İraq tarixi

İraq tarixi — Müasir İraqın ərazisi dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. İraqın Kürdüstan dağlıq rayonunda qədim Daş dövründə yaşamış insan məskənlərinin izləri (Şonidar mağarası), Mesopotamiyada isə eramızdan əvvəl beşinci minilliyə aid olan mis alətlər, qab-qacaq aşkar edilmişdir. İraqın dağlıq ərazilərində məskunlaşan tayfaların heyvandarlıq, Mesopotamiyada yaşayanların isə əkinçiliklə qədim zamanlardan məşğul olmaları məlumdur. Qədim İraq mədəniyyətinin ilk yaradıcıları burada yaşayan şumer tayfaları olmuşdur. Sonradan bu yerlərdə akkad, babil, assur və sasanilərin hökmranlığı qüvvətlənir.

Orta əsrlər

VII yüzilliyin 30-cu illərində isə İraqda ərəbləşmə prosesi geniş vüsət alır, İslam dini hakim dinə çevrilir. 633–642-ci illər arasında Ərəb xilafəti torpaqlarına daxil edildi. Bölgə ƏməvilərAbbasilər xilafəti dövrlərində ən parlaq dövrəsini yaşamışdır. O zamanlar Bağdad dünyanın ən əhəmiyyətli mədəniyyət və ticarət mərkəzi idi. İraq 637-ci ildə müsəlmanlar tərəfindən fəth edilməsindən sonra Xəlifə Əli dövründə İslamın mərkəzi halına gətirilmiş və xilafətin paytaxtı Kufəyə köçürülmüşdür. Əli ilə Əməvilər arasındakı Siffin döyüşü də İraq sərhədləri daxilində baş vermişdir. Bu döyüşün ardında bölgə günümüzə qədər sürən fərqli təriqət və etnik qrupların mübarizələrinə səhnə olmuşdur. Əməvilər dövründən sonra Abbasilər bölgəyə hakim olmuş, daha sonra 1055-ci ildən etibarən bölgə Səlcuqlular'ın hakimiyyətinə girmişdir. İraq ərazisi1258-ci ildən etibarən isə Monqol istilası'na uğramış və iki əsr monqol idarəsində qalmışdır. Tarixi qaynaqlar Dəclə çayının günlərlə mürəkkəb rəngində axdığı və minlərlə dərilik kitabı İran körfəzinə daşıdığını yazırlar. Daha sonra bölgə Ağqoyunluların (1444–1467), 1499–1508-ci illər arasında isə Səfəvilərin hakimiyyətinə girmişdir. İndiki İraq ərazisi 1534-cü ildən 1917-ci ilə qədər, qısa müddətlik istilalar xaric olmaqla Osmanlı imperiyasının tərkibində qalmışdır.

XX əsr

XIX əsrin axırları, XX əsrin əvvəllərində Mosul rayonunda neft yataqlarının aşkar edilməsi və Bağdad dəmir yolunun çəkilişi ilə əlaqədar İraq Qərb dövlətlərinin (Almaniya, Böyük Britaniya) rəqabət obyektinə, 1920-ci ildə isə rəsmi şəkildə Böyük Britaniyanın mandatlı ərazisinə çevrilir. Birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasının Yaxın Şərqdən çəkilməsinə səbəb olan bəzi yerli üsyanlar olmuşdur. Bu üsyanlarda ingilislərin təşviqi ilə Məkkə əmiri Şərif Hüseyindən də istifadə edilmişdir. Şərif Hüseyin və oğullarına Osmanlının yıxılmasından sonra qurulacaq olan Böyük Ərəb Dövlətinin krallığı vəd edilmişdi, lakin bunun əvəzində 1916-cı ildə Böyük BritaniyaFransa arasında əldə edilən Sayks-Pikot müqaviləsi'nə əsasən bölgə hegemon Avropa dövlətləri tərəfindən zəbt edildi. Bu razılaşmağa görə yeni- "süni" dövlətlər quruldu. Sayks-Pikot xətti deyilən bu sərhədlər, o dövrün şərtlərində dünyanın iki böyük imperialist gücü olan Böyük Britaniya və Fransanın Yaxın Şərqə baxışlarını əks etdirir. Fransız və ingilis zabitlər bölgənin etnik və dini şəraitini nəzərə almadan, yalnız öz mənafeləri istiqamətində, təkcə xəritə üzərində mövcud olan yeni ölkələr meydana gətirməklə bəzi etnik qrupları da parçaladılar. Bu razılaşma nəticəsində qurulan dövlətlərdən İraq, İordaniyaFələstin Böyük Britaniya bölgəsini, SuriyaLivan isə Fransa bölgəsini təşkil etmişdir. Yekun olaraq İraq, sahib olduğu coğrafi xüsusiyyətləri etibarilə müdaxiləyə açıq olması səbəbilə müxtəlif güclərin hakimiyyətinə girmiş, zəbtlərə uğramışdır. 1918-ci ildə İraq, Osmanlı dövlətindən tamamilə ayrılmış və 1920-ci ildə təşkil edilən San Remo konfransı ilə İngilis mandatına verilmişdir.

