İran milliyətçiliyi

İran milliyətçiliyi (fars. ملی‌گرایی ایرانی) — İran mədəniyyətinə, İran dillərinətarixinə məhəbbət, həmçinin İranİran xalqı ilə qürur hissi üzərində qurulmuş siyasi ideologiya. İranda milli kimlik əsrlər boyu izlənilə bilsə də, İran milliyətçiliyi əsasən XX əsrdən yayılmışdır.[1] Bir çox cəhətdən paniranizmə yaxındır, lakin onun tam sinonimi deyil.

Pəhləvi sülaləsi dövründə (1925–1979) İran milliyətçiliyi sovetpərəst sol, qərbəmeylli liberalislamçı hisslərə alternativ olaraq hökumət tərəfindən fəal şəkildə dəstəklənirdi. 1979-cu il İran inqilabındanİran İslam Respublikasının qurulmasından sonra İran milliyətçiliyi dövlət dəstəyini itirmiş, əsasən İran cəmiyyətinin ayətullahlar rejiminə qarşı çıxan bir hissəsinin ideologiyasına çevrilmişdir. 1999-cu ilin iyulunda İranda tələbə etirazlarından sonra milliyətçiliyin yüksəlişi baş vermişdir.

İstinadlar

  1. Cottam, Richard W. Nationalism In Iran: Updated through 1978. Pittsburg: University of Pittsburgh Press. 1979. ISBN 0-8229-5299-8. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-31.

Əlavə ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.