İraq əhalisi

İşğal edilmiş üç Osmanlı vilayəti (Mosul, Bağdad və Bəsrə) əsasında 10 avqust 1920-ci ildə Britaniya mandatı altında İraq Krallığı təşkil edildi. Rəsmən 1958-ci ilədək krallıq,1958-ci ildən bəri isə respublika olan İraqda 1919, 1927, 1934, 1947, 1957, 1965, 1977 və 1987-ci illərdə ölkənin bütün ərazilərini əhatə edən, 1997-ci ildə isə Kürdüstan Regional Hökumətinin nəzarətində olan üç mühafaza çıxılmaqla digər 15 mühafazanı əhatə edən siyahıyaalınmalar aparılmışdır.

Osmanlı İraqı, 1900-cü il

Əhali sayının dinamikası

İllər 1919 sa. 1927 sa. 1934 sa. 1947 sa. 1957 sa. 1965 sa. 1977 sa. 1987 sa. 1997 sa. 2003 r.t. 2008 r.t. 2009 r.t. 2010 r.t 2011 r.t. 2012 r.t 2013 r.t. 2014 r.t.
Əhali[1][2][3]2 849 282[4]2 965 0543 213 1744 816 1856 339 9608 047 415[5]12 000 49716 335 19822 046 24427 475 16731 895 637[6]31 664 46632 489 97233 338 75734 207 24835 095 77236 004 552[7]

Mühafazalar üzrə məskunlaşma

Rəsmi məlumatlara əsasən İraq əhalisinin mühafazalar üzrə məskunlaşması[1][8][9][10][11][12]
İnzibati-ərazi vahidi[q 1] Ərazisi[13] 1935 r.t. 1947 sa. 1957 sa. 1965 sa. 1977 sa. 1987 sa. 1997 sa.[q 2] 2012 r.t.
(محافظة بغداد) Bağdad mühafazası4 555 km²499 410817 2051 313 0122 045 0003 189 7003 841 2685 365 989 (5 423 964)7 255 278
(محافظة نينوى) Ninəvə mühafazası37 323 km²453 004595 190755 447743 0001 105 6711 479 4302 033 887 (2 042 852)3 353 875
(محافظة البصرة) Bəsrə mühafazası19 070 km²286 312368 799503 330669 0001 008 626872 1761 547 637 (1 556 445)2 601 790
(محافظة السليمانية) Süleymaniyə mühafazası17 023 km²184 204226 400304 895400 000690 557951 723... (1 362 739)1 931 561
(محافظة ذي قار) Ziqar mühafazası12 900 km²231 990371 867458 848499 000622 979921 0661 182 727 (1 184 796)1 883 160
(محافظة بابل) Babil mühafazası5 119 km²211 666261 206354 779488 000592 0161 109 5741 178 818 (1 181 751)1 864 124
(محافظة ديالى) Diyalə mühafazası17 685 km²215 900272 413329 836397 000587 754961 0731 131 685 (1 135 223)1 477 684
(محافظة أربيل) Ərbil mühafazası15 074 km²180 671239 776273 383356 000541 456770 439... (1 095 992)1 657 684
(محافظة الانبار) Anbar mühafazası137 808 km²129 836192 983253 023307 000466 059820 6901 021 468 (1 023 736)1 598 822
(محافظة صلاح الدين) Səlahəddin mühafazası24 363 km²............363 819726 138901 631 (904 432)1 441 266
(محافظة واسط) Vasit mühafazası17 153 km²138 200224 938295 899334 000415 140564 670782 176 (783 614)1 240 935
(محافظة النجف) Nəcəf mühafazası28 824 km²............389 680590 078772 384 (775 042)1 319 608
(محافظة كركوك) Kərkük mühafazası9 679 km²223 634286 005388 839474 000[q 3]495 425601 219751 208 (753 171)1 432 747
(محافظة القادسية) Qədisiyə mühafazası8 153 km²416 831378 118520 470400 000423 006559 805750 229 (751 331)1 162 485
(محافظة ميسان) Meysan mühafazası16 072 km²264 508307 021329 840345 000372 575487 448636 053 (637 126)997 410
(محافظة كربلاء) Kərbəla mühafazası5 034 km²124 290274 264217 375340 000269 822469 282591 122 (594 235)1 094 281
(محافظة المثنى) Müsənna mühafəzəsi51 740 km².........143 000215 637315 815435 552 (436 825)735 905
(محافظة دهوك) Dəhuk mühafazası6 553 km².........146 000250 575293 304... (402 970)1 158 633
Cəmi434 128[q 4] km²3 560 4564 816 185[q 5]6 339 960[q 6]8 047 000[q 7]12 000 49716 335 19822 026 244 (22 046 244)34 207 248

Etnik tərkibi

Britannika Ensiklopediyasına görə 2000-ci ildə İraqda etnik qrupların ümumi əhali içində nisbəti

İraqda 10-dan çox xalqın nümayəndəsi yaşayır. Bunlar ərəblər, kürdlər, türkmanlər, farslar, lurlar, ermənilər, asurlar, xaldeylər, çərkəzlər, qaraçılar (əsasən qürbətilər) və sairələrdir.

1921, 1923, 1922-24 sa. yekunlarına əsasən Mosul məsələsi rəqəmlərdə

Mosul vilayətinin əhalisi[14]
Etnik qrup Türkiyənin rəqəmləri[15] B. Britaniyanın rəqəmləri,
1921 sa.[16]
İraq krallığının rəqəmləri
1922-24 sa.[17][18]
Kürdlər263 830427 720 520 007
Türkmanlar146 96065 89538 652
Ərəblər43 210185 763166 914
Xristianlar31 00062 22561 336
İudaistlər16 86511 897
Yezidilər18 00030 00026 257
Köçərilər170 000......
Toplam673 000785 468801 000

1932-ci il







İraqda danışılan dillər, 1932–ci il sa.   Ərəb dili (78,5 %)  Kürd dili (14,5 %)  Türk dili (3,0 %)  Digərləri (4 %)

1932-ci ilə aid rəsmi məlumata əsasən İraqda danışılan dillər:[19]

DilSünnilərŞiələrXristianlarYəhudilərDigərləriCəmi
Ərəb dili20.5 %53.0 %2.0 %3.0 %...78.5 %
Kürd dili13.5 %.........1.0 %14.5 %
Türk dili2.0 %1.0 %.........3.0 %
Fars dili...2.0 %.........2.0 %
Yeni Arami dili......2.0 %......2.0 %
Cəmi36.0 %56.0 %4.0 %3.0 %1.0 %100.0 %

