İran Xalq Mücahidləri Təşkilatı

İran Xalq Mücahidləri Terror Təşkilatı (fars. سازمان مجاهدين خلق ايران, romanlaşdırma: sâzmân-e mojâhedīn-e khalq-e īrân), abreviatur MEK, PMOI və ya MKO — 1965-ci ildə İranda yaradılmış terror təşkilatı.[1][2][3] Əsas məqsədləri İran İslam Respublikasında 1979-cu ildən etibarən hakimiyyətdə olan İslam Respublikasınını ləğv etmək və əvəzində islam sosializmi əsaslı bir dövlət formalaşdırmaqdır.[4][5][6]

İran Xalq Mücahidləri Təşkilatı - terror təşkilatıdır
سازمان مجاهدين خلق
Loqonun şəkli
Fəaliyyəti terrorçuluq
Yaranma tarixi 1965, 5 sentyabr
Mərkəzi
Sədr Məryəm Rəcəvi
Üzvləri 5.000 və ya 13.500
mojahedin.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MEK 1965-ci ilin 5 sentyabr tarixində ABŞ tərəfindən dəstəklənən və şaha qarşı çıxan İran Azadlıq Hərəkatı ilə əlaqəli solçu iranlı tələbələr tərəfindən təsis edilmişdir.[7] 1979-cu ildə baş vermiş İran İslam İnqilabı dövründə Şahənşah Məhəmməd Rza Pəhləvinin hakimiyyətdən kənarlaşdırılmasında fəal iştirak etmiş və sonradan ölkədə demokratiyanın bərqərar olmasına, xüsusən İranın orta sinif ziyalılarının dəstəyinə yiyələnmişdir.[8][9][10]

Şahın hakimiyyətdən salınmasından sonra MEK, yeni hökumətin konstitusiya referendumunda iştirak etməkdən imtina etmişdir.[11] Referendum qərarının boykot edilməsi Ruhullah Xomeyni ilə olan münasibətlərin kəskinkləşməsi ilə nəticələnmişdir.[12] 1981-ci ildən etibarən İranda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən sistematik şəkildə təqib olunmağa başlayan İran Xalq Mücahidləri Təşkilatının üzvləri yeraltı fəaliyyətə keçmək və ölkəni tərk etmək məcburiyyətində qalmışdır.[5][13][14]

1981-ci ilin 20 iyun tarixində təşkilat tərəfindən ölkənin Tehran, İsfahan, Ərak, Əhvaz, Şiraz, Bəndər-Abbas kimi şəhərlərində eyni gündə təşkil olunmuşdur və İranın demokratik yolla seçilən ilk prezidenti Əbülhəsən Banisədr dəstəkləyən iştirakçıların bu hərəkəti islamçılar tərəfindən hakimiyyət çevirilişinə cəhd formasında qiymətləndirilmişdir.[15][16] 20 iyun mitinqlərindən sonra MEK tərəfdarlarının islamçılar tərəfindən daha şiddətli təqibi və edam dalğası başlamışdır.[17][18][9] Tərəfdarlarına qarşı olan hücumlara cavab olaraq, Mekçilərdə 1982-ci ildən etibarən qarşı hücumlara start vermişdir.[19]

MEK İran hakimiyyətinə qarşı olan hücumların əsası kimi mitinq və toplantıları pozmaq, qəzetlərin qadağan edilməsi və kitab dükanlarının yandırılması, seçkilərin saxtalaşdırılması və universitetlərin bağlanması; siyasi fəalların oğurlanması, həbs edilməsi və işgəncələrə məruz qalmasını səbəbləri göstərmişdir.[20][21][22][23][24][25] İslam İnqilabı Keşikçiləri Korpusunun 1982-ci ildə keçirdiyi hərbi əməliyyatlarda təşkilatın rəhbəri olan Məsud Rəcavinin birinci həyat yoldaşı Əşrəf Rəbai və təşkilatın ikinci adamı olaraq qəbul edilən Musa Xiyabani öldürülmüşdür. [22]

1983-cü ildə Məsud Rəcavi öz təşkilatı ilə birlikdə maliyyə yardımı qarşılığında İraq tərəfdən İran-İraq müharibəsində iştirak etməyə başlamışdır. Səddam Hüseyn tərəfdən döyüşən mekçilərin bu hərəkəti İranda geniş kütlələr tərəfdən xəyanət olaraq qəbul edildi və beləliklə İran Xalq Mücahidləri Təşkilatına olan kütləvi dəstək azalmağa başladı.[26]