İngilis işğalı dövrü

İngilislər əvvəllər ölkəni birbaşa idarə etmək fikrində olsalar da xalqın sərt müxalifətilə qarşı-qarşıya qalmışlar. Ortaya çıxan üsyanlarda xüsusilə Şiə əhali əsas rol almışdır. Şiələrin əksəriyyətdə olduğu Nəcəf, bu dövrdə üsyanın mərkəzinə çevrilmişdir. Nəticədə ingilislər tərəfindən Məhəmməd Peyğəmbərin nəslindən olan Kral Feysəl İraqın başına keçirilmişdir. Bu üsulla ingilislər həm İraqa tamamilə hakim olmaq, həm də Osmanlının ardından ortaya çıxan xəlifə boşluğunu bu şəkildə dolduraraq digər İslam ölkələrinə də təsir etməyi planlaşdırmışdır.

Kral Feysəl başa keçməsiylə birlikdə yaşanan ən əhəmiyyətli inkişaf Ərəb xalqçılığının teorisyeni Sati əl Hüsrinin İraqa gətirilməsidir. Onun qurduğu Ərəb birliyinə istiqamətli təhsil sistemi xüsusilə Şiə qrupların reaksiyasını yığmışdır. Kral Feysəl güclü və müstəqil bir İraq qura bilmənin yolunun güclü bir ordudan keçdiyini bilirdi. Bu səbəblə bu tip bir ordunun meydana gəlməsi üçün bütün gücü ilə çalışsa da İraqlı Kürdlər və Şiələrin mənfi rəftarıyla qarşılaşmış və əsgərə götürmələrdə daim problemlər yaranmışdır. Hər iki birlik də Sünni Ərəblərə əsgər olaraq xidmət etməyi rədd etmişlər.

Sonrakı illərdə Sünnilərlə Şiələr arasındakı inteqrasiya müddəti yaşanmış qarşılıqlı evliliklər və ticarət əlaqələri olmuşdur. 1928 gəlindiyində 88 nəfərlik İraq parlamentində 26 Şiə üzv vardı. 1930-cu ildə İraq hökuməti müstəqil bir dövlət olma yolunda İngiltərə ilə 25 illik bir razılaşma imzaladı və İraq 1932-ci ildə Millətlər Cəmiyeti'nə müstəqil bir dövlət olaraq qatıldı. 1933 Kral Farukun ölümünün ardından ölkədə dini və etnik qarşıdurmalar artdı.

1935da İtalyanların Həbəşistan'ı işğal etməsi Orta Şərq ölkələri arasında xüsusilə təhlükəsizlik narahatlığının meydana gəlməsinə səbəb olmuşdur. İtalyanlar Şimali Afrikada qurduqları bu hakimiyyəti Orta Şərqə də yaymaq istədi. Nəticədə Yəmən'lə bağladığı müqavilə ilə Qırmızı dəniz'ə nəzarəti ələ keçirdi. Bu səbəblə Orta Şərq ölkələri arasında Sədabad müqaviləsi imzalandı.