1947-ci il siyahıyaalınmasına əsasən

İraqda dini və ya etnik qruplar (qeydə alınmış oturaq əhali içərisində), 19 oktyabr 1947-ci il sa. əsasən[20]
Etnik və ya dini qrup Şəhər əhalisi Kənd əhalisi Toplam Nisbəti
Təsnif edilmiş toplam oturaq ölkə əhalisi1 604 0002 960 0004 564 000[q 8]100.00%
Şiə ərəblər673 0001 671 0002 344 00051.40%
Sünni ərəblər428 000472 000900 00019.70%
Sünni kürdlər176 000662 000840 00018.40%
Şiə farslar49 0003 00052 0001.20%
Sünni türkmanlar39 00011 00050 0001.10%
Şiə türkmanlar11 00031 00042 0000.90%
Şiə feylilər14 00016 00030 0000.60%
Xristianlar94 00055 000149 0003.10%
İudaistlər113 0004 000117 0002.60%
Yezidilər və Şahbeklər2 00031 00033 0000.80%
Sabiilər5 0002 0007 0000.20%

1957-ci il siyahıyaalınmasına əsasən







İraqda danışılan dillər, 1957–ci il sa.   Ərəb dili (79,16 %)  Kürd dili (16,45 %)  Türk dili (2,16 %)  Digərləri (2,23 %)

İraqda danışılan dillər (ana dili sorğusu əsasında), 12 oktyabr 1957-ci il sa. əsasən[21][22]
Dillər Kişilər Qadınlar Cəmi  %
Toplam4 102 5143 944 9016 339 960100.00
Ərəb dili2 515 5682 503 3945 018 96279.16
Kürd dili530 975511 7991 042 77416.45
Türk dili67 46969 337136 8062.16
Yeni Arami dili[q 9]29 48931 56461 0530.96
Fars dili10 46910 73121 2000.33
İngilis dili5 3792 9588 3370.13
Hind dili2 0581 0103 0680.05
Fransız dili5593278860.01
Digər13 04014 44027 4800.43
Təsnif edilməmiş10 1119 28319 3940.32
Kərkük livası
Kərkük livasında danışılan dillər (ana dili sorğusu əsasında), 1957-ci il sa. əsasən[23][24][25]
Dillər Bütün livada toplam:
1957 sayımı,
ilkin rəsmi yekunlar
 % Bütün livada toplam:
1957 sayımı, təxmin[26]
Kərkük şəhərində:
1957 sayımı, rəsmi
 % Kərkük şəhərində:
1959-cu il təxmini[27][28]
 %
Toplam388 839100.00389 min120 402100.00150 000100.00
Türk dili83 37121.44180 min45 30637.6375 00050.00
Ərəb dili109 62028.1920–30 min[29]27 12722.5375 00050.00
Yeni Arami dili[q 10]1 6050.411 5091.25
Kürd dili187 59348.24179–189 min40 04733.26
İngilis dili6970.186340.53
Fars dili1230.031010.08
Hind dili870.02790.07
Fransız dili410.01350.03
Digər4180.114180.35
Təsnif edilməmiş5 2841.375 1464.27
Ərbil şəhəri
Ərbil şəhərində danışılan dillər (ana dili sorğusu əsasında), 1957-ci il sa. əsasən[30]
Dillər Danışanların sayı  %
Toplam39 913[31]100.00
Kürd dili30 52776.48
Türk dili6 53516.37
Ərəb dili2 7226.82
Arami dili[q 11]470.12
Təsniflənməmiş820.21

1965-ci il siyahıyaalınmasına əsasən







İraqda danışılan dillər, 1965–ci il sa.   Ərəb dili (79,72 %)  Kürd dili (15,25 %)  Türk dili (1,95 %)  Digərləri (3,08 %)

İraqda danışılan dillər (ana dili sorğusu əsasında), 14 oktyabr 1965-ci il sa. əsasən[32]
Dillər Kişilər Qadınlar Cəmi  %
Toplam3 185 1173 154 8438 047 415100.00
Ərəb dili3 260 2843 155 0456 415 32979.72
Kürd dili625 875601 6221 227 49715.25
Türkman diliTürk dili[q 12]78 06178 900156 9611.95
Asoru Yeni Arami diliXaldey Yeni Arami dili[q 13]31 66529 53761 2020.76
Erməni dili7 8468 04415 8900.20
Fars dili4 5541 3325 8860.07
İngilis dili1751983730.00
Alman dili192462380.00
Fransız dili5928870.00
Digər16 70711 12327 8300.36
Təsnif edilməmiş77 09659 026136 1221.69
Kərkük livası
Kərkük livasında danışılan dillər (ana dili sorğusu əsasında), 1965-ci il sa. əsasən
Dillər Bütün livada toplam  % Kərkük şəhərində  %
Toplam473 626100.00167 413[33]100.00
Ərəb dili184 53538.96
Kürd dili170 90536.08
Türkman diliTürk dili92 429[q 14]19.52
Asoru Yeni Arami diliXaldey Yeni Arami dili9 273[q 15]1.96
Erməni dili1 0430.22
Digər və Təsnif edilməmiş15 4413.26
Ət-Təmim mühafazası
Ət-Təmim mühafazasında danışılan dillər (ana dili sorğusu əsasında), 1977 və 1997-ci illərdə aparılmış sa. əsasən[24]
Dillər 1977-ci ildə  % 1997-ci ildə  %
Toplam483 977100.00752 745100.00
Ərəb dili218 75545.20544 59672.35
Kürd dili184 87538.20155 86120.71
Türkman dili80 34716.6050 0996.66

Qeyri-rəsmi təxminlər

İraqın etnik xəritəsi
Joshua Project–ə əsasən İraq əhalisinin milli tərkibi
Etnik qrup Sayı,
2013-cü il təxm.[34]
Nisbəti[q 16]
Toplam 34 373 000 100.00%
İraq ərəbləri 25 882 000 75.30%
Şimali İraq ərəbləri
Misir ərəbləri
Körfəz ərəbləri
Fələstin ərəbləri
Suriya ərəbləri
Bədəvilər
Kurmanclar, Yezidilər, Herkilər, Soranlar 4 082 000 11.88%
Azərbaycanlılar, Türkmənlər, Anadolu türkləri 2 431 700 7.07%
Yeni Aramilər 912 500 2.65%
Farslar 405 000 1.18%
Bacalanlar, Havramanlar, Şahbeklər, Sarlılar 145 000 0.42%
Lurlar 99 000 0.29%
Ermənilər 74 000 0.22%
Amerikalılar 69 000 0.20%
Adıgeylər 34 000 0.10%
Qaraçılar 33 000 0.10%
Çeçenlər 10 000 0.03%
Sabiilər 7 700 0.02%
Urdudilli hindlilər 3 600 0.01%
Fransızlar 700 0.00%
İtalyanlar 300 0.00%
Yunanlar 300 0.00%
Ərəbdilli Yəhudilər 200 0.00%
Təsniflənməmiş 182 000 0.53%

Etnik qruplar

1997-ci il istisna olmaqla 1957, 1965, 1977 və 1987-ci illərdə həyat keçirilmiş əhali sayımlarında sorğu anketlərində şəxsin etnik mənsubiyyəti haqqında sual olmamış, ona yalnız ana dili haqqında sual verilmişdir.

Ərəblər

ABŞ MKİ-nin nəşr etdirdiyi "Dünya faktlar kitabı"nda, külliyatın 1974-cü ildən 1983-cü ilədək olan nəşrlərində verilən məlumatlara əsasən İraq əhalisinin 70.90%-ini etnik ərəblər təşkil edirdi.

