İrqçilik-Turançılıq məhkəməsi

İrqçilik-Turançılıq məhkəməsi - 7 sentyabr 1944-cü ildə başlayan və 29 mart 1945-ci ilə qədər davam edən, Türkiyə siyasi gündəmində önəmli olan 23 şəxsin İrqçilik-Turançılıq ittihamı ilə mühakimə olunduğu prosesin adıdır. Ümumi 65 iclas davam etmişdir. Mühakimə nəticəsində Zəki Validi Toğan, Hüseyn Nihal Atsız, Alparslan Türkeş, Reha Oğuz Türkqan, Cihat Savaş Fer, Nurullah Barıman, Fəthi Tevetoğlu, Nejdət Sancar, Cebbar ŞenelCamal Oğuz Öcal müxtəlif cəzalara məhkum edilmişdirlər.

Nihal Atsız məhkəməyə gedərkən.

Arxa plan

II Dünya müharibəsi dövründə Türkiyə xarici siyasətini müharibədən yayınmaq üzərinə qurmuş, müharibəyə qatılması üçün ona təzyiq edən müttəfiq dövlətlərə qarşı hərbi və lojistik əskikliklər bəhanə edilərək müharibədən uzaq qalmağa çalışılmış, Nasist Almaniyasının böyük uğurlar qazandığı 1943-cü ilə qədər Almaniya ilə olduqca yaxınlaşılmış və hətta türk hərbi müşahidəçilər heyəti Belqradda o dövrlərdə Kursk döyüşünə hazırlaşmaqda olan Alman ordusunun hazırlıqlarını incələmiş, VI və VII Panzer tümənlərinin yer aldığı Xarkov əməliyyatına qatılmışlardır. Almaniyanın Türkiyədəki səfiri Frans fon Papen, Ənvər paşanın qardaşı, köhnə hərbçi və biznesmen Nuru paşa vasitəsilə turançılığa dəstək vermişdir. 1943-cü ildən sonra Alman blokunun məğlub olmasına görə türk hökuməti nasist qələbələrinə görə icazə verdiyi bu hərəkatı sıxmağa başlamış, bunun nəticəsində də Hüseyn Nihal Atsız baş nazir Şükrü Saracoğluna Orhun jurnalında iki açıq məktub yazmış, bu məktublar nəticəsində Nihal Atsıza qarşı açılan məhkəmə mətbuatda İrqçilik-Turançılıq məhkəməsi olaraq adlandırılmışdır.[1]

Şükrü Saracoğluna açıq məktublar

O dövrün baş naziri Şükrü Saracoğlu, 5 avqust 1942-ci ildə TBMM-də etdiyi çıxışında bunları deyir:[2]

" Biz türkük, türkçüyük və daima türkçü qalacağıq. Bizim üçün türkçülük bir qan məsələsi olduğu qədər bir vicdan və mədəniyyət məsələsidir. Biz azalan və azaldan türkçü deyil, çoxalan və çoxaldan türkçüyük. Və hər zaman bu istiqamətdə çalışacağıq. "

Bu açıqlamaya rəğmən dövlətin hər tərəfinə kommunist kadrların yerləşdirilməkdə olduğunu düşünən Nihal Atsız dövrün baş naziri Şükrü Saracoğluna Orhun jurnalında 1 mart 1944-cü ildə və yenə bir ay sonra 1 aprel 1944-cü ildə olmaqla iki açıq məktub yazır, baş nazirə şikayət və xəbərdarlıq edir. Şikayət edilənlərin arasında Əhməd Cavad Əmrə, Səbahəttin Əli, Sədrəddin Cəlal AntelHəsən Əli Yücəl də vardır.

Açıq məktubdakı təhqiramiz ifadələrə görə Səbahəddin Əli tərəfindən Atsız məhkəməyə verilir. 26 aprel 1944-cü ildə Ankarada başlayan ilk məhkəmə zalı gənclər tərəfindən tamamilə doldurulur. Buna görə məhkəmə 3 may, 1944-cü ilə ertələnir.[3][4]

3 may 1944-cü il tarixli "Ankara nümayişi"

Tarixdə 3 may hadisələri adı ilə anılan hadisələr Nihal Atsızın haqqında açılan məhkəmə üçün Ankaraya gəldiyi zaman başlamışdır. Bu tarixdə turançılar kommunizm əleyhinə nümayiş təşkil etmiş və Nihal Atsıza sevgilərini göstərmişdilər. Məhkəmə salonuna girə bilməyən gənclər Ulus meydanına doğru yürüşə başlamış, burada Türkiyə İstiqlal marşını oxumuş və kommunizm əleyhinə şüarlardan istifadə etmişlər.[5] Nümayişçilər Şükrü Saracoğlu ilə görüş tələb etsələr də, buna nail ola bilməmişlər. Nümayiş polisin şiddət tədbiq etməsi ilə dağıdılmışdır. 165 nəfər universitet tələbəsi həbs edilmişdir.[6]

3 mayda toplanan nümayişçilər bir-bir müəyyən edilir və həbs edilir. Baş-leytenant olaraq nümayişə qatılıb, həbs edilən Alparslan Türkeş hadisələrlə bağlı demişdir:[7][8]

" 3 may günü həyəcanla küçəyə çıxan gənclər ağır şəkildə döyüldülər. Başları yarıldı, gözləri partladı, qabırğaları sındırıldı. "

Nihal Atsız da məhkəmə sonunda həbs edilir.

