İrbis Şekuy xaqan
İrbis Şekuy xaqan (乙毗射匮可汗) — Göytürk hökmdarı.
İrbis Şekuy xaqan | |
---|---|
乙毗射匮可汗 | |
642 – 650 | |
Əvvəlki | İrbis İşbara Yabqu xaqan |
Sonrakı | Xallıq İşbara Yabqu xaqan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | İl Külüg şad |
Dini | Tenqriçilik |
Hakimiyyəti
642-ci ildə Nuşibilərin dəstəyi ilə hakimiyyətə gəlmişdir. Bəzi tarixçilər onu Xəzərlərin birinci xaqanı sayır [1]. Amma bu məlumatın dəqiqliyi bilinmir. Yükük şadı Künduzə qovaraq tam hakimiyyəti əlinə almış, Çin şahzadəsi ilə evlənmək istəmişdi amma imperatorun cehiz olaraq Xotan və Qaşqar daxil olmaqla 4 böyük şəhəri tələb etməsi bu evliliyi mümkünləşdirmədi.[2]
Ölümü
646-cı ildə üsyan edən Xallıq İşbaranı məğlub etmişdi. 650-ci ildə Çindən özünə ordu toplayan və şərqə gələn Xallıq İşbara tərəfindən öldürülmüşdü.
İstinadlar
- Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
- Гумилёв Л. Н. Древние тюрки. — СПб.: СЗКЭО, Издательский Дом «Кристалл», 2002. — С. 576. — ISBN 5-9503-0031-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.