İraqda ən böyük etnik qrup ərəblərdir . Onlar İraq əhalisinin 65% – 73%-ni təşkil edirlər .

Kürdlər

Kürdlər İraq əhalisinin 1947-ci siyahıyaalınmasına əsasən 18.40%-ini, 1957-ci siyahıyaalınmasına əsasən 16.45%-ini , 1965-ci siyahıyaalınmasına əsasən 15.25%-ini, 1977-ci siyahıyaalınmasına əsasən 13.95%[35]-ini, 1987-ci il siyahıyaalınmasına əsasən isə 18.93%[q 17]-ini təşkil etmişdir.

1947-ci il siyahıyaalınmasının oturaq əhalinin sayına dair rəsmi yekunlarına əsasən kürdlər ölkə əhalisinin (təxm. 4.564 milyon nəfər)[36] təxminən 18.40%-ni (təxm. 900.000[q 18] nəfər) təşkil etmişdir. 1947-ci il sayımı İraqdakı köçəri əhalinin sayını dəqiq müəyyən edə bilməmiş və onlar haqqında təfsilatlı məlumatlar verə bilməyərək onları ümumi şəkildə yuvarlaq sayla toplam 250 min nəfər, bütün İraq əhalisi isə 4.816.185 nəfər qəbul edilmişdir.

1957-ci il siyahıyaalınmasının 1957-ci ildə yayınlanmış ilkin yekunlarına əsasən[37] ölkə əhalisinin (6.339.960 nəfər) 16.45%-nin (1.042.774 nəfər) ana dilinin kürd dili olduğu elan edilmişdi. Bu ilkin nəticələrə əsasən kürdlər Süleymaniyə livasında əhalinin 98.40%-ini, Ərbil livasında 89.00%-ini, Kərkük livasında 48.20%-ini, Mosul livasında 26.10%-ini, Diyalə livasında 18.20%-ini təşkil edirdilər.[38]

ABŞ MKİ-nin nəşr etdirdiyi "Dünya faktlar kitabı"nda, külliyatın 1974-cü ildən 1983-cü ilədək olan nəşrlərində verilən məlumatlara əsasən İraq əhalisinin 18.30%-ini etnik kürdlər təşkil edirdi.

Bütün siyahıyaalınmaların yekun nəticələri və türkmanların sayımlarda sayları təhrif edilməklə xeyli ölçüdə kürd olaraq göstərilmələri nəzərə alınarsa real olaraq İraq əhalsinin təxminən 13% – 17%[39]-nin kürdlərdən ibarət olduğu düşünülə bilər.

Türkmanlar

1927-ci ildə gerçəkləşdirilmiş siyahıyaalınmanın etnik və ya linqvistik tərkibinə dair məlumatları yayımlanmamışdır.

1932-ci ilə aid rəsmi məlumata əsasən İraq əhalisinin 75.685 nəfərinin ana dili türk dili idi.[40] Bu zaman ölkə əhalisi 2.857.077 nəfər idi.[41]

1947-ci il siyahıyaalınmasının oturaq əhalinin sayına dair rəsmi yekunlarına əsasən türkmanlar ölkə əhalisinin (təxm. 4.564 milyon nəfər)[36] təxminən 2%-ni (təxm. 92 min nəfər) təşkil etmişdir. Bu sayıma əsasən türkmanların 54.35%-i (təxm. 50 min nəfər) şəhərlərdə, 45.65%-i (təxm. 42 min nəfər) isə kəndlərdə yaşamışdır, həmçinin ölkədəki bütün Türkmanların 55.35%-i (təxm. 50 min nəfər) sünni, 45.65%-i (təxm. 42 min nəfər) isə şiə müsəlman idi, sünni türkmanların 78%-i (təxm. 39 min nəfər), şiə türkmanların isə 26.19%-i (təxm. 11 min nəfər) şəhərlərdə yaşayırdı. 1947-ci il sayımı İraqdakı köçəri əhalinin sayını dəqiq müəyyən edə bilməmiş və onlar haqqında təfsilatlı məlumatlar verə bilməyərək onları ümumi şəkildə yuvarlaq sayla toplam 250 min nəfər olaraq qəbul etmişdir (bütün ölkə əhalisi isə toplam 4.816 milyon nəfər təxmin edilmişdir). Bu səbəbdən o zamankı köçəri türkman əhalisi haqqında məlumat əldə etmək münkün deyildir. Həmçinin 1947-ci il sayımı xristian etiqadlı etnik türkman əhalinin sayına da aydınlıq gətirməmiş, gerçəkləşmiş təsnifləndirməyə uyğun əhali sayımının livalar üzrə nəticələri də göstərilməmişdir. Bu tip təsnifləndirmə ilə sonrakı siyahıyaalınmalarda əhali sayımı gerçəkləşməsə də onun nəticələri türkman aydınlar tərəfindən qəbul edilmir. Belə ki, iddialara əsasən türkmanların İraqdakı ümumi sayı təhrif edilmiş və olduğundan dəfələrlə az göstərilmişdir.

1957-ci il siyahıyaalınmasının 1957-ci ildə yayınlanmış ilkin yekunlarına əsasən[37] ölkə əhalisinin (6.339.960 nəfər) 2.16%-nin (136.806 nəfər) ana dilinin türk dili olduğu elan edilmişdi. Bu ilkin nəticələrə əsasən türkmanların ümumi sayının 61.30%-i Kərkük livasında, 26.50%-i Mosul livasında, 5.00%-i Ərbil livasında, 7.20%-i isə digər livalarda yaşayırdı. Ancaq 14 iyul 1958-ci il inqilabından sonra 1959-cu ildə açıqlanmış yekun nəticələrə əsasən isə İraqın 6.34 milyon nəfər əhalisinin 567 min nəfərinin (ölkə əhalisinin 9%-i) ana dilinin türk dili olduğu açıqlanmışdı.[42][43][q 19][44][45] 8 fevral 1963-cü il dövlət çevrilişi ilə hakimiyyəti qəsb etmiş Baas partiyasının hakimiyyətə gəlişi ilə 1959-cu ildə elan olunmuş yekun nəticələr təqzib edilmiş və 1957-ci ildə elan olunmuş ilkin nəticələr qəbul edilmişdir.

1957-ci il (ilkin yekunlar) və 1965-ci ildə həyata keçirilmiş əhali siyahıyaalınmalarının ümumölkə yekunları 1963-cü ildən etibarən BMT-yə bildirilsə də, daha sonra keçirilmiş 1977, 1987 və 1997-ci illərdə reallaşmış sayımların ana dili üzrə yekunları BMT-yə ötürülməmişdir.

