İran rialı
İran rialı (fars. ریال) — İranın pul vahidi.
![]() |
Bu məqalə İran rialı haqqındadır. Digər mənalar üçün Rial səhifəsinə baxın. |
İran rialı | ||||
---|---|---|---|---|
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | IRR | |||
Simvol | ﷼, ﷼, ﷼ | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | ||||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 1932 | |||
![]() |
Tarixi
1932–1943
Pəhləvilər sülaləsinin ilk şahı Rza Pəhləvinin şəkli İranın bütün növ əskinaslarının üzərində əks olunub (1928-ci ildən Tüməndə, 1943-cü ildən rialda).
1944–1979-un əvvəlləri
Pəhləvilər sülaləsinin ikinci şahı Məhəmməd Rza Pəhləvinin şəkli 1941–1979-cu illərdə İranın bütün növ əskinaslarının üzərində əks olunub. Onun əskinaslardakı şəkilləri özü ilə bərabər yaşa dolur və qocalırdı.
İslam inqilabından sonra (1979)
Ayətulla Xomeyninin islam inqilabı qələbə qazanandan sonra Məhəmməd Rza Pəhləvinin bütün əskinaslarda olan şəkillərinin üzərinə adətən qırmızı rəngli bir və ya iki xətt çəkib çap edirdilər.
Düzəliş 1979/1980 illər
1980-ci ildə iran şahı Pəhləvinin əskinaslardakı şəkli onun siluetini təkrarlayan "bədii" qara şəkillə örtülür
Bu, İranın mərkəzi bankında çap olunan amma hələ dövriyyəyə buraxılmayan, üzərində yeni hakimiyyətin qəddar düşməni sayılan şahın şəkli əks olunan çoxlu sayda əskinasın qaldığı üçün belə edilmişdir.
Xarici keçidlər
- İranın tarixi qəpik pulları Arxivləşdirilib 2007-10-08 at the Wayback Machine
Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.