İsa İsmayılzadə
İsa Mustafa oğlu İsmayılzadə (15 mart 1941, Qarayazı rayonu – 14 iyul 1997, Bakı) — şair, tərcüməçi, publisist, 1969-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1980).[1]
İsa İsmayılzadə | |
---|---|
İsa Mustafa oğlu İsmayılzadə | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Fəaliyyəti | tərcüməçi |
Mükafatları |
Həyatı
İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. 1958–1963-cü illərdə burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır.
Əmək fəaliyyəti
1963–1964-cü illərdə Qardabanidə orta məktəbdə müəllim, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966–1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968–1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən).
Yaradıcılığı
Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlamışdır.[1] Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət vermiş, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində (1978) iştirak etmişdir. Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir. 1997-ci il iyulun 14-də vəfat etmişdir.
Əsərləri
- Ulduzların ad günü. Bakı: Gənclik, 1968, 98 səh.
- İşıqlı yarpaqlar. Bakı: Gənclik, 1972, 37 səh.
- Torpaq nəğməsi. Bakı: Gənclik, 1977, 96 səh.
- Ömrümdən keçən qatar. Bakı: Yazıçı, 1980, 128 səh.
- Salam, Yer kürəsi. Bakı: Gənclik, 1982, 230 səh.
- Anamla söhbət. Bakı: Yazıçı, 1985, 131 səh.
- Yelləncəkdə yellənən külək. Bakı: Gənclik, 1985, 104 səh.
- Gedim anamdan soruşum. Bakı: Gənclik, 1987, 157 səh.
- Bir ömürlük gecə (şeirlər və poemalar). Bakı: Yazıçı, 1989, 192 səh.
- Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1991, 350 səh.
- Vurağan, tutağan, yatağan. Bakı: Gənclik, 1992, 24 səh.
Tərcümələri
- Roya İnara. Xirosimada (şeir). Ulduz, 1970, №10, s.28.
- Mixail Matusovski. Sükut dəqiqəsi (şeir). Azərbaycan, 1972, №8, s.7-8
- Slutski Boris. Tolstoyun romanı (şeir). Azərbaycan, 1972, №8, s.7.
- Yevgeni Yevtuşenko. Heç nəyin yarısını istəmirəm dünyada… (şeir). Azərbaycan, 1972, №8, s.6.
- Baltakis Altimantas. Ürək-Vətən (şeir). Azərbaycan, 1975, №9, s.119.
- Oljas Süleymanov. Nyu-Yorkda leysan (şeir). Azərbaycan, 1975, №8, s.104.
- İmant Ziyedonis. Leninlə görüş (şeir). Azərbaycan, 1975, №9, s.121.
- Konstantin Simonov. Vətən (şeir). Ulduz, 1977, №11, s.8.
- Draç İvan.Gecə etüdü (şeir). Ədəbiyyat və incəsənət, 1978, 23 sentyabr.
- Konstantin Simonov. Vətən (şeir). Sovet Gürcüstanı, 1978, 24 oktyabr.
- Lev Nikolayeviç Tolstoy. N.A.Nekrasova məktublarından (s.153-155); İ.S.Turgenevə məktublarından (s.155.); A.A.Fetə məktublarından (s.155-157). N.S.Leskova məktublarından (s.157); S.T.Semyonova məktublarından (s.157-158); P.V.Zasodimskiyə məktublarından (s.158). Azərbaycan, 1978, №9, s.153-158.
- İrakli Abaşidze. Ağ hücrədə səs (şeir). Ulduz, 1979, №12, s.15-16.
- Vladimir Kolomiyets. Lenin (s.110-111); Əsgər ordenləri (s.111-112) (şeir).
- Körpülər (Ukrayna sovet şairlərinin şerləri). Bakı: Yazıçı, 1979, 172 s.
- Viktor Korj. Xatirələrin rəngi (s.122-123); Qarşıma çıxanda yeniyetmələr... (s.123-124) (şeir).
- Körpülər (Ukrayna sovet şairlərinin şerləri). Bakı: Yazıçı, 1979, 172 s.
- Yevgeni Yevtuşenko. Pəncərə; Başıma nə gəlir gör... (B.Axmadulinaya); Bal;
- Məzlumluq (şeir). Azərbaycan, 1979, №11, s.87-91.
- Aleksandr Blok. Dəlisov bir ömür keçir könlümdən...; Ey ucu-bucağı görünməz bahar!..; Pəncərə yuxuda yatırdı onda...; Şəhər tünlüyündən, qovhaqovundan... (şeir); Məktublar... Məktublar (A.Belıya, K.Stanislavskiyə, S.Yeseninə, A.Axmatovaya yazdığı məktublar). Azərbaycan, 1980, №11, s.163-167.