1977-ci il siyahıyaalınmasının rəsmi yekunlarına əsasən İraq əhalisinin 1.15%-i türkmanlardan ibarət idi.[46] Ancaq 1957-ci ilin sonradan rəsmən qəbul edilmiş nəticələrini əsas olaraq götürən R.İ.Lawless hesab edir ki, təbii artım nəzərə alınmaqla 17 oktyabr, 1977-ci il sayımı zamanı (ana dili əsasında) etnik türkmənlərin sayı 243.422 nəfər olmalı idi ki, bu da İraqın ümumi əhalisinin (12.000.497 nəfər) 2.03%-inə bərabər olacaqdı.[47]

ABŞ MKİ-nin nəşr etdirdiyi "Dünya faktlar kitabı"nda, külliyatın 1974-cü ildən 1983-cü ilədək olan nəşrlərində verilən məlumatlara əsasən İraq əhalisinin 2.40%[48][49][50][51][52]-ini etnik türkmanlar təşkil edirdi.

Stiven Pələtiə (ing. Stephen Pelletiere) hesab edir ki, türkmanlar İraq əhalisinin 2%–dən azını təşkil etməklə 1986–cı ildə təqribən 222 min nəfər idilər.[53]

İraq Türkmən Cəbhəsi nin və ümumən İraqlı türkman liderlərinin iddialarına əsasən Türkmanlar ümumi İraq əhalisinin 13%-ni təşkil etməkdədir.[54][55][56][57]

Yeni Aramilər

ABŞ MKİ-nin nəşr etdirdiyi "Dünya faktlar kitabı"nda, külliyatın 1974-cü ildən 1983-cü ilədək olan nəşrlərində verilən məlumatlara əsasən İraq əhalisinin 0.70%-ini etnik aramilər təşkil edirdi.

Assuriyalılar — İraq əhalisinin təxminən 3%-ini assuriyalılar (həmçinin onların etnik yarım qrupunu təşkil edən xaldeylər) təşkil edir .[58]

Farslar (Əcəmlər)

1947-ci il siyahıyaalınmasının oturaq əhalinin sayına dair rəsmi yekunlarına əsasən Farslar ölkə əhalisinin təxminən 1.2%[36]-ni (təxm. 52 min nəfər) təşkil etmişdir. Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 1996-cı ildə və 2000-ci ildə nəşr edilmiş və müəllifləri Cozef Evans Qrayms və Barbara F. Qrayms olan 13-cü və 14-cü nəşrlərində verilən məlumata əsasən İraqda fars dilli əhalinin sayı 1989-cu il üçün ümumi əhalinin 1.2%-i nisbətində, 1993-cü il üçün isə 227 min nəfər olaraq təxmin edilmişdir.[59][60]

Feylilər

Feylilər lurların etnoqrafik qrupularından biridir.[61] 1947-ci il siyahıyaalınmasının oturaq əhalinin sayına dair rəsmi yekunlarına əsasən şiə olan Feylilər ölkə əhalisinin təxminən 0.6%[36]-ni (təxm. 30 min nəfər) təşkil etmişdir. Bu sayıma əsasən Feylilərin 46.67%-i (təxm. 14 min nəfər) şəhərlərdə, 53.33%-i (təxm. 16 min nəfər) isə kəndlərdə yaşamışdır.

Ermənilər

1965-ci il siyahıyaalınması zamanı İraqda rəsmən qeydə alınan 8.047.415 nəfər əhalidən 15.890 nəfəri (7.846 nəfəri kişilər, 8.044 nəfəri qadınlar) və ya 0.2%-i ana dilini erməni dili olaraq bildirmişdi.[32]

2012-ci ildə Rusiyanın Ria-Novosti İnofrmasiya Agentliyinə istinadən yayılmış məlumatlara əsasən İraqın əs-Somariya telekanalına müsahibə verən İraqdakı Erməni Kilsəsinin başçısı Masis Şahinyan bildirmişdir ki, son bir neçə ildə Erməni Kilsəsi ardıcıllarından təxminən 10 min nəfər İraqı tərk etmişdir.[62] Masis Şahinyanın məlumatlarına əsasən 2003-cü ilədək İraqda ermənilərin sayı 25 mindən çox olsa da hazırda 15-16 min ətrafındadır.[62][63][64] 2003-cü ildən sonra İraqı tərk edən və Ermənistana pənah gətirmiş ermənilərin sayı 2010-cu ilin fevral ayında artıq toplam 991 nəfər idi.[65] İraqdan olan qaçqınlardan toplam 901 nəfər 2005-2013-cü illərdə siyasi sığınacaq üçün Ermənistan Respublikasına müraciət etmiş, onlardan 869 nəfəri siyasi sığınacaq ala bilmişdir.[66]

Dini tərkibi

1919-cu il siyahıyaalınmasına əsasən

Sancaqlar üzrə İraq əhalisinin dini tərkibi, 1919-cu il sa. əsasən[4]
Vilayətlər Sancaqlar Sünni müsəlmanlar Şiə müsəlmanlar İudaistlər Xristianlar Digər Toplam
BağdadBağdad130 00054 00050 00015 0001 000250 000
Samarra66 45514 215300......80 970
Diyalə54 95346 0971 689397900104 036
Kut8 57898 712381127...107 798
Divaniyə1 000192 3006 0005 000200204 500
Şamiyə445189 000530205190 000
Hillə15 983155 8971 0652728173 000
Dileym247 0002002 600200...250 000
524 414750 42162 56520 7712 1331 360 304
BəsrəBəsrə24 408130 4946 9282 2211 549165 600
Amara7 000284 7003 0003005 000300 000
Müntəfiq11 150306 220160302 440320 000
42 558721 41410 0882 5518 989785 600
MosulMosul244 71317 1807 63550 67030 180350 378
Ərbil96 100...4 8004 1001 000106 000
Kərkük85 0005 0001 400600...92 000
Süleymaniyə153 900...1 000100...155 000
579 71322 18014 83555 47031 180703 378
Toplam1 146 6851 494 01587 48878 79242 3022 849 282

1947-ci il siyahıyaalınmasına əsasən

İraqda dini və ya etnik qruplar (qeydə alınmış oturaq əhali içərisində), 1947-ci il sa. əsasən[20]
Etnik və ya dini qrup Şəhər əhalisi Kənd əhalisi Toplam Nisbəti
Təsnif edilmiş toplam oturaq ölkə əhalisi1 604 0002 960 0004 564 000100.00%
Şiə müsəlmanlar747 0001 721 0002 468 00054.10%
Sünni müsəlmanlar643 0001 145 0001 788 00039.20%
Xristianlar94 00055 000149 0003.10%
İudaistlər113 0004 000117 0002.60%
Yezidlər və Şahbeklər2 00031 00033 0000.80%
Sabiilər5 0002 0007 0000.20%
Ərbil şəhərində əhalinin dini tərkibi, 1947-ci il sa. əsasən [67]
Ərbil şəhəri əhalisi toplam İslam Xristianlıq İudaizm Təsnif edilməmiş və digər
27 036[31][q 20]23 4662 2441 321[68]5
Kərkük şəhərində əhalinin dini tərkibi, 1947-ci il sa. əsasən[69]
Kərkük şəhəri əhalisi toplam İslam Xristianlıq İudaizm Mandayizm Yezidilik Təsnif edilməmiş və digər
68 30858 6546 7152 87337128

