İsa Yusif Alptəkin

İsa Yusif Alptəkin (uyğ. ئەيسا يۈسۈپ ئالپتېكىن (عيسى يوسف الپتگین or عيسى يوسف الپتكین; türkcə: İsa Yusuf Alptekin; çin. 艾萨·玉素甫·阿布甫泰肯; pinyin: Àisà Yùsùfŭ Ābùfŭtàikěn[1] d.1901, Qaşqar İli, Yenihisar qəsəbəsi – ö.1995, İstanbul, Türkiyə) — Uyğur yazıçı, siyasətçi. İsa Yusif Alptəkin Homindan rejimi dövründə müxtəlif vəxifələrdə çalışmışdır. Şərqi Türkistan İslam Respublikası[2] həm də İkinci Şərqi Türkistan Respublikası dövründə türkçülük möqeyindən çıxış edən siyasi fiqur idi.[3][4] Şərqi Türkistan (Sincan) Çin Xalq Respublikasının nəzarətinə keçdikdə, Alptekin 1949-cu ildə Çindən mühacirət etmişdir.

İsa Yusif Alptəkin
Yusif Alptəkin və Əbülfəz Elçibəyin görüşü
Yusif Alptəkin və Əbülfəz Elçibəyin görüşü
Doğum tarixi
Doğum yeri Qaşqar
Vəfat tarixi
Vəfat yeri
Uşağı
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1920-ci illər

İsa Yusif Alptəkin 1901-ci ildə Sin sülaləsi dövründə Qaşqar İlinin Yenihisar qəsəbəsində anadan olub. Aliptəkin siyasi karyerasına 1926-1928-ci illərdə Əndicandakı Çin konsulluğunda tərcüməçi və katib kimi başlamışdır.[5] Alptəkin Əndicanda işləyərkən Sovet rejiminin uyğurları silahlandırmaq və Şərqi Türkistanı Çin nəzarətindən azad etmək planları ilə razılaşıb-razılaşdırılmayacağına dair onunla məsləhətləşən uyğur tacirləri ilə görüşmüşdü.[6] 1928-ci ildə Alptəkinin işi yüksək qiymətləndirildi və çox pis xəstələnmiş çinli diplomatı Pekinə müşayiət etmək tapşırığını aldı.[7] 1928-ci ilin payızında Alptəkin Daşkəndə göndərildi, 1932-ci ilin mayına qədər Çin konsulu yanında köməkçi, tərcüməçi və katib kimi işlədi.[8] 1932-ci ildə Aliptəkin Nankinə göndərildi və Çin Respublikası Müdafiə Nazirliyinin Sərhəd İşləri İdarəsində məsləhətçi təyin edildi.[9]

1930-cu və 1940-cı illərdə

1936-cı il sentyabrın 18-də Çin Respublika Məclisinə seçilmişdir.[10] Nankində olduğundan, Yaponiya İmperiyası Nankini işğal etdikdə Çin hökuməti ilə birlikdə Çuntsinə qaçmaq məcburiyyətində qaldı. Məsud Səbri kimi bir neçə digər uyğurla birlikdə orada yaşayırdı. Çinin Yaponiyaya müharibəsinə dəstək almaq üçün İsa Yusuf Alptəkin 1939-cu ildə Huey müsəlmanı Ma Fulianq (馬 賦 良) ilə birlikdə Misir, SuriyaTürkiyəni ziyarət etdi. 1940-cı ildə Əfqanıstana getdikləri zaman Məhəmməd Əmin Buğra ilə əlaqə qurdular və ondan Homindan rejiminin paytaxtı Çuntsinə gəlməsini xahiş etdilər. Ondan Homindan rejiminin paytaxtı Çuntsinə gəlməsini xahiş etdilər. Buğra, 1942-ci ildə Yaponiya casusu şübhəsi ilə ingilislər tərəfindən tutuldu. Lakin Alptəkin və Ma Fulianqın təkidindən sonra Homindanın müdaxiləsi nəticəsində Buğra sərbəst buraxıldı. İsa Yusuf Buğra ilə birgə Homindanın müsəlman nəşrlərinin redaktoru olaraq çalışırdılar.[11]