İran-İraq müharibəsi zamanı və sonrakı dövrləri əhatə edən Səddam Hüseynin hakimiyyəti zamanı İraqda yerləşən Əşrəf düşərgəsi təşkilat tərəfdən əsas mərkəz olaraq istifadə edilmişdir. Fransanın paytaxtı Paris şəhərində yerləşən və daha çox təşkilatın səfirliyi kimi fəaliyyət göstərən mərkəzi ofisin qapadılması üçün İran İslam Respublikası tərəfindən Fransa hökumətinə müraciət edilmişdir.[22][27] Rejimin təşkilatın xarici ölkələrdəki özəklərinə qarşı olan fəaliyyətinə görə MEK cavab olaraq, Səddam Hüseyn tərəfdən Mersad əməliyyatında iştirak etmişdir.[28][29] Zaman-zaman İraqın daxili problemlərinin həll olunmasında da fəallıq göstərən təşkilat 1991-ci ildə İraqda başlamış ümumxalq qiyamlarının yatırılmasında Səddam Hüseynə köməklik göstərmişdir.[20][30]

Amerika Birləşmiş Ştatlarının 2003-cü ildə İraqa hərbi müdaxiləsindən sonra MEK-in hərbi düşərgəsi və qərargahı kimi istifadə olunan Əşrəf düşərgəsi boşaldılmıdşır.[31]

Avropa Birliyi, ABŞKanada təşkilatı aktiv fəaliyyətə başladığı dövrdən etibarən terror təşkilatı kimi tanımışdır. Bu qərar ilk dəfə 2009-cu ilin 26 yanvar tarixində Avropa Birliyinin Şurası tərəfindən ləğv edilmişdir.[32][33][34] MEK 2012-ci ilin 21 sentyabr tarixində ABŞ-nin, 2012-ci ilin 20 dekabr tarixində isə Kanadanın terror təşkilatları siyahısından çıxarılmışdır.[35] İran Xalq Mücahidləri Təşkilatının ardıcıl şəkildə terror təşkilatları siyahısından çıxarılmasının əsas səbəbi kimi 2003-cü ildən etibarən silahlı mübarizəni dayandırdığı göstərilmişdir. 2004-cü ilin iyun ayında ABŞ təşkilatın üzvlərini Cenevrə konvensiyalarıının IV bəndini əsas gətirərək, müharibə dövründə mülki şəxslərin müdafiəsinə əsasən qorunan şəxslər elan etmişdir.[36]

İranİraq tərəfindən terror təşkilatı olaraq tanınmaqdadır. Tənqidçilər tərəfindən qapalı dini orderə[37][38][39] bənzədilən təşkilatı bir çoxları İranın hazırkı rejiminə alternativ olaraq görməkdədir.[40] 2018-ci ildən etibarən İran Xalq Mücahidləri Təşkilatının mənzil qərargahı Albaniyanın Adriatik dənizi sahilində yerləşən Durres bölgəsinin Manez şəhərində yerləşməkdədir. Manezdə mekçilərə məxsus üç min nəfərlik xüsusi şəhərçik yaradılıb və şəhərçik Əşrəf düşərgəsinin şərəfinə Əşrəf-3 olaraq adlandırılmışdır. Təşkilata hal-hazırda Məsud Rəcavinin üçüncü həyat yoldaşı Məryəm Rəcavi rəhbərlik edir.

İran Xalq Mücahidləri Təşkilatı İran hakimiyyətinə qarşı əsas müxalif qüvvə və ən mütəşəkkil siyasi təşkilat olaraq xarakterizə edilməkdədir.[41][42][43]