1957-ci il siyahıyaalınmasına əsasən

İraq əhalisinin dini təsnifi, 1957-ci il sa. əsasən[70][71]
Dinlər Kişilər Qadınlar Cəmi  %
Toplam 3 185 117 3 154 843 6 339 960 100.00
İslam 3 038 255 3 019 238 6 057 493 95.54
Xristianlıq 107 890 98 316 206 206 3.25
Yezidilik 28 210 27 675 55 885 0.88
Mandayizm 5 978 5 847 11 825 0.19
İudaizm 2 645 2 261 4 906 0.08
Təsnif edilməmiş və digər 665 374 1 039 0.06
Livalar üzrə İraq əhalisinin dini tərkibi, 1957-ci il sa. əsasən[71]
Livalar İslam Xristianlıq Yezidilik Mandayizm İudaizm Digər Təsniflənməmiş Toplam
Bağdad1 235 53868 7753113 7683 6344315551 313 012
Mosul609 24790 34855 1296118169475755 447
Divaniyə519 7324295519242119520 470
Bəsrə489 11711 238592 18235294288503 330
Müntəfiq456 885314281 54417357458 848
Kərkük375 23213 15023242656130388 839
Hillə354 04750228721611103354 779
Amara325 9001 086712 579659130329 840
Diyalə328 4108161222367195113329 836
Süleymaniyə302 8251 9252315132371304 895
Kut294 95531342225524308295 899
Ərbil265 9847 198204112137273 383
Dileym244 5708 041182431820113253 023
Kərbəla217 14391938181759217 375

1965-ci il siyahıyaalınmasına əsasən

Din 14 oktyabr, 1965-ci il siayhıyaalınmasına əsasən İraq
əhalisinin etiqad edənlərə görə təsnifatı[72]
Kişilər Qadınlar Hər iki cins Nisbəti
Cəmi 4 102 514 3 944 901 8 047 415 100.00%
İslam 3 928 996 3 782 716 7 711 712 95.83%
Xristianlıq 119 971 112 435 232 406 2.89%
Yezidilik 35 863 33 790 69 653 0.87%
Mandayizm 7 187 7 075 14 262 0.18%
İudaizm 1 717 1 470 3 187 0.04%
Bəhailik 539 422 961 0.01%
Digər 214 125 339 0.00%
Təsnif edilməmiş 8 027 6 868 14 895 0.19%

