İsa Muğanna

İsa Muğanna (tam adı: İsa Mustafa oğlu Hüseynov; 12 iyun 1928[5], Muğanlı, Qazax qəzası1 aprel 2014, Bakı) — Azərbaycanlı yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976).

İsa Muğanna
İsa Mustafa oğlu Hüseynov
Doğum adı İsa Hüseynov
Təxəllüsü Muğanna
Doğum tarixi
Doğum yeri Muğanlı, Qazax qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Xroniki ürək çatışmazlığı[1]
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı Sevinc Muğanna[2][3][4]
Təhsili Azərbaycan Dövlət Universiteti
Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti yazıçı, ssenarist, baş redaktor
Fəaliyyət illəri 1949-cu ildən
Mükafatları
"Azərbaycan SSR xalq yazıçısı" fəxri adı  — 1988 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1976
"İstiqlal" ordeni  — 1998 "Şərəf nişanı" ordeni  — 1978
Vikimənbənin loqosu İsa Muğanna Vikimənbədə

Həyatı

İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib.

Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında[6] baş redaktor (1964–1968)[7], redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Yaradıcılığı

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib[8]. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.

Mükafatları

Kitabları

  • Bizim qızlar (pyes), 1953
  • Dan ulduzu (pyes), 1955
  • Hekayələr, 1957
  • Yanar ürək (pyes), 1960.
  • Doğma və yad adamlar (roman), 1962.
  • Teleqram (povest), 1963.
  • Yanar ürək (roman), 1965.
  • Tütək səsi (pyes və hekayələr), 1965.
  • Pyeslər, 1967.
  • Kollu koxa (pyes və hekayələr), 1969.
  • Ömrümdə izlər, 1971.
  • Saz (pyeslər), 1971.
  • Seçilmiş əsərləri (roman və pyeslər), 1972.
  • Yanar ürək, Doğma və yad adamlar, 1979.
  • Məhşər (roman), 1979.
  • İdeal (roman), 1985.
  • Türfə (roman), 2009[11]
  • Qəbiristan (roman), 2013
  • Cəhənnəm (roman), 2013
  • GurÜn (roman), 2013
  • İsahəq-Musahəq (roman), 2013
  • İlan dərəsi (povestlər)

Filmoqrafiya

Müsahibə

  • "Xalq yazıçısı İsa Hüseynov: "80 yaşdan yekun iyi gəlir" - FOTOSESSİYA" (az.). apa.az. 2008-06-11. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
  • Ağa Cəfərli. "İsa Hüseynov "Kulis"ə danışır" (az.). kulis.az. 2012-08-27. 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  • Ağa Cəfərli. ""Yoldaş Qorki, məndən yazıçı olacaqmı?"" (az.). kulis.az. 2012-08-28. 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  • Ağa Cəfərli. "İsa Hüseynov: "Düşmənlərim üçün də darıxıram"" (az.). kulis.az. 2012-08-30. 2014-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  • Ağa Cəfərli. "İsa Hüseynovun Kulis.az-a müsahibəsi: "Düşmənlərim üçün də darıxıram"" (az.). kulis.az. 2014-04-01. 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.

Ölümü

Yazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb.[12] 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir.[13][14] Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşmişdir.[15][16]

Xatirəsi

31 may 2018-ci ildə Azərbaycan prezidenti İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.[17]

İstinadlar

  1. "İsa Muğanna dünyasını dəyişdi" (az.). lent.az. 2014-04-01. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
  2. Leyla Əsədullayeva. ""Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm" - MÜSAHİBƏ" (az.). modern.az. 2019-06-12. 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
  3. Ayxan Ayvaz. "İsa Muğannanın qızı od püskürdü: "Bu, atama və bizim ailəyə qarşı təhqirdir!" – Müsahibə" (az.). kulis.az. 2019-08-21. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
  4. "İsa Muğannanın qızı: «Mənə Kamal Abdullanın kitablarını oxutdururdu»" (az.). azadliq.org. 2014-04-01. 2016-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
  5. IMDb (ing.). 1990.
  6. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  7. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  8. "Muğanna İsa Hüseynov sənədli televiziya filmi 2005 AzTV. Montaj rejissoru YAFƏT XEYİROV". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-24.
  9. Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az saytı
  10. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.
  11. Şəmil Sadiq. "İsa Muğannanın "Türfə" romanı niyə çap olunmurdu..." (az.). 525.az. 2017-06-12. 2019-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.anl.az
  12. "İsa Muğannanın həyat yoldaşı yazıçının ölümündən danışıb" (az.). deyerler.org. 2014-04-01. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  13. İ.İzzət. "Azərbaycanın tanınmış yazıçısı İsa Muğanna vəfat edib" (az.). trend.az. 2014-04-01. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  14. "İsa Hüseynov I Fəxri Xiyabanda dəfn olunacaq - YENİLƏNİB - VİDEO" (az.). milli.az. 2014-04-01. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  15. "Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Yazıçısı İsa Hüseynov son mənzilə yola salınmışdır" (az.). azertag.az. 2014-04-02. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  16. "Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Yazıçısı İsa Hüseynov son mənzilə yola salınmışdır" (az.). respublica-news.az. 2014-04-03. 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  17. President.Az. "İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 31.05.2018. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.