İranın nüvə proqramı
İranın nüvə proqramı — İranın nüvə enerjisi əldə etmək üçün başlatdığını dediyi, ancaq başda ABŞ olmaq üzrə bəzi ölkələrin nüvə silah istehsal etmək üçün başladığını iddia etdiyi layihə.[1]
İranın nüvə proqramı 1950-ci illərdə sülh üçün Atom proqramının bir parçası olaraq ABŞ-nin köməyi ilə başladıldı.[2] ABŞ-nin və Qərb Avropalı hökumətlərin İranın nüvə proqramına dəstəyi, cəsarətləndirməsi və qatqıları ilə 1979-cu ildə şah rejimini devirən islami inqilaba qədər davam etdi.[3] 1979-cu ildəki inqilabdan sonra İran hökuməti proqramı dayandırdı və daha sonra inqilab öncəsinə görə daha düşük bir qərb dəstəyi ilə yenidən canlandırıldı. İran nüvə proqramı bir sıra araşdırma mərkəzi, uran mədəni, bir nüvə reaktoru və bir uran zənginləşdirilməsi mərkəzi ehtiva edən uran emal infastrukturlarından ibarətdir. İranın ilk nüvə santralı Buşehr-I-in mart 2008-də istehsala keçməsi gözlənilirdi. Ancaq 4 sentyabr 2011 tarixi etibarı ilə bu obyekt istifadəyə verilmişdir.
Ümumi baxış
Qaudat Bahqat İndiana Universiteti, Pensilvaniya, Yaxın Şərq Tədqiqatları Mərkəzi prezidenti, İran nüvə proqramının üç faktora bağlı olduğunu deyir: Birincisi; Pakistan,İraq,İsrail və ABŞ-dən özlərinə çevrilən təhdid qəbul etmələri, ikincisi; daxili iqtisadi və siyasi dinamiklər və üçüncüsü; milli qürur.[4] Bahqat daha sonra İranın beynəlxalq cəmiyyət ilə əlaqələri ilə əlaqəli bəzi kilit nöqtələrin altını çəkir və nüvə proqram mövzusunda bunun İranı necə təsir etdiyini anladır.
1. İranlı səlahiyyətlilərin 1980-ci illərdəki İran-İraq müharibəsi müddətindəki davranışları səbəbi ilə beynəlxalq cəmiyyətə çox az güvəni var. Bu müharibə müddətində İran daha güclü və böyük bir ölkə olduğu üçün Səddam Hüseyn İran ordusuna və vətəndaşlara qarşı kimyəvi silah istifadə etdi. Bu kimyəvi silahlar minlərlə iranlını öldürdü və ya şikəst qoydu və müharibədə İraq lehinə önəmli bir rol oynadı. Beynəlxalq cəmiyyət bu nöqtədə laqeyd qaldı; İraqa mane olmaqda və İranı qorumaqda çox təsirsiz idi. Şahram Çubin - Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi prezidenti bu vəziyyəti belə açıqlayır: “İran İraq ilə etdiği savaşdan bunu öyrəndi; hücuma məruz qalmaq istəmirsənsə, təhdid edən ölkə mütləq eyni bir cavabın alacağını bilməlidir. ‘Fars körfəzində müharibə’dəkinə bərabər bir kimyəvi silah qisasına məruz qalacağını bilmək İraqı dayandırdı, ancaq belə bir qarşılığın İrandan gəlməyəcəyini bilməyin savaş müddətində İraqın İrana qarşı kimyəvi silah istifadə etməsini təmin etdiyini göstərir."
2. Bir çox ölkə ABŞ-nin təzyiqini görəndə, İranın nüvə idarəetməsi ilə ticari əlaqələrini kəsdiyi və ya dayandırdığı üçün İranda beynəlxalq cəmiyyətə çevrilmiş güvən əskikliyi, yenidən yarandı.
Qaudat Bahqatın analizinin əksinə, iranlı səlahiyyətlilər öz səviyyələrinin indiki nüvə silah sahibi ölkələrin texnoloji inkişaf səviyyəsinin altında qalmış olmasından ötrü birini fikrindən daşındırmaq üçün nüvə silah əldə etmə arzusunda olduqları iddiasını qəbul etmirlər. Öz nüvə proqramlarının silah düzəltmə məqsədli hala gətirilə bilməyəcəyindən hər kəsin əmin olmağı üçün iranlılar yasal olaraq lazımi miqdardan daha çox əlavə məhdudiyyət qoyulmasını da ehtiva edən bir sıra məsləhətlər verdilər.
İstinadlar
- Haidar, J.I., 2015."Sanctions and Exports Deflection: Evidence from Iran Arxivləşdirilib 2017-07-30 at the Wayback Machine," Paris School of Economics, University of Paris 1 Pantheon Sorbonne, Mimeo
- "Part I: An Atomic Threat Made in America". 2008. 14 May 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2008.
- "Iran Affairs: Blasts from the Past: Western Support for Iran's Nuclear program". 2008. 2012-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2008.
- "Nuclear proliferation: The Islamic Republic of Iran", Gawdat Bahgat, Iranian Studies Journal, vol. 39(3), September 2006
Xarici keçidlər
- TR2 Araştırma Reaktörü, Türkiyenin tek aktif reaktörü Arxivləşdirilib 2011-01-14 at the Wayback Machine (türk.)
- İran nükleer programından vazgeçmiyor DW Arxivləşdirilib 2006-05-28 at the Wayback Machine (türk.)
- "İran nükleer teknolojide 'kararlı'", CNNTürk, 4 Mart 2006 (türk.)
- "İran görüşmeleri yine sonuçsuz", BBC Türkçe, 3 Mart 2006 (türk.)
- Sabah, 23 Şubat 2006 (türk.)
- İran krizi petrol fiyatını yükseltti, BBC Türkçe (türk.)