Mənbə

Qeydlər

  1. Qeyd–dəqiqləşdirmə:
    • 1970-ci il etibarı ilə İraqda mövcud olmuş liva inzibati vahidinin adı mühafaza olaraq dəyişdirilmişdir.
    • 1962-c ildə Dileym livasının adı Ramadi livası olaraq, 1970-ci ildə Ramadi livasının adı Ramadi mühafazası olaraq, 1976-cı ildə isə Ramadi mühafazası adı Anbar mühafazası olaraq dəyişdirlimişdir.
    • 1962-c ildə Müntəfiq livasının adı Nəsiriyə livası olaraq, 1970-ci ildə Nəsiriyə livasının adı Nəsiriyə mühafazası olaraq, 1976-cı ildə isə Nəsiriyə mühafazası adı Ziqar mühafazası olaraq dəyişdirlimişdir.
    • 1970-ci ilə qədər Hillə livası, 1970-ci ildən Hillə mühafazası adlanan inzibati vahidin adı 1971-ci ildə Babil mühafazası olaraq dəyişdirilmişdir.
    • 29 yanvar 1976-cı ildə Kərkük mühafazasının adı Ət-Təmim mühafazası, 2006-cı ildə isə Ət-Təmim mühafazasının adı Kərkük mühafazası olaraq dəyişdirilmişdir.
    • 1976-cı ildə Mosul mühafazasının adı Ninəvə mühafazası olaraq dəyişdirilmiş, onun ərzisinin bir hissəsi hesabına Dəhuk mühafazası təşkil edilmişdir.
    • 1976-cı ildə Divaniyə mühafazasının adı Qədisiyə mühafazası olaraq dəyişdirilmişdir.
    • 1976-cı ildə Amara mühafazasının adı Meysan mühafazası olaraq dəyişdirilmişdir.
    • 1976-cı ildə Divaniyə mühafazası ərzisinin bir hissəsi hesabına Müsənna mühafəzəsi təşkil edilmiş, az müddətdən sonra elə həmin il Müsənna mühafəzəsi ərzisinin bir hissəsi hesabına Nəcəf mühafazası təşkil edilmişdir.
    • 1976-cı ildə Bağdad mühafazası ərzisinin bir hissəsi hesabına Səlahəddin mühafazası təşkil edilmişdir. 2004-cü ildə Səlahəddin mühafazasının inzibati mərkəzi Səmərra şəhərindən Tikrit şəhərinə köçürüldü.
    • 1976-cı ildə Kut mühafazasının adı Vasit mühafazası olaraq dəyişdirilmişdir.
  2. 16 oktyabr 1997-ci il siyahıyaalınması Regional Kürdüstan Hökumətinin (KRH) nəzarətində olan üç mühafazanı (Dəhuk, Ərbil və Süleymaniyə) əhatə etməmişdir. Siyahıyaalınmanın yekunlarına əsasən 15 mühafazada 19.082.566 (19.184.543) nəfər qeydə alınmışdır. Rəsmi təxminə əsasən siyahıyaalınma zamanı KRH-nin nəzarətində olan ərazilərdə 2.943.678 (2.861.701) nəfər olmaqla bütün ölkə əhalisi 22.026.244 (22.046.244) nəfər olmuşdur.
  3. Daha dəqiqi 473.626 nəfər. Məlumat üçün bax: الانتدابالبريطاني على العراق
  4. Qeyd: ümumi sahəsi 924 km² olan dövlət suları da daxil olmaqla İraq ərazisi rəsmən 435.052 km²-dir.
  5. Əslində bu dəqiq rəqəm deyildir. Belə ki, 19 oktyabr 1947-ci il əhali siyahıyaalınmasına əsasən İraqın oturaq əhalisi dəqiqliklə qeydə alınmış və 2.127.345 nəfəri kişilər, 2.438.840 nəfəri isə qadınlar olmaqla 4.566.185 nəfər olmuşdur. Dövlət məmurları siyahıyaalınma zamanı köçəri əhalini qeydə ala bilmədiyindən onların sayını təxminən 250.000 nəfər olaraq qəbul etmiş və siyahıyaalınma tarixi üçün bütün ölkə əhalisi 4.816.185 nəfər (2.257.345 nəfəri kişilər, 2.558.840 nəfəri isə qadınlar) olaraq qəbul edilmişdir. Daha ətraflı bax: Demographic Yearbook/Annuaire démographique 1955. Seventh Issue - Septième Edition. Special topic: Population censuses /Sujet spécial: Recensements de population. Statistical Office of the United Nations, Department of Economic and Social Affairs. /Bureau de statistique de I'Organisation des Nations Unies, Departement des affaires economiques et des affaires sociales. New York, 1955—>Table of contents/Table des matieres—>Tables/Tableaux—> 1. Population by sex, area and density for each part of the world latest census, and midyear estimates for 1937 and 1954 /Population selon Ie sexe, superficie et densite de chaque partie du monde dernier recensement et estimations au milieu de I'annee pour 1937 et 1954, page 107 and/et 7. Population, urban and rural, by sex: each census, 1945-1954 /Population urbaine et population rurale selon Ie sexe aux differents recensements effectues de 1945 a 1954, page 191
  6. 12 oktyabr-15 dekabr 1957-ci il siyahıyaalınmasına əsasən xaricdə yaşayan 40.984 nəfər (30.068 nəfəri kişilər, 10.916 nəfəri qadınlar). ölkə vətəndaşı daxil olmaqla bütün İraq əhalisi 6.339.960 nəfər olmuşdur. İstinad olaraq bax: Demographic Yearbook/Annuaire démographique 1963. Fifteeth Issue - Quinzieme Edition. Special topic: Population census statistics II /Sujet spécial: Statistiques des recensements de population II. Statistical Office of the United Nations, Department of Economic and Social Affairs. /Bureau de statistique de I'Organisation des Nations Unies, Departement des affaires economiques et des affaires sociales. New York, 1964—>Table of contents/Table des matieres—>Tables/Tableaux—> 10. Population by language and sex: each census, 1955-1963 /Population selon la langue et Ie sexe : chaque recensement, 1955-1963, page 325
  7. Daha dəqiqi 8.047.415 nəfər.
  8. 2 min nəfər digər qruplardan olanlar və kimliyini bildirməmiş təsnif olunmamışlar daxil oturaq əhali yuvarlaq rəqəmlərlə 4.566 min nəfər idi.
  9. Dəqiqləşdirmə: 1957-ci il siyahıyaalınmasında Asoru Yeni Arami diliniXaldey Yeni Arami dilini ana dili olaraq danışanların sayı vahid kateqoriyada - Arami dilində danışanlar olaraq qeydə alınmışdır.
  10. Dəqiqləşdirmə: 1957-ci il siyahıyaalınmasında Asoru Yeni Arami diliniXaldey Yeni Arami dilini ana dili olaraq danışanların sayı vahid kateqoriyada - Arami dilində danışanlar olaraq qeydə alınmışdır.
  11. Dəqiqləşdirmə: 1957-ci il siyahıyaalınmasında Asoru Yeni Arami diliniXaldey Yeni Arami dilini ana dili olaraq danışanların sayı vahid kateqoriyada - Arami dilində danışanlar olaraq qeydə alınmışdır.
  12. Qeyd: Onlardan ana dili Türkman dili olanlar 132.404 nəfər (onlardan kişilər: 65.631 nəfər, qadınlar: 66.773), ana dili Türk dili olanlar isə 24.557 nəfər (onlardan kişilər: 12.430 nəfər, qadınlar: 12.127) olaraq göstərilmişdir.
  13. Qeyd: Onlardan ana dili Asoru Yeni Arami dili olanlar 37.635 nəfər (onlardan kişilər: 19.575 nəfər, qadınlar: 18.060), ana dili Xaldey Yeni Arami dili olanlar isə 23.567 nəfər (onlardan kişilər: 12.090 nəfər, qadınlar: 11.477) olaraq göstərilmişdir.
  14. Onlardan ana dili Türkman dili olanlar 86.958 nəfər, ana dili Türk dili olanlar isə 5.471 nəfər olaraq göstərilmişdir.
  15. Onlardan ana dili Asoru Yeni Arami dili olanlar 7.278 nəfər, ana dili Xaldey Yeni Arami dili olanlar isə 1.995 nəfər olaraq göstərilmişdir.
  16. Saya dair verilən rəqəmlərə əsasən hesablanılmışdır.
  17. 1987-ci il sayımına əsasən İraqın ümumi 16.335.198 nəfər əhalisinin 3.092.820 nəfəri və ya 18.93%-i (ana dili əsasında) kürdlər idi. Mənbə olaraq bax: İraq study
  18. Qeyd: daha dəqiq 899.950 nəfər
  19. Vaşinqton Yaxın Şərq Araşdırmaları İnstitutunda Türkiyə Araşdırmaları Proqramının direktoru, Corctaun Universitetinin Xarici Siyasət Məktəbinin professoru, tarixçi Dr. Soner Çağaptay Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine ın verdiyi məlumata əsasən İraqda həyata keçirilmiş 1957-ci il əhali siyahıyaalınmasının yekun nəticələrinə əsasən ölkə əhalisnin 819 min nəfərini kürdlər, 567 min nəfərini isə türklər təşkil edirdi. İstinad olaraq bax: Part Six: Post-Saddam Economics and Politics. — 54. Turkmens, the Soft Underbelly of the War in Northern Iraq (Originally published as PolicyWatch no. 735, March 27, 2003 Arxivləşdirilib may 18, 2015, at the Wayback Machine. Soner Cagaptay is coordinator of The Washington Institute's Turkish Research Program.), page 262 // The Washington Institute for Near East Policy: Operation Iraqi Freedom and the new Iraq : insights and forecasts edited by Michael Knights. Published in 2004 in the United States of America by The Washington Institute for Near East Policy, 1828 L Street NW, Suite 1050, Washington, DC 20036.
    ...No reliable contemporary data are available on the size of the Turkmen population. The 1957 Iraqi census—the last in which the Turkmens were permitted to register—counted 567,000 Turkmens (9 percent of the population) among Iraq's population of 6,300,000. The census also counted 819,000 Kurds (13 percent of the population)...
  20. Aydınlaşdırma: Məhəllələr (حي) üzrə əhalinin sayı: Ərəblər (العرب) məhəlləsində 5.644 nəfər, Tacül İslam (تعجيل - اسلام) məhəlləsində 4.966 nəfər, Qala içərisində yerləşən Saray (قلعة - سراي) məhəlləsində 1.596 nəfər, Qala içərisində yerləşən Topxana (توبخانة) məhəlləsində 1.161 nəfər, Qala içərisində yerləşən Təkyə (تكية) məhəlləsində 1.563 nəfər, Xanəgah (خانقا) məhəlləsində 4.521 nəfər, əl-Mustafa (المستوفي) məhəlləsində 4.038 nəfər, Tacül Yəhud (تعجيل يهود) məhəlləsində 1.998 nəfər, Urduğa (اوردغا) məhəlləsində isə 1.549 nəfər.

