İran inqilabı və azadlıq hərəkatları (Baykara)

İran inqilabı və azadlıq hərəkatları (türk. İran İnkılâbı ve Azatlık Hareketleri) — Hüseyn Baykaranın ilk dəfə 1978-ci ildə İstanbulda türk dilində nəşr edilmiş əsəri.

İran inqilabı və azadlıq hərəkatları
türk. İran İnkılâbı ve Azatlık Hareketleri
Əsərin 2018-ci il azərbaycanca nəşrinin üz qabığı
Əsərin 2018-ci il azərbaycanca nəşrinin üz qabığı
Müəllif Hüseyn Baykara
Janrlar Məşrutə inqilabı, Azadıstan, İran böhranı (1946), Azərbaycan Milli Hökuməti
Orijinalın dili Türkcə
Ölkələr Türkiyə Türkiyə
Orijinalın nəşr ili 1978
Tərcüməçi Cavanşir Yusifli
Nəşriyyat Əmək mətbəəsi (1978)
Bakı Kitab Klubu (2018)
Səhifə 220 (1978)
232 (2018)
Tiraj 200 (2018)

Məzmun

Kitabda XX əsrin əvvəllərində dünyada həlli müşkül olan siyasi, iqtisadi və sosial-intellektual problemlərin xalqların, millətlərin taleyinə təsiri, milli oyanış, bu oyanışın fonunda İranda cərəyan edən ictimai-siyasi proseslər öz əksini tapmışdır. Müəllif yazır: "Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövləti, bir də İran xalqları var. Şahənşah Məhəmməd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. Bu o deməkdir ki, ölümlə, zülümlə, haqsızlıqla, əsarət və ədalətsizliklə istibdad üsuluyla idarə edilən zavallı İran ölkəsi və xalqları haqqında dünya heç nə bilmir. Halbuki XX əsrin əvvəlindən indiyə kimi İranda, İran xalqları arasında zülmə və istibdada qarşı eynən Qərbdəki fikir hərəkatları kimi üsyanlar olmuş, mübarizələr aparılmış, qanlar axmış, haqlar əldə edilmiş və bir az sonra yenə tapdalanmış, bir daha qanlar axmış, mübarizə davam etmişdir, bu gün də bu mübarizə dayanmamışdır."

Nəşr və tərcümə

Kitab ilk dəfə 1978-ci ildə türk dilində İstanbulda Əmək mətbəəsində nəşr edilib.

Əsər Cavanşir Yusifli tərəfindən türk dilindən Azərbaycan dilinə tərcümə edilib, 2018-ci ildə Bakı Kitab Klubunda 232 səhifədə, 200 tirajla çap olunub.[1]

İstinadlar

  1. "İran inqilabı və azadlıq hərəkatları" ( (az.)). bbclub.az. 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.