İkinci dünya müharibəsi illərində hakim güclər arasında yaşanan mübarizə İraq üzərində də olmuşdur. Almanlar etdikləri inqilab ilə özlərinə yaxın bir hökuməti başa gətirsələr də, edilən əks-inqilab ilə İngilislər təkrar hakimiyyəti qurmuşlar. İkinci dünya müharibəsi illərində Türkiyə sərhədlərinə qədər gələn Almanların məqsədlərindən biri də Türkiyəni keçərək İraqdakı yandaşlarına yardım edib, buradakı İngilis hakimiyyətini qırmaq idi, lakin daha sonra Alman ordularının Rusiyaya qayıtması, Türkiyənin işğalı və İraqa çatma planlarından imtina etməsinə səbəb oldu. İngilislər İraqı da Almaniyaya qarşı döyüşə girməyə təşviq etsə də İraq rəhbərliyi Türkiyəni nümunə götürərək eyni siyasətləri izləmiş və döyüşə girməmişdir.

1936-cı ildə Kürd mənşəli bir Polkovnik olan Bəkir Sidqi liderliyində bir inqilab reallaşdı. 1941-ci ildə isə May hərəkatı olaraq bilinən ikinci bir zərbə oldu. 1945-ci ildə Ərəb ölkələri bir araya gələrək, bir Ərəb Birliyi təşkilatı qurdular. Ərəb Birliyi hərəkatı Ərəb ölkələri arasında milliyyətçilik duyğularının da artmasına səbəb oldu. Bunun nəticəsi olaraq da İraq, Suriya, İordaniyaLivan bir tək ölkə olaraq birləşmə düşüncəsi ortaya atıldı. Ərəblərin birləşmə düşüncəsini xüsusilə İngiltərə dəstəkləyirdi. Bu birləşmə ilə İngilislər, Suriya və Livandakı Fransız hakimiyyətini qaldıraraq bu bölgələri də öz hakimiyyəti altına almağı məqsəd qoyurdular. Digər güclü bir Ərəb ölkəsi olan Misirdə bu birləşməyə qarşı çıxırdı. Onun narahatlığı isə Ərəb dünyasının ən böyük ölkəsi olma xüsusiyyətini itirəcək olması idi. Orta şərqdə İngilislərin təsirinin zəifləməsi, İsrail dövlətinin qurulması, Misirin müxalifəti kimi səbəblərlə bu birlik fikri həyata keçirilə bilmədi. 1960-cı illərdə Misir və Suriyanın birləşmələri xaricində Ərəb ölkələri arasında hər hansı bir birləşmə olmadı.

İsrailin qurulması ilə Ərəb Türkiyə əlaqələri yeni bir dövrə girdi. ABDın təsiri ilə Türkiyənin İsrail dövlətini tanıması Ərəb ölkələrində reaksiya ilə qarşılandı. Türkiyə bu reaksiyaları azaltmaq və yeni müttəfiqlər tapa bilmək üçün İraqla yaxınlaşmağa çalışdı və ABŞ və İngiltərənin aktiv iştiraklarıyla Bağdad Paktını imzalandı. İkinci Dünya döyüşü sonrası Dünya üzərindəki güc tarazlıqlarında böyük dəyişmələr yaşandı. İngiltərə hakimiyyətini itirərkən ortaya çıxan boşluğu ABŞ və Sovetlər doldurmağa başladı. İraq isə bu dövrdə Sovetlər Birliyi yanında iştirak etdi.

