İsa bulağı
İsa bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
İsa Bulağı | |
---|---|
![]() | |
39°44′39″ şm. e. 46°42′36″ ş. u. | |
Ölkə |
![]() |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa rayonu |
Aidiyyatı | Qarabağ xanlığı |
Tikilmə tarixi | XVIII əsr |
Material | mərmər |
|
|
![]() |
İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.[1]
Bərpası
Vətən müharibəsindən sonra İsa Bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.Bulağın özü mərmərdən hazırlanıb, İsa Bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub.[2]
İstinadlar
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.260.
- "İsa Bulağı tam bərpa edilib". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.