İstinadlar

  1. Iraq Provinces Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine - Administrative Divisions of Countries Country Regions ("Statoids" Arxivləşdirilib 2012-04-11 at the Wayback Machine). United States of America, North Carolina, Durham.
  2. Iraq population statistics Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine in GeoHive Global Statistics Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. United States of America, Arizona, Phoenix.
  3. "احصاء شعبنا ضرورة تاريخية للانتخابات القادمة - بحث - الحوار المتمدن". 2017-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-27.
  4. Marvellous Mesopotamia, The world's wonderland by Joseph T.Parfit M.A, London, S. W. Partridge & co., ltd. in 1920, Page 15
  5. Development Planning and Population Growth and Redistribution in the Republic of Iraq
  6. "Central Organization for Statistics and Information Technology of Iraq" (PDF). 2012-03-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-09-12.
  7. "جريدة الصباح تنشر احصائية وزارة التخطيط لعدد نفوس سكان العراق لسنة 2014 — Ministry of Foreign Affairs of Republic of Iraq ". 2014-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2015.Xəbərin onlayn yayımlanma tarixi: 16.12.2013. .
  8. "توزيع الوحدات السكنية والأسر ومجموع سكانها حسب المحافظات لسنة 1997 و 2009". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-21.
  9. توزيع السكان حسب المحافظات والجنس والبيئة حسب نتائج تعداد 1997 Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine Table (2/5)
  10. اسقاطات السكان حسب المحافظات والبيئة لسنة 2012 Arxivləşdirilib 2020-02-17 at the Wayback Machine .Note : population projection calculated according to numbering & listing results 2009
  11. الدراسات والبحوث: الأطلس الإحصائي الزراعي خارطة الطريق للتنمية الزراعية (الإقتصاد الأخضر) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  12. "اتجاهات الانجاب وتنظيم الاسرة في العراق التحديات والتداخلات" (PDF). 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-02-22.
  13. Republic of Iraq Ministry of Planning Central Statistical Organization: Population & Manpower Statistics Arxivləşdirilib 2021-12-28 at the Wayback Machine: Demographic Statistics Arxivləşdirilib 2022-01-27 at the Wayback Machine: Tables: report of population state 2010: Iraq's governorates by area and their relative share of area and population 1997 , 2009 Arxivləşdirilib 2014-03-08 at the Wayback Machine (Yoxlanılıb: 24.02.2014)
  14. page 24
  15. Lozan barış konferansı: tutanaklar, belgeler. I Cilt. Çevirmen: Seha L. Meral. İstanbul: Yapı Kredi Yayınları, 1993, sayfa 345. ISBN 9789753632034
  16. "Iraq". web.archive.org. 2017-04-17. Archived from the original on 2017-04-17. İstifadə tarixi: 2023-07-23.
  17. page 19. // The Kurdish Struggle 1920-94 Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Author: Edgar O'Ballance. London: Palgrave Macmillan, 1996, 272 pages. ISBN 9780312160067
  18. "Iraq". web.archive.org. 2017-04-17. Archived from the original on 2017-04-17. İstifadə tarixi: 2023-07-23.
  19. III. Religious and Ethnic Communities. — B. The Communal Structure of the Arab Countries. — 4. Iraq, page 105. // International Library of Sociology — Volume 68: Population and Society in the Arab East. Author: Gabriel Baer. Translated from the Hebrew by Hanna Szke. English translation first published in 1964 by Routledge. London: Routledge and Kegan Paul, 2013, 288 pages. ISBN 9781136236228
  20. ""العراق، الطبقات الاجتماعية والحركات الثورية" (ص60) حنا بطاطو" (PDF). 2013-11-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-03-03.
  21. Republic of Iraq, Statistical Abstract, 1963, page 126
  22. I. The Turkic peoples of: İraq (author R.İ. Lawless). — Table 1: Language composition of the İraqi population in 1957, page 162. // Turkic Peoples Of The World. Edited by Margaret Bainbridge. London: Kegan Paul International, 1993, 403 pages. ISBN 9780710304094
  23. "الصوت العربي الحر - : وثائق قديمة: كتاب إحصاء 1957 في العراق". 2014-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-10.
  24. Part I. Kirkuk and its environs. — Chapter 2. Kirkuk in the Twentieth Century, page 43 Arxivləşdirilib 2022-04-09 at the Wayback Machine. // Crisis in Kirkuk: The Ethnopolitics of Conflict and Compromise. Authors: Liam Anderson, Gareth Stansfield. Philadelphia: University of Pennsylvania Press, 2011, 312 pages. ISBN 9780812206043
  25. . المجموعة الأحصائية لتسجيل عام 1957 - لوائي السليمانية و كركوك ، تصنيف السكان من حيث الجنس و لغة الأم للواء كركوك .مطبعة العاني .بغداد 1959
  26. David McDowall. A modern history of the Kurds Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine. London: I.B. Tauris, 2007, p. 3. ISBN 9781850434160
  27. Kitap IV. Irak'ta Etnik Milliyetçilik. — 15. Devrimci Irak'ta Kürtler, sayfa 408. // Modern Kürt Tarihi. Yazar: Davıd McDowall. İngilizceden Çeviren: Neşenur Domaniç. Ankara: Asır Matbaacılık, 2004, 680 sayfa. ISBN 9789755534367.
    Bölgədə əsas olaraq hakim olan türkmanlar ilə 1930–cu və 40–cı illərdə ağaların açgözlülüyü səbəbiylə torpaqlarından ayrılan və inkişaf edən neft sənayisində iş tapmaq məqsədiylə bölgəyə tədricən daha çox saylarda yerləşən kürdlər arasında bir müddətdir böyüyən bir gərginlik vardı. 1959-cu ildə 150.000 nəfərlik əhalinin yarısı türkmanlardan, yarısından biraz azı kürdlərdən və qalanları da ərəb, asoru ve ermənilərdən ibarət idi.
  28. David McDowall. A Modern History of the Kurds. London: I.B. Tauris, 2007, p. 305. ISBN 9781850434160
  29. page 913. // The old social classes and the revolutionary movements of Iraq a study of Iraq's old landed and commercial classes and of its Communists, Baʻthists, and Free Officers. Author: Hanna Batatu. Princeton: Princeton University Press, 1978, XXIV+1283 pages. ISBN 9780691052410
  30. حکومەتی هەرێمی كوردستان: حقيقة تاريخ مدينة اربيل واوضاع التركمان في اربيل
  31. Erbil City - Turkmen Aspect
  32. ing. Population. — 16. Population by language, sex and urban/rural residence: each census, 1962-1970, page 508. // Demographic Yearbook 1971. Twenty-third issue. Special topic: population census statistics I. Statistical Office of the United Nations, Department of Economic and Social Affairs. United Nations, New York, 1972.fr. Population. — 16. Population selon la langue, Ie sexe et la rèsidence urbaine/rurale: chaque recensement, 1962-1970, page 508. // Annuaire démographique 1971. Vingt-troisième èdition. Sujet spécial: Statistiques des recensements de population I. Bureau de statistique de I'Organisation des Nations Unies, Departement des affaires economiques et des affaires sociales. Nations Unies, New York, 1972.
  33. The Americana annual. 1968 (1969), page 374, Americana Corporation, 1969, ISBN 9780717202003