Çinli müsəlmanların yaponların döyüş təyyarələri tərəfindən bombardman edildiyi Suriya qəzetlərində xəbər verilirdi. Nümayəndə heyəti Yaxın Şərqə səfəri çərçivəsində Əfqanıstan, İran, İraq, Suriya və Livanda görüşlər keçirdi. Xarici işlər naziri, Baş nazir və Prezident, Heyət 1939-cu ilin mayında Misirdən Türkiyəyə gəldi. Türkiyəyə gəldikdən sonra xarici işlər naziri, baş nazirprezident şəxsən çinli müsəlmanlardan ibarət nümayəndə heyəti ilə görüşdü. Britaniya Hindistanına səfər zamanı Mahatma QandiMəhəmməd Əli Cinnahla görüşdə Ma Fulianq və İsa Alptəkin Yaponiyanın işğalçı siyasətini pislədilər.[12]

Ma Fuslan, İsa Alptəkin, Van Zenqşan, Syu Venbo və Lin Çjunmin Misirə ərəb və İslam dünyası qarşısında Yaponiyanın təcavüzkar siyasətini pisləmək üçün səfər etdilər.[13] Yaponiya istilası zamanı Çin Alptəkini dəstəkləyirdi.[14]

1944-cü ildə İsa Sincana döndü. O, bu zamn baş verən İli üsyanını və sonradan Şimali Sincanda yaradılan İkinci Şərqi Türkistan Respublikasını SSRİ-nin marionet dövləti olduğunu iddia edərək İosif Stalinə qarşı çıxdı. Bunun əvəzinə o, Zanq Zizonqun Homindan rejimi ilə əməkdaşlığa başladı. Bu zaman Şərqi Türkistanda Üç Əfəndi (Üch Äpändi) (ئۈچ ئەپەندى) - İsa Alptəkin, Məhəmməd Əmin BuğraMəsud Səbri fəaliyyət göstərirdi.[4][15] Hər üç şəxs kommunist rejiminə qarşı çıxış edirdilər. İkinci Şərqi Türkistan Respublikasının yeni rəhbərliyi kommunistlər olduğundan onlarda Alptəkin, Buğra və Sabrini Homundana xidmətdə ittiham edirdilər.[16][17]

1947-ci ildə o, Şərqi Türkistan hökumətinin baş katibi olub. İsa Yusif Alptəkin müsəlman (uyğur) qadınlarla han çinli kişilər arasındakı nigahlara qarşı idi.[18] Şərqi Türkistanda Kommunist rejimi əleyhinə əhvali-ruhiyyə İsa Alptəkin tərəfindən dəstəklənərkən, Burhan Şəhidi Sovet leyhinə olan fikirləri müdafiə edirdi.[19]

Ma Bufanqdan Çan Kayşidən kommunistlər və Sovetlərin dəstəklədiyi İkinci Şərqi Türkistan Respublikasına qarşı Çin hökumətinin Sincan cənubunda müstəqil bir İslam dövlətinin yaradılmasına icazə verib-verməyəcəyini soruşmağı xaiş elədi. Lakin Ma Bufanq bu xaişə ciddi yanaşmadı. Bunun əvəzinə, Çin kommunistlərinin ordusu Qinqhaya yaxınlaşanda Ma bir neçə milyon dollarlıq qızıl götürərək Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus təyyarə ilə qaçdı. Ma Bufanq əvvəl Homindan tərəfindən idarə olunan Tayvan adasına, daha sonra Misirə getdi.

Mühacirətdə

1949-cu il sentyabrın 26-da Çin Xalq Azadlıq Ordusunun Şərqi Türkistana yerləşdirilməsindən sonra Alptəkin Sincanı tərk etmək məcburiyyətində qalır. Alptəkin Himalaylar üzərindən Hindistanın nəzarətindəki Kəşmirin Ladaka qəsəbəsinə sığınır. 1954-cü ildə o, Məhəmməd Əmin Buğra ilə Tayvana gedir və Çin Respublikasının Homindan hökumətini Şərqi Türkistana iddialarından imtina etməsinə inandırmağa çalışırlar. Lakin onların tələbi rədd edilir və Tayvan hökuməti Sincanı "Çinin ayrılmaz hissəsi" kimi qaldığını bildirir.[20]

