İsaqın qurban verilməsi (Karavacco)
İsaqın qurban verilməsi (ing. Sacrifice of Isaac) — italiyan rəssam Mikelancelo Merisi de Karavacconun 1600–1603-cü illərdə çəkdiyi rəsm əsəri
İsaqın qurban verilməsi | ||
---|---|---|
| ||
Rəssam | Karavacco[1][2] | |
Tarixi | 1603[1] | |
Üslubu | dini incəsənət[d] | |
Ölçüləri | 104 sm × 135 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | ||
Saytı | wga.hu/html/c/caravagg/0… | |
İnventar nömrəsi | 4659[3] | |
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
Qaranlıq və isti tonların üstünlük təşkil etidyi əsərdə mələyin Allahın əmrini İbrahim peyğəmbərə xəbər verdiyi səhnə təsvir edilmişdir. İbrahimin sol əli oğlunun boynundadır. Sağ əlində isə bıçaq var və mələk tərəfindən tutulmuş vəziyyətdədir. Mələk sağ əli ilə İbrahimi dayandırarkən sol əli ilə ona əsl qurbanı göstərir. İsaqın başı üzərində isə qoç dayanmaqdadır. Rəsmdəki işıq İbrahimin və mələyin üzlərindən başlayaraq İsaqın üzünə doğru daha güclü təsvir edilmişdir.
İsaq rolundakı obraz rəssamın digər əsəri "Mühafizəkar eşq" əsərində təsvir edilən oğlanla eyni şəxsdir. Bu rəssamın tələbəsi Çekkodur. İbrahim peyğəmbərin obrazının isə kimdən ilhamlandığı haqqında dəqiq məlumat yoxdur, lakin Karavacco əsərlərində peyğəmbər, müqəddəs və həvari fiqurlarını rəsm edərkən küçədəki dilənçi və yaşlı sərxoşların simalarından istifadə etmişdir.
Əsər Maffeo Barberinin sifarişi ilə ərsəyə gətirilmişdir və dövrün qeydlərində də Barberi ailəsinin koleksiyasına daxil edildiyi haqqında məlumatlar vardır. 1603-cü ildə Barberi papa seçildiyi üçün öz kolleksiyasını Karloya hədiyyə etmiş və illər sonra Uffitsi qalereyasına bağışlanmışdır.
İstinadlar
- Hibbard H. Caravaggio. Oksford, Boulder: Westview Press, 1985. S. 164. ISBN 978-0-06-430128-2
- Bellori G. P. Le vite de' pittori, scultori et architetti moderni (it.). Roma: 1672. P. 208.
- 1890 Florentine inventory. 1890.