  34. People Groups of Iraq Arxivləşdirilib 2012-05-13 at the Wayback Machine - Joshua Project - Unreached Peoples of the World Arxivləşdirilib 2018-12-13 at the Wayback Machine (Yoxlanılıb: 10.02.2014)
  35. لسنة 1977 ،مطبعة المديرية، بغداد، ١٩٧٨.
  36. Qeyd (1947-ci il sa.): qeydə alınmış oturaq əhalinin sayı 4.566 milyon olmuş, onlardan 2 min nəfəri öz kimliyini və dini mənsubiyyətini bildirməkdən imtina etmişdir.
  37. Mudiriyal al-Nufus al Ammah Baghdad Al-majmu'ah al-ihsa'iyah li-tasjil ammn 1957, v. 1-10
  38. و ا زرة الداخلية، نتائج تسجيل السكان لعام 1957 ومسودات نتائج تعداد
  39. Russell, Malcom B. The Middle East and South Asia 1997 (The World Today Series). Harpers Ferry, West Virginia: Stryker-Post Publications (1997); pg. 104.
  40. III. Religious and Ethnic Communities. — A. Survey of Religious and Ethnic Groups. — 3. Linguistic groups, page 94. // International Library of Sociology — Volume 68: Population and Society in the Arab East. Author: Gabriel Baer Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Translated from the Hebrew by Hanna Szke. English translation first published in 1964 by Routledge. London: Routledge and Kegan Paul, 2013, 288 pages. ISBN 9781136236228
  41. Part One. The Formative Years. — Chapter One. The Making of Iraq Shi'i Society, page 13 // The Shi'is of Iraq Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Second paperback edition, with a new introduction. Author: Yitzhak Nakash. Princeton: Princeton University Press, 2003, 312 pages. ISBN 9780691115757
  42. Iraq: Making Ethnic Peace After Saddam Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. A Conversation with Kanan Makiya and Patrick Clawson
  43. Iraqi Turkmen Human Rights Research Foundation: Summary Violation of the human rights of the Iraqi Turkmen since the Establishment of the Iraqi State. Date: January 27, 2007. No: Rep.9-A2707. Table of Content: General Information: Population, page 3
  44. Zubaida Omar: British Inquiry Magazine. February 1987, page 37.
  45. Issue 2. — Endangered community: the Turkoman identity in Iraq (author: Tarik H. Oğuzlu), page 313. // Journal of Muslim Minority Affairs Arxivləşdirilib 2017-02-28 at the Wayback Machine. Volume 24. London: Carfax Publishing, October 2004, 413 pages.
  46. sayfa 21–22. // Kerkük Bölgesinin Araplaştırılması. Yazar: Nuri Talabani. İngilizceden Çeviren: Zafer Avşar. İstanbul: Avesta Yayınları, 2005, 144 sayfa. ISBN 9789758637805
  47. Turkic Peoples Of The World. Edited by Margaret Bainbridge. Routledge, Taylor & Francis Group, London and New York. First published in 8th January 1993 by Kegan Paul International. This edition first published in 2010 by Routledge 711 Third Avenue, New York, NY 10017 : Contents—>I. The Turkic peoples of: İraq (R.İ Lawless)—>composition of the İraqi population in 1957, page 163
  48. The Middle East: A Report by Senator Charles H. Percy to the Committee on Foreign Relations, United States Senate. U.S. Government Printing Office, 1975, page 78
  49. National Basic Intelligence Factbook — 1977, page 95
  50. National Basic Intelligence Factbook — 1978, page 97
  51. National Basic Intelligence Factbook — 1979, page 93
  52. CIA World Factbook — 1982, page 109
  53. Chapter 2. The Society and Its Environment (author: Stephen Pelletiere). — Geography and Population. — Other Minorities, page 85–86. // Iraq: A Country Study. Area Handbook Series, DA Pam 550–31. Fourth Edition. Author: Library of Congress, Federal Research Division. Editor: Helen Chapin Metz. Washington: U.S. Government Printing Office, 1990, 302 page. ISBN 9780160220524
  54. 6 Mayıs 1991 tarihli Milliyet Gazetesi 15-ci sayfa: "Türkmenlerden Majora mektup" haberi.
  55. Gamming, Jenny. They have a flag-but no country " in Swedish Expressen, 17 Aug. 1997. (Viewed 16 Aug. 1999). Unrepresented Nations & Peoples Organisation web site. Translated by SSF/Goran Hansson.
  56. Unrepresented Nations and Peoples Organization: Iraqi Turkmen Arxivləşdirilib 2017-09-03 at the Wayback Machine
  57. Irak Türkmenleri ve Türkmenlerin Yurtdışına Göçü
  58. Unrepresented Nations and Peoples Organization: Assyria Arxivləşdirilib 2022-07-28 at the Wayback Machine
  59. Ethnologue: İraq Arxivləşdirilib 2013-04-20 at the Wayback Machine - Christus Rex
  60. Ethnologue 14 report (in 2000) for language code: PES (Yoxlanılıb: 11.02.2014)
  61. FEYLĪ Arxivləşdirilib 2019-10-31 at the Wayback Machine – Encyclopaedia Iranica
  62. Газета армян России «Еркрамас» Arxivləşdirilib 2014-05-30 at the Wayback Machine: Около 40% армян, проживавших в Ираке, покинули эту страну с начала войны в 2003 году — ТВ Arxivləşdirilib 2012-04-19 at the Wayback Machine — Дата публикации: 7-ое января 2012-го года, — yoxlanılıb: 01.06.2014
  63. Портал «Ararat-online.ru» Arxivləşdirilib 2022-01-16 at the Wayback Machine: Великое переселение армян Ирака в Армению ? Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine — Дата публикации: 25-ое мая 2010-го года, — yoxlanılıb: 01.06.2014
  64. Научно-образовательный фонд Республики Армения «Нораванк» Arxivləşdirilib 2013-04-22 at the Wayback Machine: Армянская община Ирака: новые вызовы Arxivləşdirilib 2015-03-01 at Archive.today — Дата публикации: 12.03.2007, — yoxlanılıb: 01.06.2014
  65. "Baghdad in Ararat: Iraqi-Armenian refugees face difficulties adapting to the "homeland"". 2014-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
  66. "Беженцы, вынужденные переселенцы и ищущие убежище в Армении" (PDF). 2014-12-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
  67. محافظة أربيل: مدينة اربيل: سكان أربيل Arxivləşdirilib 2014-03-17 at the Wayback Machine
  68. Ərbil livasında toplam: 3109 nəfər. Ətraflı bax: The Israeli-Kurdish Relations. By Sergey Minasian. "21-st Century", No 1, April, 2007. Arxivləşdirilib 2022-03-05 at the Wayback Machine
  69. إحصاء السكان لسنة 1947 الجزء الثاني، الجدول السادس ـ قضاء كركوك ص118
  70. Iraq, Ministry of Interior, Statistical Compilation Relating to the Population Census of 1957 (in Arabic) , I Part IV, page 170.
  71. نتائج تعداد 1957 في العراق
  72. ing. Population. — 17. Population by religion, sex and urban/rural residence: each census, 1962-1971, page 511. // Demographic Yearbook 1971. Twenty-third issue. Special topic: population census statistics I. Statistical Office of the United Nations, Department of Economic and Social Affairs. United Nations, New York, 1972.; fr. Population. — 16. Population selon la langue, Ie sexe et la rèsidence urbaine/rurale (suite), page 511. // Annuaire démographique 1971. Vingt-troisième èdition. Sujet spécial: Statistiques des recensements de population I. Bureau de statistique de I'Organisation des Nations Unies, Departement des affaires economiques et des affaires sociales. Nations Unies, New York, 1972.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.