İsa Yusif Alptəkin 1954-cü ildə Türkiyəyə köçdü və orada Şərqi Türkistan Mühacirlər Cəmiyyətini qurdu. Alptəkin "Shärqiy Türkistan avazı" (Şərqi Türkistan Səsi) dərgisini çap edərək Şərqi Türkistanın səsini dünyaya duyurmağa çalışırdı. Bu istiqamətdə o, çox fəal işlər aparırdı. Xarici ölkə təmsilçiləri görüşür Şərqi Türkistan haqda təbliğat aparırdı. O hətta 1970-ci ildə ABŞ Konqresinin üzvləri ilə də görüşmüşdür.[21]

Türkiyədə o, hökumət və siyasi partiyaların nümayəndələri ilə görüşür Şərqi Türkistanda baş verən hadisələr barədə onları məlumatlandırırdı. Alptəkin Türkiyə Baş nazirləri və prezidentləri ilə daima təmasda olmuşdur. Bu görüşlərin birində Alptəkin Türkiyənin Şərqi Türkistanda önəmli rol oynamasını vacib saydığını arzulamışdır:

" Könül arzu edər ki, Türkistan məsələsinin həlledilməsi mübarizəsində öncüllük şərəfi, Türkiyənin haqqı olsun…[22] "

Alptəkin Türkiyə millətçilərinin lideri Alparslan Türkeşlə sıx əlaqələrə malik idi.[23][24][25][26][27][28]

Alptekin Türkiyədə olarkən ermənilərin türkləri, sonra isə Qarabağ müharibəsi çərçivəsində günahsız dinc Azərbaycan vətəndaşlarını qətl etməsinə etiraz etmiş və dünya ictimaiyyətinə səslənmişdir:[29][30][31][32][33]

" Xaricdə yaşayan Türk Qardaşlarıma səslənirəm!

Erməni qatillərinə etiraz olaraq mitinqlər və yürüşlər təşkil etməliyik. Biz erməniləri dəstəkləyən dövlətləri və millətləri şiddətlə qınamalıyıq.

İslam dünyasına səslənirəm!

Bir milyarddan çox İslam dünyası; Dini, kitabı və Rəsulu ilə bir bütündür. (Bu səbəbdən) birimizin dostu dostumuzdur, birimizin düşməni düşmənimizdir … Ancaq təəssüf ki, bu belə deyil. Bilmirəm. Təəssüf ki, birimizin düşməni digərimizin dostu olur. Erməni quldurları günahsız müsəlman türk qardaşlarımızı öldürərkən, İslam dünyası susur.

Yaxın Şərqdəki müsəlman dövlətlər və millətlər bilməlidir ki, bu gün aranızdakı və dünya hökmranlığını davam etdirən Rusiya arasında qırılmaz bir qala olan Türkiyə Cümhuriyyəti aşılmaz bir dəstdur. Əvvəl Allah, sonra Türkiyə Cümhuriyyətinin varlığı sayəsində sərbəst və müstəqil yaşamaq fürsəti tapmısınız … Türkiyə, eyni zamanda varlığınızın və sağ qalmağınızın bir zəmanəti deməkdir.

Mən erməniləri dəstəkləyən dövlətlərə səslənirəm!

Unutmayın ki, əsirlikdə olan yüz milyon Türk asılı olsa da, Türkiyəyə bir vücud kimi bağlıdır. Zərərinə qarşı hər hansı bir hərəkət bütün Türk dünyasına zərər verəcək və yanında olanlar yanlarında yüz milyon Dünya Türkünü tapacaqlar.

Bütün dünyanın onları belə tanımasını istəyirik.

"

Alptəkinin Türkiyəyə sürgündə oradakı hökumətdə təmsil olunan millətçi qismdən böyük dəstək aldığı üçün ÇXR hökuməti onu "Sincan müstəqillik fəaliyyətini" davam etdirdiyinə və "sosialist sistemi" devirməyə çalışdığı üçün təqiblərə məruz qoymuşdur.

