə mübahisə etməkdən və çəkişmədən) ayrılmadılar. (Kitab əhli onun gəlməsini iddia, müşriklərsə onu inkar edirdilər, dəlil gəldikdən sonra birləşib onun əleyhinə çıxdılar);
2. (Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan, Allah tərəfindən göndərilmiş (peyğəmbər)dir.
3. Onlarda (o səhifələrdə) sabit və möhkəm yazılar (əqlə uyğun olan və nəsx olunması mümkün olmayan İlahi hökmlər və mərifətlər) vardır.
4, lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar).
5, halbuki onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!
6. Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir.
7. Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar.
8. Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür."
Tağın aşağısında üfiqi xətlə yazılan yazılar Qurandan deyil. Burada yazılır ki, Allahın bərəkəti (şiə) şəhidlərin üzərinə olsun. Sağ divardakı Şeyx Bəhainin şeirində isə On dörd pakdan (Məhəmməd, Fatimə və on iki imamdan) kömək diləyir, günbəzin daxili hissəsindəki yazılar isə sədəqə, namaz və dürüstlüyün fəzilətlərini, İslama və onun peyğəmbərlərinə tabe olmağın düzgünlüyünü vurğulayır.[19]
Hərimdə olduğu kimi, günbəz və fasadın kirəmit örtüklərinin çoxu Səfəvilərin süqutundan sonra zamanla məhv olmuşdur. Məscidin bərpasına 1930-cu illərdə Rza şah Pəhləvinin hakimiyyəti dövründə başlanılmış, şəhər memarlığının dirçəldilməsi proqramı çərçivəsində həyata keçirilmişdir. Bu gün məscidin fasadında görünən sənətkarlıq nümunəsi bərpa zamanı əlavə edilmişdir. Fasadın aşağı hissəsi mərmərlə qarış şəkildə bəzədilmişdir. Mərkəzdə sıx bitki və gül naxışları ilə bəzədilmiş şirəli keramika (tünd rəngli), yuxarı hissəsində isə kitabə kəməri vardır. Məscidin portalında 1963-cü ildə edilən dekorasiyada gümüş naxışlı ornamentlərdən və farsca nəstəliq xətti ilə yazılmış yazılardan istifadə edilmişdir. Şeyx Lütfullah məscidinin günbəz dekorasiyası sonradan Tehranda Mərmər sarayın tikintisində də tətbiq edilmişdir.[16] [20]
Günbəzin interyerinin dizaynı Tehrandakı Azadi meydanının dizaynına da ilham vermişdir.[21] [22]
Qalereya
- Məscidin girişi
- Məscdin tavan və divar bəzəklərinin böyük bucaqdan görünüşü
- Məscidin tavan və divar bəzəkləri
- Məscidin Ali Qapı sarayının pəncərəsindən görünüşü
- Məscidin interyer detalları
- Divar və tavan bəzəkləri
- Tavan
- Mehrab
- Məscidin giriş qapısı
- inteyer detalları (1)
- inteyer detalları (2)
- inteyer detalları (3)
- Günbəzin fotosu
- Gecə görünüşü
- Günbəzin fotosu 2
- Tehran Mərmər sarayı
- Azadi meydanı (günbəzdən ilhamlanaraq inşa edilib)
- Qum xalçası
- Fars xalçası
Həmçinin bax
İstinadlar
- Wiki Loves Monuments monuments database. 2017.
- archINFORM (alm.). 1994.
- http://www.masjed.ir/Content/media/article/4.1-Sheikh-Lotfallah-Mosque_0.pdf.
- https://www.msrt.ir/en/page/41/sheikh-lotfollah-mosque.
- http://ijaud.srbiau.ac.ir/article_8526_9164b1086f510b14e9331a71372c7a7d.pdf.
- http://radio.masjed.ir/Content/media/article/r_2055_140217125852_0.pdf.
- https://iranicaonline.org/articles/isfahan-x3-mosques.
- https://www.omicsonline.org/open-access/the-stability-of-dome-structures-in-the-iranian-traditional-architecture-casestudy-dome-of-tajalmolk-2168-9717-1000164.php?aid=76105.
- Jackson, 1986. səh. 690
- Barbara, 1991. səh. 35
- Holt, 1977. səh. 503
- Esmi, 2014. səh. 335
- Baker, 2009. səh. 22
- Baker, 2009. səh. 23
- Savory, 1976. səh. 38
- Esmi, 2014. səh. 337
- Jackson, 1986. səh. 560
- Soleymani, 2007
- Khosravi, Shahnāz. گزارش ميزگرد "ضرورت تدوين و تأليف كتب در مباني حكمي و فلسفي هنر" (fars). Iranian Academy of the Arts. 2011-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-07.
- Pirnia, 2004. səh. 155
- Talab, 2013. səh. 78
- "BBCPersian.com". www.bbc.com. 4 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2020.
Mənbə
- Brend Barbara. Islamic Art. Harvard University Press. 1991. 153.
- P.M.Lambton, Ann.K.S, Lewis Bernard. The Cambridge History of Islam. Cambridge University Press. 1991. 737.
- Patricia L. Baker, Hilary Smith. Iran. 3. Bradt Travel Guides. 2009. 107. ISBN 978-1-84162-289-7.
- Roger Savory. Introduction to Islamic Civilisation. 10. Cambridge University Press. 1976. 94. ISBN 0-521-09948-X.
- Peter Jackson, Lockhart Lorence. The Cambridge History of Iran: The Timurid and Safavid Periods. ambridge University Pres. 1986. 785. ISBN 0-521-24699-7.
- Amin Soleymāni. [6–17 symmetry in Tiling Designs of the Imam Mosque and the Sheikh Lotfollah Mosque in Isfahan, fa:اشارهای به بیقرینگی در نقوش کاشیکاری دو مسجد امام و شیخ لطف الله اصفهان] (#bad_url). Iranian Academy of the Arts. 2007.
- Khosravi, Shahnāz. گزارش ميزگرد "ضرورت تدوين و تأليف كتب در مباني حكمي و فلسفي هنر" (fars). Iranian Academy of the Arts. 2011-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-07.
- Ḥamīd Riz̤ā,Nawrūzī Ṭalab. Az Tihrān tā Tihrān : jilvahʹhā-yi zindagī, hunar va miʻmārī [Tehran, past & present: a glance at the features of life, art and architecture]. Tehran: Yasāvulī. 99. ISBN 978-964-306-396-2.
- "BBCPersian.com". www.bbc.com. İstifadə tarixi: 1 June 2020.
- Zohreh Bozorg-nia. Mimaran-i Iran. 2004. ISBN 964-7483-39-2.
- M.Ferrante. La Mosquée de Šaiḥ Luṭfullah à Ispahan: Relevé planimétrique', Travaux de restauration de monuments historiques en Iran. Roma. 1968. 421–440.
- Mohammadhossein Shahani. Sheikh Lotfollah Mosque: A Story of Daylight in Sequential Spaces. Space and Culture. 2018. 19–36.
- Pirnia, M. An exploration in ancient Iranian architecture. Tehran: Elm-Sannat University. 1999.
- Pirnia, M. Stylistics of Iranian Architecture. Tehran: Memar Publication. 2004. 270.
- Arthur Pope. Iranian Architecture. Tehran: Farangan Publication. 1994.
- Amir Esmi, Hamidreza Saremi. Mysticism and Its Impact on Safavid Dynasty Architecture (Mosque of Sheikh Lotfollah in Isfahan) (PDF). Tehran: Research Journal of Environmental and Earth Sciences. 2014. səh. 333-339.