Məhkəmənin nəticəsi

Məhkəmə 1 saylı İstanbul İdarı Məhkəməsində başlamışdır. 65 iclas davam edən məhkəmədə Həsən Fərid Cansevər, Fəthi Tevetoğlu, Alparslan Türkeş, Nurullah Barıman, Zəki Özgür Sofuoğlu, Fazil Hisarçıklı, Hüseyn Nihal Atsız, Hüseyn Namiq Orkun, Nejdət Sançar, Saim Bayraq, İsmət Rasin Tümtürk, Cihat Savaş Fer, Müzəffər Eriş, Fəhiman Altan, Yusif Kadıgil, Cabbar Şenel, Zəki Validi Toğan, Orxan Şaiq Gökyay, Hikmət Tanyu, Reha Oğuz Türkkan, Həmzə Sədi Özbək, Camal Oğuz Öcal, Səid Bilgic olmaqla ümumilikdə 23 müttəhim mühakimə edilmişdir. 29 mart 1945-ci ildə verilən qərarla 13 müttəhim bəraət almış, prof.dr. Zəki Validi Toğan, Hüseyn Nihal Atsız, Reha Oğuz Türkkan, Nurullah Barıman, Cihat Savaş Fer, Nejdət Sançar, Dr. Fəthi Tevetoğlu, Alparslan Türkeş, Cabbar Şenel və Camal Oğuz Öcala 10 ilə qədər uzanan müxtəlif həbs və ya sürgün cəzaları verilmiş, digərləri bəraət almışdır. Daha sonra məhkəmə Hərbi Yarqıtaya keçmişdır. ALi Məhkəmə isə I İstanbul məhkəməsinin bu qərarlarını qüvvədən salmışdır. Həbs edilən müttəhimlərin buraxılmasını və məhkəmənin II Fövqəladə Məhkəmədə davam etdirilməsini qərara almışdır. Bu qərar 1945-ci il, 26 oktyabrda İstanbul Fövqəladə Komandanlığına bildirilərək, həbs edilənlərin buraxılması təmin edilmişdir. Beləcə bəzi türkçülər üçün 1 il 5 ay davam edən həbs sona çatmışdır. Zəki Validi Toğan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fəthi Tevetoğlu, Nejdət Sancar, cabbar Şenel və Camal Oğuz Öcal 26 oktyabr 1945-ci ilə qədər həbsdə qalmışdırlar.[9]

3 mayın ilk ildönümü 1945-ci ildə, o dövrlərdə Topxana Hərbi Həbsxanasında həbsdə olan bir qrup türkçü tərəfindən örtüksüz masa ətrafında edilən bir toplantı ilə anılmış, daha sonrakı illərdə isə müxtəlif mərasimlərlə qeyd edilmiş və türk millətçilərinin Türkçülük günü olmuşdur.[10][11]

Məhkəmə haqqında yazılmış əsərlər

  • Alparslan Türkeş, 1944 Millətçilik hadisəsi, Yaylacıq mətbəəsi, İstanbul, 1968.[12]
  • Hayri Yıldırım, 3 may 1944 İrqçilik-Turançılıq məhkəməsi
  • Murad Yılmaz, 1944-1945 İrqçilik-Turançılıq məhkəməsi təfriqəsi [13]
  • Mustafa Müftüoğlu, Milli Şef dövründə Çankayada kabus (1944 Turançılıq məhkəməsi)[14]
  • Yavuz Bülent Bakilər, 1944-1945 İrqçilik-Turançılıq məhkəməsində sorğular, müdafiələr[15]
  • Süleyman Kocabaş, Yaxın tariximizin ən böyük sosial zəlzələlərindən 1944 Türkçüelük-Turançılıq hadisəsi[16]
  • Fəxrəddin Savaç Konar, 3 may Türkçülər Günü Antologiyası [17]

Həmçinin bax

İstinadlar

  1. "İkinci dünya müharibəsi haqqında" (PDF). 2016-03-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-05-02.
  2. TBMM, Zabit Cerideleri, Devre 6, Cilt 27, s.24-25
  3. "Açıq Məktub 1". 2016-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-02.
  4. "Açıq Məktub 2". 2016-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-02.
  5. Orhun, 27 aprel 1951, Sayı:30
  6. Orhun, 4 May 1951, Sayı:31
  7. Alpaslan Türkeş, 1944 Millətçilik hadisəsi, İstanbul, 1992, s.39
  8. Hulusi Turgut, Türkeş'in Anıları-Şahinlerin Dansı, İstanbul, 1995, s.40
  9. Sefercioğlu, Necmeddin. 3 Mayıs 1944 ve Türkçülük Davası. Ankara: Türk Ocakları Ankara Şubesi, 2009
  10. "Davanın sonucu hakkında genel kaynak". 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-02.
  11. "Davanın sonucu hakkında pdf" (PDF). 2016-11-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-05-02.
  12. "1944 Milliyetçilik Olayı Kitabı". 2016-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-02.
  13. "1944-1945 Irkçılık Turancılık Tefrikası". 2016-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-02.
  14. Müftüoğlu, Mustafa. Millî şef döneminde Çankaya'da kâbus 3 Mayıs, 1944. İstanbul: Başak Yayınları. 2005. ISBN 9758864262.
  15. Bâkiler. 1944-1945 Irkçılık-Turancılık Davası'nda sorgular, savunmalar. Sultanahmet, İstanbul: Türk Edebiyatı Vakfı. 2010. ISBN 9756186534.
  16. Kocabaş. Süleyman. Vatan Yayınları. ISBN 9757526407.
  17. Konar. Fahrettin Savaş. Aygan Yayıncılık. ISBN 6058496149.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.