Ölümü

İsa Yusif Alptəkin 1995-ci il dekabrın 27-də 94 yaşında İstanbulda vəfat etmişdir. Dəfini zamanı cənazəsini qaldırmağa mindən çox adam gəlmişdi.[34] O, Türkiyənin və Türk dünyasının iki böyük lideri Adnan MenderesTurqut Özalın məqbərələrinin yanında Topkapı Qəbiristanlığında dəfn edilmişdir.[35][36]

Xatirəsi

1995-ci ildə İstanbulda Göy Məscid rayonunda Alptəkinə və mərhum Şərqi Türkistan İstiqlaliyyət hərəkatının şəhidləri şərəfinə abidə ilə yanaşı park da açıldı. Türkiyə Prezidentinin, Baş nazirinin, parlamentin sədrinin və başqalarının iştirakı da daxil olmaqla, tədbirə yüksək səviyyədə böyük diqqət göstərilməsi Çinin qəzəbinə səbəb oldu.

ÇXR hökuməti Türkiyəni "daxili işlərinə" müdaxilə etməkdə ittiham etdi. Buna cavab olaraq Türkiyə Dövlət Departamenti parkın bağlanması qərarını verdi. Lakin yerli sakinlər və bələdiyyə parkı bağlamaqdan imtina etdi.[1][37]

Ailəsi

Oğlu Erkin Alptəkin də Şərqi Türkistan İstiqlaliyyət hərəkatının iştirakçılarındandır, hazırda Almaniyada yaşayır.

Əsərləri

  • Unutulan Vatan Doğu Türkistan (East Turkestan: The Forgotten Land), Seha Yayıncılık, İstanbul, 1999.