Müstəqillik

Geniş xalq kütlələrinin inadkar mübarizəsi nəticəsində 1958-ci il iyulun 14-də ölkədə monarxiya rejimi devrilir və İraq respublika elan olunur. 1959-cu ildə o, Bağdad paktından çıxır, ərazisindəki hərbi bazaları ləğv edir və iqtisadiyyatın müxtəlif sahələrində demokratik dəyişikliklər həyata keçirməyə başlayır, lakin 1960-cı ildən dövlət rəhbərliyində diktatura rejimi meyli qüvvətləndiyindən demokratik təşkilatların fəaliyyəti məhdudlaşdırılır və 1961-ci ilin sentyabrında kürdlərə qarşı müharibə başlanır. 1968-ci ilin 17 iyulunda o vaxtdan həmin gün Milli bayram-İnqilab günü qeyd olunur, hakimiyyətə gələn Ərəb Sosialist Dirçəliş partiyasının rəhbərliyi ölkədə mütərəqqi sosial iqtisadi dəyişikliklər həyata keçirməyə başlayır. 1970-ci il martın 11-də İraq hökuməti kürd probleminin dinc yolla nizama salınması bərədə bəyanat verir və kürdlərə qarşı 10 ildən artıq davam edən müharibəyə son qoyulur. 1974-cü ildə isə kürdlərə milli muxtariyyət verilməsi barədə Qanun qəbul edilir.

1980-ci ilin sentyabrında İraq-İran münasibətləri olduqca kəskinləşərək uzun sürən dağıdıcı müharibəyə çevrilən hərbi toqquşmaya səbəb oldu. Kökü çox uzaq tarixi keçmişə gedən İraq-İran münaqişəsinin əsasını dini, siyasi və ərazi xarakterli ixilaflar təşkil edirdi. Bu müharibə bir tərəfdən ABŞ-yə Yaxın Şərqdəki itirilmiş mövqeyini möhkəmlətməyə imkan verdi. Digər tərəfdən isə siyasi baxımdan "barıt çəlləyinə" bənzəyən Yaxın Şərqdəki vəziyyəti lap gərginləşdirdi. Dünya mətbuatında İraq-İran müharibəsi müxtəlif cür "tanker müharibəsi", "qeyri-adi müharibə", "iqtisadiyyatı əldən salmaq müharibəsi" və s. adlandırılıb. İran körfəzində 7 il 6 aydan artıq davam edən bu müharibə XX əsrdə Asiyada ən uzun və dağıdıcı müharibə olmuşdur. Bu müharibənin vurduğu ziyanı dəqiq hesablamaq olduqca çətindir. Müharibə nəticəsində hər iki ölkə özlərinin inkişaf səviyyəsini ən azı 15–20 il geri atıblar. 1988-ci ilin 20 avqustunda İraq-İran cəbhəsində barışıq barədə razılaşma əldə olunur. Bu hadisədən 5 gün əvvəl isə İraq prezidenti Səddam Hüseyn, İran prezidenti Haşimi Rəfsancaniyə 1975-ci il Əlcəzair müqaviləsi əsasında sülh bağlamaq müraciətini edir. Həmin müqaviləyə əsasən ölkələr arasında mübahisəli sərhəd xətti Şətt-ül-Ərəb çayının talveqindən (ortasından) keçirdi. Bağdadın müraciəti Tehran tərəfindən qəbul olunur və avqustun 17–22-si arasında İran öz qoşunlarını İraq sərhədindən uzaqlaşdırır. 1990-cı ilin oktyabrında isə hər iki ölkə diplomatik münasibətlərini bərpa edirlər.

