İran Elektronika Sənayesi
İran Elektronika Sənayesi yaxud Birləşdirilmiş Elektronika Sənayesi[2](İES, fa: صنایع الکترونیک ایران (Sana-ey Electronik-e Iran); həmçinin tanınır fars. صاایران) İran Müdafiə Nazirliyinin dövlətə məxsus bir törəmə müəssisəsidir. Elektronika, optika, elektro-optika, rabitə, kompüter və yarımkeçiricilər sahəsində fəaliyyət göstərən çoxşaxəli bir təşkilatdır.[3][4][5]
İran Elektronika Sənayesi | |
---|---|
fars. صنایع الکترونیک ایران | |
Ümumi məlumatlar | |
Tipi | Dövlət şirkəti |
Sənaye | Müdafiə sənayesi |
Məhsulları | elektronik sistemlər və elektronika |
Təsis tarixi | 1972)[1] |
Baş qərargahın yeri | Tehran, İran |
Struktur | |
İşçi sayı | 1600 (2005)[1] |
Bölmələr |
Shiraz Electronics Industries (Şiraz Elektronika Sənayesi - SEI) Iran Communication Industries (İran Kommunikasiya Sənayesi - IEI) Information Systems of Iran (İran İnformasiya Sistemləri - ISI) Electronic Components Industries (Elektronik Hissələr Sənayesi - ECI) Isfahan Optics Industries (İsfahan Optika Sənayesi - IOI) Iran Electronic Research Center (İran Elektronik Tədqiqatlar Mərkəzi - IERC) |
ieicorp.ir ieimil.ir |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
İES, İran Silahlı Qüvvələri üçün hərbi materiallar hazırlamaq məqsədi ilə 1972-ci ildə dövlət şirkəti olaraq qurulmuşdur.[1] İES, şirkətin texnoloji onurğası olan tədqiqat və inkişaf (Tə-İn) sahəsində yüksək potensialla inkişaf etmişdir. İES, ölkənin müxtəlif regionlarındakı fərqli istehsalat fabrikləri və şirkətlərinin birləşməsidir.
Şah Məhəmməd Rza Pəhləvi dövründə şirkət Şirazdakı döyüş raketi müəssisəsini istifadəyə vermişdir.[6]
İran İslam İnqilabından və İran-İraq müharibəsinin başlamasından sonra, İran müharibə yönümlü bir istehsal və tədqiqat mərkəzi qurmaq üçün sənaye sahələrini yenidən təşkil etməyə başladı. İES, o zamandan bəri nəzarətində qaldığı Müdafiə Sənayesi Təşkilatının nəzarəti altına girmək üçün təbii bir namizəd idi.
İranın Toloo (“Yüksəliş”) adlı yeni nəsik milli kəşfiyyat peykləri İES tərəfindən 2010-cu ildə dizayn və istehsal edilmişdir.[7][8]
Cari vəziyyət
Həm İran hökuməti, həm də ictimaiyyət üçün məhsul və xidmətlər təqdim edir.
İES, İranın ən böyük elektron konqlomeratı kimi qəbul edilir.[1]
İSO 9000 şirkətidir.[1] Məhsulları beynəlxalq hərbi standartlara cavab verir.[1]
Şüar
Şirkətin şüarı: “Hər gün irəli addımlamaq”[1]
Fəaliyyət sahələri və bölmələri
Hal-hazırda şirkət, hər biri yüksək texnoloji sahələrdəki əməliyyat sahələrindən məsul olan altı törəmə müəssisəyə malikdir.[1]
Törəmə müəssisələr və müvafiq sahələri aşağıdakılardır[2]:
- ŞİRAZ ELEKTRONİKA SƏNAYESİ (SEI)
- Elektron Müharibə Sənayesi
- Avionika Sənayesi
- Radar və Mikrodalğa Sənaye
- Dəniz Elektronikası Sənayesi
- Mexaniki hissələr sənayesi
- Elektro-Optik Sənayesi
- Mühəndislik və texnoloji dəstək sənayesi
- Kompüter Periferiyası Sənayesi
- Döyüş Raketləri Elektronikası Sənayesi
- İRAN KOMMUNİKASİYA SƏNAYƏLƏRİ (IEI)
- Taktik Rabitə Sənayesi
- Rabitə Təhlükəsizliyi Sənayesi
- Telekommunikasiya Sənayesi
- Mexaniki Hissələr Sənayesi
- Elektron Komponentlər Sənayesi
- İRAN MƏLUMAT SİSTEMLƏRİ (ISI)
- Kompüter saytlarının qurulması
- Şəbəkələrin dizaynı və qurulması
- Əsas çərçivələrin və mini kompüterlərin istismarı
- LAN inkişafı və xidmətləri (X.25)
- Super məlumat bazası (SUPRA) təklif olunur
- Ümumi həll layihələri təklif olunur (açar söz)
- Yüksək dərəcəli təlim proqramları
- Proqram təminatı miqrasiyası
- Böyük miqyaslı layihələrin idarə olunması
- Məsləhət xidmətləri
- ELEKTRONİK KOMPONENTLƏR SƏNAYESİ (ECI)
- Yarımkeçiricilər (tranzistorlar və IC)
- Elektron kredit kartları
- Çox qatlı, tək və cüt tərəfli PCB-lər
- Hibrid sxemlər (qalın filmlər)
- Kvars kristalları və osilatorlar
- Yüksək təmizlikdə oksigen və azot qazları
- Mikromodullar
- Elektron keramika
- İSFAHAN OPTİKA SƏNAYESİ (IOI)
- Optik elementlərin kompüter köməyi ilə konstruksiyası
- Optik sistemlərin kompüter köməyi ilə konstruksiyası
- Çox qatlı örtüklərin kompüter köməyi ilə konstruksiyası
- Fərqli müdaxilə filtrlərinin istehsalı
- Uzun məsafəli durbin istehsalı
- Tanklar üçün hərbi periskopların istehsalı
- Retikulların dizaynı və istehsalı
- Qabaqcıl optik testlər və ölçmələr
- Şəffaf keçirici örtük
- Optik nişangahların dizaynı və istehsalı
- Optik sistemlərin analizi
- İRAN ELEKTRONİKA TƏDQİQATLARI MƏRKƏZİ (IERC)
Telekom məhsulları Belçikanın Sagem şirkətinin lisenziyası altında mobil telefonların yığılmasını da əhatə edir
İstinadlar
- "Overview". Iran Electronics Industries. 2005. 2009-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-05.
- "Archived copy". 2016-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
- "Archived copy". 2010-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-25.
- "Archived copy". 2012-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-25.
- "Archived copy". 2011-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-05.
- "Country Overviews - Iran - Missile Facilities". NTI. April 2004. October 15, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-05.
- "Archived copy". 2009-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
- "Archived copy". 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.