İraq–Türkiyə münasibətləri

Türkiyə–İraq münasibətləriTürkiyəİraq arasındakı ikitərəfli diplomatik münasibətlər. İki ölkə arasında dövlət sərhədlərinin uzunluğu 367 km-dir[1].

Türkiyə–İraq münasibətləri
Türkiyə və İraq
 Türkiyə  İraq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

1534-cü ildən Birinci Dünya müharibəsinin sonuna qədər İraq Osmanlı İmperiyasının tərkibində olmuşdur. Bu dövlətin süqutundan sonra Türkiyə liderləri Yaxın Şərqdəki münaqişələrdə iştirak etməkdən çəkindilər. 1980-ci illərdə İraq Türkiyə ilə sıx münasibətlər qurdu, çünki bu ölkə İraq nefti üçün vacib bir nəqliyyat nöqtəsi rolunu oynayırdı. Türkiyə İraqa əsas mal tədarükçüsünə çevrilmişdi. İraqın şimal neft yataqlarından çıxarılan neft Türkiyəyə, daha sonra Aralıq dənizinə tədarük edilirdi. Müxtəlif Avropa istehsalı mallar daşıyan yük maşınları İraqa idxalı çatdırmaq üçün Türkiyə magistral yollarından istifadə edirdi. Türkiyə İraqa silah, ərzaq və toxuculuq tədarük etməyə başlamışdı. Bundan əlavə, bu ölkələr kürd separatçılarının ümumi sərhəd bölgələrindəki fəaliyyətlərinin qarşısını almaqda əməkdaşlıq edirdilər. 1990-cı ildə Türkiyə Prezidenti Turqut Özal İraqın Küveytə hücumunu qınadı və İraqa qarşı müharibə elan etməyə hazırlaşan ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın tərəfində oldu. Türkiyə BMT-nin İraqa qarşı iqtisadi sanksiyalarına qoşuldu və Turqut Özal İraq neftinin Türkiyə üzərindən Aralıq dənizi limanlarına nəql edilməsi üçün istifadə olunan iki boru kəmərinin bağlanmasını əmr etdi. Türkiyə İraqa qarşı döyüşən hərbi koalisiyaya rəsmi şəkildə qoşulmadı, bununla belə sərhəd boyunca 150 min əsgər yerləşdirdi. Bağdadın işğal təhdidi kimi qəbul etdiyi bu addımdan sonra İraq Küveytdən qoşunlarının bir hissəsini çıxarıb şimala yerləşdirdi. Türkiyə ABŞ Hərbi Hava Qüvvələrinin İraqa hücum üçün İncirlikdəki hərbi hava bazasından istifadə etməsinə icazə verdi. Türkiyənin koalisiya qüvvələrinin İraqdakı hərbi əməliyyatını dəstəkləməsinin ehtimal olunan səbəbi Soyuq Müharibə bitdikdən sonra ABŞ və digər NATO ölkələri ilə müttəfiq münasibətləri gücləndirmək istəyi idi. Körfəz müharibəsinin Türkiyə üçün əsas nəticəsi kürd məsələsinin həllinə beynəlxalq diqqətin göstərilməsi oldu. 1991-ci ilin fevral ayının sonlarında müharibədə İraq məğlub oldu və ölkənin şimalındakı kürd azlığı Səddam Hüseyn hökumətinə üsyan etdi. İraqın silahlı qüvvələri üç həftə ərzində üsyanı darmadağın etdi, nəticədə İraqın şimalındakı kürd əhalisinin hamısı İran və Türkiyə sərhədlərinə doğru sürgün edildi. Türkiyə HakkariMardin illərinə 400 mindən çox kürd məskunlaşdıqdan sonra 1991-ci ilin aprelində sərhədlərini bağlamağa cəhd göstərsədə qaçqın axınının öhdəsindən gələ bilmədi. Türk əsgərləri, daha 500 min kürd qaçqının Türkiyə sərhədini keçməsinə icazə vermədi, onları müvəqqəti düşərgələrdə qalmağa məcbur etdi. 1 milyona yaxın kürd isə İrana qaçdı. Humanitar böhran və ətrafdakı beynəlxalq ictimaiyyət yüz minlərlə kürd qaçqını qəbul etmək istəməyən Türkiyə üçün ciddi problem yaratdı. 1992-ci ilin mayında Erbildə muxtar bir Kürd hökuməti elan edildi. Çox tərəddüddən sonra Türkiyə bu muxtar hökumətlə əməkdaşlığa başladı, eyni zamanda İraqın dövlət sərhədlərinin toxunulmazlığını tanıdı. 2007-2008 illəri arasında Türkiyə silahlı qüvvələri Şimali İraqda PKK-a qarşı hərbi əməliyyatlar keçirdi. 29 fevral 2008-ci ildə Türkiyə İraqda quru əməliyyatlarının başa çatdığını elan etdi. Döyüş zamanı 27 türk əsgəri öldü. Türkiyə ordusunun məlumatına görə, təxminən 240 kürd yaraqlısı məhv edildi. Türkiyə belə bir ehtiyac yaranarsa, qoşunlarını İraqın şimalına yenidən göndərmə ehtimalını bəyan etdi[2].

Ticarət

2016-cı ildə İraq ilə olan ticarət dövriyyəsi 7.64 milyard dollar təşkil etdi. bununlada İraq Türkiyənin üçüncü ən böyük ticarət tərəfdaşı oldu. Türk tikinti şirkətləri İraqın infrastrukturunun yenidən qurulmasında mühüm rol oynayır. Türkiyə İraq neftinin və qazının beynəlxalq bazarlara çatdırılması üçün tranzit bir ölkədir.

Mənbə

İstinadlar

  1. "The World Factbook — Central Intelligence Agency". 2020-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
  2. "Вторжение Турции в Ирак: убиты десятки человек". 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.