İran–Kontras qalmaqalı

İran–Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal.

Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ataoğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-nin keçmiş müdafiə naziri Robert Geyts2001-2004-cü illərdə ABŞ-nin BMT-dəki səlahiyyətli nümayəndəsi, 2004-2005-ci illərdə İraqdakı səfiri, 2005-2007-ci illərdə ABŞ Milli Kəşfiyyatının direktoru və 2007-2009-cu illərdə Dövlət katibinin müşaviri olmuş Con Neqropontedir.

Nyu-York Tayms qəzetinin məlumatına görə ABŞ İran-Kontras əməliyyatı çərçivəsində İrana aşağıdakı silahları satıb:

  • 20 avqust 1984 – 96 ədəd "BGM-71 TOW" – Tank əleyhinə idarəolunan raket kompleksi
  • 14 sentyabr 1984 – daha 408 ədəd "BGM-71 TOW" raket kompleksi
  • 24 noyabr 1984 – 18 ədəd "MIM-23 HAWK" – Təyyarə əleyhinə orta radiuslu raketlər
  • 17 fevral 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi
  • 27 fevral 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi
  • 24 may 1986 – 508 ədəd "BGM-71 TOW" raket kompleksi, "MIM-23 HAWK" raketləri üçün 240 ədəd ehtiyat hissə
  • 4 avqust 1986 – "MIM-23 HAWK" raketləri üçün ehtiyat hissələr
  • 28 oktyabr 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.