İran ostanları

Ostan (fars. استان) — İranda birinci dərəcəli ərazi-inzibati vahidin adı. Ölkədə 31 ostan mövcuddur, onların hər biri adətən yerli mərkəz olan ən böyük şəhərdən idarə olunur. Ostan hökumətinə ostandar (استاندار Ostāndār) rəhbərlik edir[1], hansı ki Nazirlər Kabinetinin razılığı ilə daxili işlər naziri tərəfindən təyin olunur.

Müasir tarixi

İranın müasir ərazisi 1857-ci ildə imzalanan Paris müqaviləsinə əsasən təyin olunmuşdur. 1906-cı ildən 1950-ci ilə qədər İran on iki ostanlara bölünmüşdür: Ərdalan, Azərbaycan, Bəlucistan, Fars, Gilan, Əcəm İraqı, Xorasan, Xuzistan, Kirman, Larestan, Lorestan və Mazandaran.[2]

1950-ci ildə islahatlar nəticəsində ostan sayı 10-a düşdü: Gilan; Mazandaran; Şərqi Azərbaycan; Qərbi Azərbaycan; Kirmanşah; Xuzistan; Fars; Kirman; Xorasan; Isfahan.[2]

31 İran ostanı xəritəsi

İstinadlar

  1. IRNA, Online Edition. "Paris for further cultural cooperation with Iran". 23 oktyabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2007.
  2. Gwillim Law, Statoids website. "Provinces of Iran". 22 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-04-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.