İstinadlar

  1. Crane, Keith; Lal, Rollie. Iran's Political, Demographic, and Economic Vulnerabilities. Rand Corporation. 2008. ISBN 9780833045270. İstifadə tarixi: 11 September 2018.
  2. Pike, John. "Mujahedin-e Khalq Organization (MEK or MKO)". www.globalsecurity.org. 22 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 October 2018. ...the largest and most militant group opposed to the Islamic Republic of Iran.
  3. "Mujahadeen-e-Khalq (MEK)". Council on Foreign Relations. 6 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2018. ...the largest militant Iranian opposition group committed to the overthrow of the Islamic Republic,
  4. Katzman, 2001. səh. 2
  5. Abrahamian, 1989. səh. 1–2
  6. Cohen, 2009. səh. 23
  7. Michael Newton. Bahonar, Mohammad-Javad (1933–1981) // Famous Assassinations in World History: An Encyclopedia. 1. ABC-CLIO. 2014. 28. ISBN 978-1-61069-286-1.
  8. Varasteh, Manshour. Understanding Iran's National Security Doctrine. Troubador Publishers. 2013. səh. 87. ISBN 978-1780885575.
  9. "The People's Mojahedin: exiled Iranian opposition". France24. 25 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 September 2018.
  10. Svensson, Isak. Ending Holy Wars: Religion and Conflict Resolution in Civil Wars. Univ. of Queensland Press. 1 April 2013. ISBN 9780702249563.
  11. Goulka, Jeremiah; Hansell, Lydia; Wilke, Elizabeth; Larson, Judith. The Mujahedin-e Khalq in Iraq: a policy conundrum (PDF). 2009. ISBN 978-0-8330-4701-4. 22 February 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 October 2016.
  12. Katzman, 2001. səh. 101
  13. Abrahamian, 1989. səh. 206
  14. "Making Sense of The MeK". National Interest. 11 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2019.
  15. Sinkaya, Bayram. The Revolutionary Guards in Iranian Politics: Elites and Shifting Relations. Routledge. 2015. səh. 105. ISBN 978-1138853645.
  16. Svensson, Isak. Ending Holy Wars: Religion and Conflict Resolution in Civil Wars. 2013. ISBN 978-0702249563. On 20 June 1981, MEK organized a peaceful demonstration attended by up to 500,00 participants, who advanced towards parliament. Khomeini’s Revolutionary Guards opened fire, which resulted in 50 deaths, 200 injured, and 1000 arrested in the area around Tehran University
  17. Katzman, 2001. səh. 98–101
  18. Abrahamian, 1989. səh. 36, 218, 219
  19. Afshon Ostovar. Vanguard of the Imam: Religion, Politics, and Iran's Revolutionary Guards. Oxford University Press. 2016. 73–74. ISBN 978-0-19-049170-3. Unsurprisingly, the decision to fight alongside Saddam was viewed as traitorous by the vast majority of Iranians and destroyed the MKO's standing in its homeland.
  20. Abrahamian, 1989. səh. 208
  21. Piazza, 1994. səh. 14
  22. Piazza, 1994. səh. 9–43
  23. Varasteh, Manshour. Understanding Iran's National Security Doctrine. Troubador Publishers. 2013. səh. 88. ISBN 978-1780885575.
  24. Katzman, 2001. səh. 104
  25. "Iran's resistance". The Guardian. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  26. Ostovar, Afshon. Vanguard of the Imam: Religion, Politics, and Iran's Revolutionary Guards. Oxford University Press. 2016. 73–74. ISBN 978-0-19-049170-3.
  27. Lorentz, Dominique; David, Carr-Brown, La République atomique [The Atomic Republic] (French), Arte TV, 14 November 2001
  28. Dehghan, Saeed Kamali. "Who is the Iranian group targeted by bombers and beloved of Trump allies?". The Guardian. 2 July 2018. 28 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2020. ...by then sheltered in camps in Iraq, fought against Iran alongside the Iraqi dictator Saddam Hussein...
  29. Farrokh, Kaveh. Iran at War: 1500–1988. Oxford, England: Osprey Publishing. 20 December 2011. ISBN 978-1-78096-221-4.
  30. "Behind the Mujahideen-e-Khalq (MeK)". 5 August 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 August 2009.
  31. Varasteh, Manshour. Understanding Iran's National Security Doctrine. Troubador Publishers. 2013. səh. 89. ISBN 978-1780885575.
  32. Runner, Philippa. "EU ministers drop Iran group from terror list". Euobserver. 3 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2012.
  33. "EU removes PMOI from terrorist list". UPI. 26 January 2009. 3 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2012.
  34. John, Mark. "EU takes Iran opposition group off terror list". Reuters. 26 January 2009. 3 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2020.
  35. Sen, Ashish Kumar. "U.S. takes Iranian dissident group MeK off terrorist list". Washington Times. 26 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2014.
  36. de Boer, T.; Zieck, M. "From internment to resettlement of refugees: on US obligations towards MEK defectors in Iraq". Melbourne Journal of International Law. 15 (1). 2014: 3. 2021-02-24 tarixində arxivləşdirilib.
  37. Erlich, Reese. The Iran Agenda Today: The Real Story Inside Iran and What's Wrong with U.S. Policy (ingilis). Routledge. 2018. ISBN 978-0-429-94157-3. İstifadə tarixi: 14 January 2020. But critics question that commitment given the cult of personality built around MEK's leader, Maryam Rjavi.
  38. "Middle Eastern Eye". 2020-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  39. "CBC". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  40. "Trump allies' visit throws light on secretive Iranian opposition group". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  41. Katzman, 2001. səh. 97
  42. Abrahamian, 1989. səh. 1
  43. "John Bolton support for Iranian opposition spooks Tehran". Financial Times. 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.