İran prezidentlərinin siyahısı

İran prezidenti — İran xalqı tərəfindən seçilmiş dövlət başçısı.

İran prezidentinin ştandartı

İranda prezident 4 illiyə seçilir. Bir nəfər ard-arda iki dəfədən artıq prezident seçilə bilməz.

İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Prezidentin ikinci vəzifəsi ola bilməz. O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət etməlidir. Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır. Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir.

1979-cu ildə şahın devrilməsi ilə nəticələnən islam inqilabından sonra İranda yaradılan prezident postunu indiyədək səkkiz nəfər tutub:

İran prezidentləri

# Prezident Şəkil Prezidentlik dövrü
1
Əbülhəsən Banisədr
04.02.1980 - 22.06.1981
2
Məhəmmədəli Rəcai
02.08.1981 - 30.08.1981
3
Seyyid Əli Xameneyi
13.10.1981 - 03.08.1989
4
Haşimi Rəfsəncani
03.08.1989 - 03.08.1997
5
Məhəmməd Hatəmi
03.08.1997 - 03.08.2005
6
Mahmud Əhmədinecad
03.08.2005 - 03.08.2013
7
Həsən Ruhani
03.08.2013 - 03.08.2021
8
İbrahim Rəisi
03.08.2021 - h.h
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.