İranda kürdlərin üsyanı (1979)
Üsyan Dövrü
18-Mart 1979-cu il-31 -dekabr 1982-ci illəri əhatə edən üsyan. Hökumət birlikləri ilə üsyançılar arasında ilk toqquşma 18-21 mart aralığında Sənəndəcdə baş verimiş və iki yüzə qədər insanın həlak olması ilə nəticələnmişdir. Eyni il avqustun 16-da 2000-ə yaxın kürd üsyançı Kirmanşah əyalətində yerləşən Pavə şəhristanını tutur. Hökumət birlikləri avqustun 18-də 380-kürd və 18-əsgərin ölümü ilə nəticələnən toqquşmada üsyanı yatırmağa nail olurlar. 19-21-avqust tarixlərində 29-kürd dövlət tərəfindən edam edilir. Hökumət birlikləri avqustun 20-də Mahabadı mühasirəyə alır. 3-Sentyabr 1979-cu ildə hökumət qüvvələri 500-nəfərin öldüyü toqquşmadan sonra şəhərdə nəzarəti yenidən ələ keçirir. 22-26-Avqust tarixlərində hökumət qüvvələri ilə üsyançılar arasında yenidən toqquşma yaşanır, 28-avqustda isə 19-kürd dövlət tərəfindən edam edilir, 26-avqustda kürd üsyançılar Sərdəştdə 4-dövlət əsgərini qətlə yetirmişdi. 27-Avqust 1979-cu ildə Sənəndəcdə 11-kürd üsyançı edam edilir. Hökumət qüvvələri 1979-cu il 5-sentyabrda Sərdəşti ələ keçirir. 8-oktyabr 1979-cu ildə kürd üsyançılar Sərdəşt yaxınlığında 52-əskəri öldürürlər. 10-Oktyabrda kürd üsyançılar Dezavar və Hani Garmelehi, 20-oktyabrda isə Mahabadı yenidən ələ keçirirlər. Hökumət qüvvələri 1980-ci ilin aprelində üsyançılara qarşı hücum təşkil edir ki, bu da 1000-kürd və 50-əsgərin ölümü ilə nəticələnir. 1981-ci ildə İKDP Əbülhəsən Banisədrin başçılıq etdiyi NCRİ-yə qoşuldu. 1981-ci ilin noyabrında hökumət qüvvələləri ilə üsyançılar arasında baş verən toqquşma 400-nəfərin ölümü ilə nəticələndi.1982-ci ildə hökumət qüvvələri ilə üsyançılar arasında Mahabadda, Bukanda, Saqqızda və Sənəndəcdə 45-nəfərin ölümü ilə nəticələnən toqquşmalar oldu. 1982-ci il iyunun 26-da kürd üsyançılarının hökumət qüvvələrinə qarşı hücumu 60-üsyançı və 4-əsgərin ölümü ilə nəticələndi. 21-22 avqust 1982-ci ildəki toqquşmada isə 90-əsgər həlak oldu. Hökumət qüvvələri ilə üsyançılar arasında 1982-ci ilin sentyabrında baş vermiş toqquşmada 320-ə yaxın əsgər həlak oldu. İKDP, üsyanı 1982-ci il dekabrında sonlandı. 10.000-dən çox insan öldürüldü və edam edildi, 200.000-ə yaxın insan isə məcburi köçkün vəziyyətinə düşdü .
Üsyandan Sonrakı Dövr
İKDP 1985-ci ildə NCRİ-dən qovuldu. Partiya başçısı Əbdül Rəhman Qasımlı 1989-cu il iyulun 13-də Vyanada İran agentlərinin sui-qəsdinə məruz qaldı. 1989-cu il oktyabrda üsyançılar və hökumət qüvvələri arasında toqquşma yaşandı və 172-əsgərin ölümü ilə nəticələndi. Kürd üsyançılar 1990-ci ildə 1-aprel-31-avqust tarixləri arasında yenidən hökumət qüvvələri ilə toqquşdular. Bu toqquşmalarda 300-ə qədər əskər həlak oldu. İKDP-nin 7-üzvü 1991-ci il yanvarın 14-də dövlət tərəfindən edam edildi. Sadiq Şərəfkəndi İKD -nin lideri və üç üzvü 17-sentyabr 1992-ci ildə Berlində suiqəsdə qurban getdi. İran qüvvələri 15-noyabr 1993-cü ildə İraq Kürdüstanında avtomobil bombaladılar və bunun nəticəsində beş İKDP üzvü həlak oldu. Qafur Həmzeyi-İKDP partiya lideri 4-avqust 1994-cü ildə Bağdadda İran agentləri tərəfindən öldürüldü. İKDP üsyançıları 17-avqust 1994-cü ildə on beş İran İnqilab Keşikçisini qətlə yetirdilər. Hökumət qüvvələri 1994-cü il oktyabrın 11-də bir neçə kürd kəndinə qarşı hərbi hücum təşkil etdilər. İKDP üsyançıları 1995-ci il 4-dekabrda Qərbi İranda 15-əsgər öldürdülər, 1996-cı il iyulun 29-u isə hökumət qüvvələri həmin bölgədə iyirmi İKDP üzvünü öldürdü ki, bu da 2000-ə yaxın İran kürdünün məcburi köçürülməsinə səbəb oldu. 1983-cü ilin yanvarından 2004-cü ilin martına qədər bir neçə min insan bu hadisələrlə əlaqədar öldürüldü və edam edildi.[1]
- "Arxivlənmiş surət". 2016-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.