İrina Şeyk

İrina ŞeykTatar əsilli rus supermodel.

İrina Şeyk
Doğum tarixi 6 yanvar 1986(1986-01-06)[1] (38 yaş)
Uşağı 1
Partnyorları
Fəaliyyəti model[d], aktrisa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

İrina, Rusiyanın 6 yanvar 1986-cı ildə Emajelinsk şəhərində anadan olmuşdur. Onun atası şaxtaçı olmuş və ağır xəstəlikdən dünyasını dəyişmişdir. Anası Olqa musiqi müəlliməsi olmuş və övladlarını yetişdirmək üçün iki yerdə işləmişdir. İrina, Emajelinskda yerləşən 4 saylı məktəbi bitirdikdən sonra Çelyabinsk İqtisadiyyat Kollecinə daxil olmuş və marketinq üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə zahiri gözəlliyi ilə diqqət çəkən İrina karyerasına məhz təhsili ərəfəsində Svetlana model agentliyində başlayıb.

Karyera

Onun əsas karyerası 2004-cü ildə Çelyabinskda təşkil edilmiş gözəllik yarışmasında birinci yer tutması ilə başlamışdır. Bundan sonra o əvvəlcə Avropada, daha sonra isə Amerikada fəaliyyətini davam etdirib. 2007-ci ildə İrina, İntimissimi brendinin siması olmuş və 2009-a kimi bu brendi təmsil etmişdir. 2009-cu ildə həmin brendin reklam çarxına çəkilmiş, daha sonra isə səfir kimi təmsil etmişdir. 2007-ci ildən bəri həm də dünyanın ən məşhur fotoqrafları ilə işləmişdir, Sports Illustrated Swimsuit Edition-un üz qabığına düşə bilmiş ilk Rus modeldir. Armani Exchange, Lacoste, Bolero və s. tanınmış şirkətlərin siması olmuşdur. models.com-da dünyanın ən cazibədar modeli siyahısında 14-cüdür.

Şəxsi Həyatı

2010–2015-ci illərdə dünya şöhrətli futbolçu Kriştiano Ronaldo ilə yaxın münasibətləri olub. Daha sonra aktyor Bredli Kuper ilə tanış olmuşdir. Hal-hazırda cütlüyün Lea de Sen Şeyk Kuper adlı qızı var.

Filmoqrafiya

  1. Need For Speed, 2011
  2. Agent, 2013
  3. Hercules, 2014
  4. Inside Amy Schumer, 2016
  1. Irina Shayk // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.