- Aleksandr Blok. Pəncərə yuxuda yatırdı onda; Şəhər tünlüyündən... (şeir). Aleksandr Blok. Tale
- gəmisi (şeirlər və poemalar). Bakı: Yazıçı, 1980, s.44, 67.
- Aleksandr Fadeyev. Yazıçının məktublarından (R.S.Zemlyaçkaya, A.S.Serafimoviçə, A.M.Qorkiyə, Y.S.Bulqakova, M.F.Rılskiyə,N.P.Oxlopkova, A.F.Fadeyevaya, A.A.Surkova, Səməd Vurğuna yazdığı məktublar). Azərbaycan, 1981, №12, s.103-109.
- Qriqol Abaşidze. Ədəbiyyat (şeir). Bakı, 1982, 23 iyul.
- Oleynik Boris. Əks-səda (şeir). Azərbaycan, 1982, №5, s.3-4.
- Robert Rojdestvenski. Nazim (şeir). Azərbaycan, 1982, №12, s.27-29.
- Konstantin Simonov. Gözlə qayıdacağam… (şeir). Azərbaycan, 1982, №12, s.24.
- Oleq Şestinski. Eşitdim...; Mənim nəslim; Bakıda çinar; Yaddaş; 23 yanvar 1929-cu il; Şəhər; Şəhərə məktub; Mənim həyatım; Düşüncələr; Uzaqdan məktub; Nəhəng, gözəl şəhərlərdə...; Rusiyaya; Mənə bütöv şəhər bağışlayıblar...; Aviasiya leytenantı ilə söhbət; Dünyanın qəribə işləri də var...; Hanı, heykəllər, hanı...; Qırx birinci illə qırx ikinci il...; Monoloqlar; Çirkin qız (şeir).
- Oleq Şestinksi. Bakıda çinar (şerlər və poemalar). Bakı: Yazıçı, 1982, s.13-41.
- Bella Axmadulina. Bizim küçəmizdən, illərdən bəri...; Bir gün, qapın döyüləndə...; Səsimi apardılar... (şeir). Azərbaycan, 1984, №11, s.138-139.
- Robert Rojdestvenski. Əsgər Alyoşanın Plovdivdə heykəli (şeir). Azərbaycan, 1985, №5, s.124-125.
- Yustinas Martsinkyaviçyus. Belə vətən var (şeir). Azərbaycan, 1987, №11, s.10.
- Samuil Marşak. Saylar (s.14-19); Sirk (s.19-23); Qəfəsə salınmış balalar (s.23-25); Gözəl gün (s.26-29); Dondurma (s.30-33); İlinonikiayı (s.33-36); Vaksa-Klyaska (s.37-41); Huşsuza bax, huşsuza (s.41-43); Durğu işaraləri (s.43-45); Nəzakət dərsi (s.45-47); Top (s.47-48); Hava beşiyi (s.48); Karusel (s.48-49); Göyqurşağı (s.49-50); Dostlar, yoldaşlar (s.50-51); Sentyabrın biri (s.51-53); Meşə bayramı (s.53-54) (şeir). Dünya uşaq ədəbiyyatı kitabxanası. 50 cilddə. 44-cü cild. S.Marşak, K.Çukovski, A.Barto, S.Mixalkov. Şerlər, nağıllar, təmsillər. Bakı: Gənclik, 1989, 384 s.
- Artur Konan Doyl. Dördlüyün nişanəsi (povest). Azərbaycan, 1991, №5, s.100-171.
- Konstantin Simonov. Gözlə, qayıdacağam... (şeir). Xəzər, 2004, №3, s. 226-227.
- Axmadulina Bella Axatovna. Bizim küçəmizdən...; Bir gün qapın döyüləndə...; Səsimi apardılar... (şeir). Dünya ədəbiyyatı seriyası. Rus ədəbiyyatı antologiyası. 2 cilddə. I cild. Bakı: Avrasiya press, 2007, s.207-210.
- Aleksandr Blok. Pəncərə yuxuda yatırdı onda...; Şəhər tünlüyündən, qovhaqovundan...; Dəlisov bir ömür keçir könlümdən...(şeir). Dünya ədəbiyyatı seriyası. A.A.Blok. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007, s.44, 65-66, 94.
- Konstantin Simonov. Gözlə, qayıdacağam (şeir). Dünya ədəbiyyatı seriyası. Rus ədəbiyyatı antologiyası. 2 cilddə. I cild. Bakı: Avrasiya press, 2007, s.162-163
- Oljas Süleymanov. Puşkin meydanında (şeir). Sevgi fəsli. İslam ölkələri şairlərinin şeirləri. Bakı: Çinar-Çap, 2010, s.121-123.[1]
Filmoqrafiya
İstinadlar
- Kamal Abdullayev. AZƏRBAYCAN TƏRCÜMƏ ENSİKLOPEDİYASI (PDF). Bakı: MTM-İNNOVATİON. 2018. səh. 336-338.