İrqun
İrqun ( ivr. ארגון; tam adı: ivr. הארגון הצבאי הלאומי בארץ ישראל Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, mənası “İsrail Torpaqlarındakı Milli Hərbi Təşkilat”) 1931-1958-ci illər arasında Fələstin Mandatından fəaliyyət göstərən sionistlərin paramilitar təşkilatıdır. Bu köhnə və böyük bir yəhudi paramilitar təşkilatı olan Haganahın (ivr. הגנה, Müdafiə) bir qolu idi. Qrup Haganahdan ayrıldıqdan sonra Haganah Bet (İbranicə: “Müdafiə 'B'” və ya “İkinci Müdafiə”, ivr. הגנה ב), və ya alternativ olaraq haHaganah haLeumit (İbranicə: ההגנה הלאומית) ya da Hama'amad (המעמד) olaraq tanınmağa başlandı İrgun üzvləri 1948 Ərəb-İsrail müharibəsinin başlanğıcında İsrail Silahlı Qüvvələrinin tərkibinə daxil edildi. İrqun eyni zamanda İvritcə hərflərin bir qısaltması və ya IZL qısaltması Etzel (אצ"ל) olaraq da bilinir.
İrqun | |
---|---|
Quruluş tarixi | 1931 |
Dağılma tarixi | 28 sentyabr 1948 |
Xələfi | İsrail Silahlı Qüvvələri |
İdeologiya | millətçilik |
İdeoloji spektr | sağçılıq |
Vikianbarda əlaqəli mediafayllar |
İrqunun siyasəti Ze'ev Jabotinsky tərəfindən qurulmuş Revizionist sionizmə söykənirdi. Howard Sacharın fikrincə, “Yeni təşkilatın siyasəti Jabotinskynin təlimlərinə söykənirdi: Hər bir yəhudinin Fələstinə girmək hüququ var idi; yalnız aktiv qisas ərəbləri çəkindirəcək; Yalnız yəhudi silahlı qüvvələri yəhudi dövlətinə zəmanət verəcəkdi.”
İrqunun ən məşhur əməllərindən ikisi, 22 iyul 1946-cı ildə Qüdsdəki King David Otelinin bombalanması və 9 aprel 1948-ci ildə Lehi birlikdə həyata keçirilmiş olan Deir Yassin qətliamıdır.
İrqun terror təşkilatı və ya terror aktları həyata keçirən bir təşkilat olaraq görülür. Encyclopædia Britannicaya görə təşkilat xüsusilə “özünün qanunsuz bir işğalçı hesab etdiyi ingilislərə qarşı terror və sui-qəsd aktları həyata keçirmişdir və eyni zamanda anti-ərəb əhval-ruhiyyəli idi.” İrgun, Birləşmiş Millətlər Təşkilatı, İngiltərə və ABŞ hökuməti və The New York Times, Anqlo-Amerikan İstintaq Komitəsi, 1946-cı il Sionist Konqresi və Yəhudi Agentliyi kimi media qurumları tərəfindən də terror təşkilatı kimi təsvir edilmişdir.
İrqun, bugünkü Likud partiyasının yaranmasına səbəb olan İsrailin sağçı Herut (və ya “Azadlıq”) partiyasının siyasi öncülü idi. 1977-ci ildən bəri Likud İsrail hökumətlərinin əksəriyyətinin başında olmuş və ya onların bir hissəsi olmuşdur.