İstinadlar

  1. Allievi, Stefano; Nielsen, Jørgen. Muslim networks and transnational communities in and across Europe. Brill Publishers. 2003. 303–305. ISBN 978-90-04-12858-3.
  2. "Excerpts from the British MP memorandum to UK Foreign Office on the East Turkistan Republic (1934)". East Turkistan Government in Exile. 3 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2020.
  3. Kamalov, Ablet. Millward, James A.; Shinmen, Yasushi; Sugawara, Jun (redaktorlar ). Uyghur Memoir literature in Central Asia on Eastern Turkistan Republic (1944-49). Studies on Xinjiang Historical Sources in 17-20th Centuries. Tokyo: The Toyo Bunko. 2010. səh. 260. 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-17.
  4. Ondřej Klimeš. Struggle by the Pen: The Uyghur Discourse of Nation and National Interest, c.1900-1949. BRILL. 8 January 2015. 197–. ISBN 978-90-04-28809-6. 9 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2021.
  5. Taşçı, 1985. səh. 66, 575
  6. Taşçı, 1985. səh. 78, 575
  7. Taşçı, 1985. səh. 128, 575
  8. Taşçı, 1985. səh. 164, 199
  9. Taşçı, 1985. səh. 216, 575
  10. Taşçı, 1985. səh. 238, 575
  11. Lin, 2010. səh. 90
  12. "西北回族在抗战中的贡献" [The contribution of Northwest Hui in the war effort]. www.xzbu.com (çin). 27 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 August 2016.
  13. "中国首批留埃学生林仲明" [Lin Zhongming, the first Chinese student to study in Egypt]. www.xzbu.com (çin). 1 July 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 July 2020.
  14. The Muslim World. Motamar al-Alam al-Islami; World Muslim Congress. 1994. səh. 99. 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  15. Kamalov, Ablet. Millward, James A.; Shinmen, Yasushi; Sugawara, Jun (redaktorlar ). Uyghur Memoir literature in Central Asia on Eastern Turkistan Republic (1944-49). Studies on Xinjiang Historical Sources in 17-20th Centuries. Tokyo: The Toyo Bunko. 2010. səh. 260. 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-17.
  16. Ondřej Klimeš. Struggle by the Pen: The Uyghur Discourse of Nation and National Interest, c.1900-1949. BRILL. 8 January 2015. 241–. ISBN 978-90-04-28809-6. 27 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2021.
  17. David D. Wang. Clouds Over Tianshan: Essays on Social Disturbance in Xinjiang in the 1940s. NIAS Press. January 1999. 28–. ISBN 978-87-87062-62-6. 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  18. Linda Benson. The Ili Rebellion: The Moslem Challenge to Chinese Authority in Xinjiang, 1944-1949. M.E. Sharpe. 1990. 164–. ISBN 978-0-87332-509-7. 2017-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  19. Linda Benson. The Ili Rebellion: The Moslem Challenge to Chinese Authority in Xinjiang, 1944-1949. M.E. Sharpe. 1990. 164–. ISBN 978-0-87332-509-7. 2017-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  20. Page 52, Ismail, Mohammed Sa'id, and Mohammed Aziz Ismail. Moslems in the Soviet Union and China Arxivləşdirilib 2020-08-01 at the Wayback Machine. Translated by U.S. Government, Joint Publications Service. Tehran, Iran: Privately printed pamphlet, published as vol. 1, 1960 (Hejira 1380); translation printed in Washington: JPRS 3936, September 19, 1960.
  21. "غەرب دۇنياسىدىكى ئۇيغۇرلار (4A)". Radio Free Asia. 2016-04-30. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  22. "Arxivlənmiş surət". 2009-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  23. "İsa Yusuf Alptekin". 20 January 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 March 2016.
  24. "İsa Yusuf ALPTEKİN'i Rahmet ve Minnetle Yad Ediyoruz…". 23 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 March 2016.
  25. "Doğu Türkistan Vakfı Resmi Web Sitesi". 11 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 July 2020.
  26. "Mithatuyanikeskipazar78". 2021-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  27. "Arxivlənmiş surət". 2019-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  28. "Türkeş: Türkistan Türklüğün davası". 17 July 2009. 25 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2021.
  29. "İsa Yusuf Alptekin ve Türkiye'nin Siyasal Hayatına Etkileri". 2016-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  30. "Doğu Türkistan Vakfı Resmi Web Sitesi". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  31. "Arxivlənmiş surət". 2017-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  32. "Doğu Türkistan Kültür ve Dayanışma Derneği Genel Merkezi". 15 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 March 2016.
  33. "Dış Türk Kardeşlerime sesleniyorum! Ermeni katilleri protesto eden mitingler, yürüyüşler tertip etmeliyiz. Ermenileri destekleyen devletleri ve milletleri şiddetle telin etmeliyiz… İslam Dünyasına sesleniyorum! Bir milyarı aşan İslam âlemi; diniyle, kitabıyla, Rasulüyle bir bütündür. (Bu sebeple) birimizin dostu hepimizin dostu, birimizin düşmanı hepimizin düşmanı olmadı idi… Fakat maalesef olmadı. Olamıyor. Birimizin düşmanı maalesef diğerinin dostu oluyor. Ermeni caniler masum Müslüman Türk kardeşlerimizi katlederken, İslam dünyası sessiz kalıyor, sükût ediyor… Ortadoğu’daki Müslüman devletler ve milletler şunu bilmelidirler ki, bu gün Türkiye Cumhuriyeti, dünya hâkimiyeti güden Rusya ile sizin aranızda yıkılmaz bir kale, aşılmaz bir settir. Evvel Allah Türkiye sayesinde hür ve müstakil yaşama imkânına sahip bulunuyorsunuz… Türkiye Cumhuriyeti’nin mevcudiyeti, sizin de mevcudiyetiniz ve bekanızın teminatı demektir. Ermenileri destekleyen devletlere sesleniyorum! Şunu unutmayınız ki, esaret altında olsalar bile yüz milyon Türk, Türkiye’ye yekvücut gibi bağlıdır. Onun zararına olacak her hareket, bütün Türk dünyasını incitmiş olacak, ona yan bakanlar, yüz milyon Dış Türkü yanında yanında bulacaktır. Bunları bütün dünyanın böyle bilmesini istiyoruz."
  34. "Merhum İsa Yusuf Alptekin Beyin Cenaze Töreni". DOĞU TÜRKİSTAN KÜLTÜR VE DAYANIŞMA DERNEĞİ. 26 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2020.
  35. Polat, 1995
  36. Kayıkçı, 2008
  37. Çolakoğlu, 2013. səh. 35

Ədəbiyyat

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.