İrtəriş xaqan

İrtəriş xaqan[1] və ya Ulu Bilgə xaqan[2] (əsl adı: Aşina Şi 阿史那施) — Basmılların hökmdarı, Basmıl xaqanlığının yeganə xaqanı.

İrtəriş İl Etmiş xaqan və ya Ulu Bilgə xaqan
伊跌伊施可汗 / 賀臘毗伽可汗
742 744
ƏvvəlkiOzmış Teqin xan (Göytürk xaqanı kimi)
SonrakıQutluq Bilgə Kül xaqan (Uyğur xaqanı kimi)
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Uti bəy
Dini Tenqriçilik

Həyatı

Aşina sülaləsindən olub, İltəriş xaqanın qardaşı İl Etmiş Yabqunun oğlu Uti bəyin oğlu idi. Bilgə Qutluq xaqanın hakimiyyəti dövründə xaqanın anası Po Beqin zalım siyasət yürütməsi şərq şadı Pan Kültiginin üsyanına səbəb olmuşdu.741-ci ildə xaqanın öldürülməsindən istifadə edən basmıl hakimi özünü İrtəriş xaqan adı ilə müstəqil hökmdar elan etdi.

Hakimiyyəti

742-ci ildə özünə "İl Etmiş xaqan" titulunu götürən basmıl hökmdarı tezliklə əmisi Pan Kültigini öldürdü. Bilgə Qutluq xaqanın yerinə gəlmiş Qutluq Yabqu da tezliklə basmıllar tərəfindən məğlub edildi. Basmıl xaqanlığının şərq yabquluğu öncələr irkin və eltəbər titulları olan Uyğurların başçısı Kül Bilgəyə, qərb yabquluğu isə öncələr kül-irkin titulu olan Karlukların başçısına verildi.

744-cü ildə çinlilərin yenicə məğlub etdiyi Ozmış xaqanı ələ keçirən və başını kəsib Çinə göndərən İltəriş xaqanın hakimiyyəti də çox çəkmədi.Bu dəfə karluklar və uyğurlar Qutluq Bilgə Kül xaqanın hakimiyyəti altında birləşərək Basmıl xaqanlığını devirdilər. Nəticədə isə Uyğur xaqanlığı quruldu.[3]

İstinadlar

  1. 歐陽修,《新唐書》卷 215b <突厥傳下>, 1975:6054.
  2. 歐陽修,《新唐書》卷 217b <回鶻傳下>, 1975:6143
  3. "Basmıllar". 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.