Körfəz və İraq müharibələri

İranla müharibədən sonra iqtisadi cəhətdən zəifləməsinə baxmayaraq İraq 1990-cı ilin 2 avqustunda qonşu Küveytə qarşı hərbi təcavüzə başlayır. Küveyt İraq ilə birlikdə (onun Bəsrə vilayəti kimi) uzun müddət Osmanlı İmperiyasının tərkibində olmuşdur. 1899-cu ildə Küveytin əmiri İngiltərə ilə "Dostluq" haqqında müqavilə bağlamış və bununla da faktiki olaraq (rəsmi sürətdə 1914-cü ildən) onun protektoratlığına çevrilmişdir. Bütün bunları İraq hökuməti irad tutaraq, sübut etməyə çalışmışdır ki, Osmanlı imperiyası dövründə Küveyt Bəsrə vilayətinin bir hissəsi kimi İraqın tərkibində olmuş sonralar isə zorla ingilis müstəmləkəçiləri tərəfindən Bəsrə vilayətindən qoparılmışdır. Müharibə başlayandan sonra BMT-nin Təhlükəsizlik Şurası İraq təcavü-zünü pisləyən bir neçə qətnamə qəbul edir. Həmin qətnamələrdə Küveytin qanuni hökumətini bərpa etmək və İraqa qarşı beynəlxalq sanksiyaları qəbul etmək məsləhət bilinir. Qətnamələrdə həmçinin müdaxilənin hüquqi cəhətdən qeyri-qanuniliyindən də bəhs edilir. BMT-nin Təhlükəsizlik Şürası İraqa zəbt etdiyi ərazidən öz qoşunlarını geri çəkmək üçün 1997-ci ilin 15 yanvarına qədər vaxt vermişdir. Bir gün sonra, daha doğrusu, yanvarın 16-dan 17-nə keçən gecə tərkibi əsasən ABŞ, Böyük Britaniya, Fransa və bəzi ərəb ölkələrinin qoşunlarından ibarət çoxmillətli hərbi qoşun kontingenti Küveytin ərazisinə daxil olub İraqla müharibəyə başlayır və qısa müddət ərzində Küveyt ərazisi İraq qoşunlarından təmizlənir. 1994-cü ilin 19 noyabrında İraq, Küveytin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin beynəlxalq statusunu tanıdığını rəsmi şəkildə elan edir. Bununla "ürəyi soyumayan" BMT-nin Təhlükəsizlik Şürası İraqa qarşı daha sərt tədbirlərə əl atır və müxtəlif sanksiyalar tətbiq etməyə başlayır. Başqa sözlə desək İraqdan hər cür xammal və hazır məhsulun çıxarılmasına ilk növbədə neftin və təbii qazın ixracına, eləcə də ərzaq və dərman məmulatları istisna olmaqla İraqa xammalın, hazır məhsulların, xüsusilə hərb sənayesinə kömək edəcək məmulatların idxalına qadağa qoyulur. 1998-ci ilin dekabrında ABŞ və Böyük Britaniya hərbi hava və hərbi dəniz qüvvəlləri İraqı, ilk növbədə Bağdadı raket atəşinə tutur. Bu zorakılıq dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Sonrakı illər İraq üçün daha faciəli olmuşdur. Ölkədə atom silahının olmasını və hökumətin rəsmi dairələrinin beynəlxalq terrorizmə dəstək verməsini bəhanə edərək (əslində məqsəd İraq neftinə sahib olmaq və rəsmi Vaşinqtonun istəklərinə məhəl qoymayan Səddam Hüseyn hökumətini devirmək idi) ABŞ və onun tərəfdarları öz hərbi hava qüvvəllərini İraqa göndərir. Ölkə tamamilə zəbt olunur. Səddam Hüseyn həbs edilir və 2005-ci il dekabrın 30-da edam edilir. Ölkədə rəsmi Vaşinqtonun nəzarəti altında parlament və prezident seçkiləri keçirilsə də sülh və əminamanlıq bərpa olunmayıb. Artıq bir neçə ildir ki, İraqda vətəndaş müharibəsi səngimir. Xalq və dünya ictimaiyyəti xarici qoşunların ölkədən çıxarılmasını tələb edir.

Mənbə

  1. Iraq Since 1958: From Revolution to Dictatorship. Authors: Marion Farouk-Sluglett, Peter Sluglett. First published in 1987 by KPI Ltd. Revised, third edition. London: I. B. Tauris, 2001, 390 pages. ISBN 9781860646225
  2. The Ottoman Administration of Iraq, 1890–1908. Firts edition. Series: Routledge Studies on the Middle East. Author: Gokhan Cetinsaya. New York: Routledge, 2006, 256 pages. ISBN 9780203481325
  3. A History of Iraq. Author: Charles Tripp. First published in 2000. Third edition. Cambridge: Cambridge University Press, 2007, 386 pages. ISBN 9780521702478

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.