İranın dövlət quruluşu

İranın dövlət quruluşu - 1979-cu ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

İran
جمهوری اسلامی ایران
(Comhuri-ye Eslami-ye İran)
Bayraq Gerb
Bayraq Gerb
Esteghlâl, âzâdi, jomhoori-ye Eslâmi
İstiqlal, Azadlıq, İslam Respublikası
Paytaxt Tehran
Prezident Həsən Ruhani
Sahəsi Dünyada 17-ci
  Ümumi 1628770.8 km²
  Su sahəsi (%) 0.7
Əhalisi
  Əhali 78 373 721[1] nəfər (18-ci)
  Siyahıyaalma (2011) 75 149 669[2] nəf.
  Sıxlıq 46.1 nəf./km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət quruluşu

1979-cu il 11 fevralda İranda şah idarə üsulu olan monarxiya ləğv edilmiş və nəticədə 1 aprel 1979-cu ildə İran İslam Respublikası elan olunmuşdur. 1979-cu il 3 dekabr qəbul olunmuş Konstitusiya halhazırda qüvvədədir. 1989-cu il 28 iyulda ona dəyişikliklər edilmişdir. Mövcud Konstitusiya respublika quruluşunun yaranmasını, bütün hakimiyyətin dini-siyasi dairələrin nümayəndələrinə keçməsini hüquqi cəhətdən təsbit etmişdir. İran İslam Respublikasında dövlət hakimiyyəti bir-birindən asılı olmayan qanunverici, icraedici və məhkəmə sahələri vasitəsilə ölkənin Ali Dini Rəhbərinin nəzarəti altında həyata keçirilir.

İranın hökumət başçısı de-yure Prezidentdir, bununla belə o, dövlətin de-fakto başçısı Ali Dini Rəhbərə tabedir. İslam İnqilabının rəhbəri Ayətullah Xomeyninin ölümündən sonra 4 iyul 1989-cu il tarixində İran İslam Respublikasının yeni Ali Dini Rəhbəri vəzifəsinə ayətullah Seyyid Əli Xameneyi seçilmişdir.

İranın Ali Dini Rəhbəri hakimiyyətin bütün qollarına nəzarət edir, daxili və xarici siyasətin əsas istiqamətlərini müəyyən edir; məhkəmə hakimiyyətinin başçısını, silahlı qüvvələrin və daxili qoşunların ali baş komandanlarını, İslam inqilabının mühafizə Korpusunun ali baş komandanını təyin edir; ümumxalq, birbaşa və gizli səsvermə yolu ilə seçilən Prezidentin təyinatı haqqında fərman imzalayır; Müşahidə Şurasına altı fəqihi təyin edir. Ona, müharibə elan etmək və sülh bağlamaq, amnistiya elan etmək və ya məhkəmə hakimiyyəti başçısının təklifi ilə məhkəmə hökmünü yüngülləşdirmək hüququ verilmişdir.

İnzibati ərazi bölgüsü

İran İslam Respublikasının ərazisi 31 ostanlığa bölünür.

Qanunverici hakimiyyət

Məclis qərarlarının İslamın müddəaları və İran İslam Respublikasının əsas qanunu ilə uyğunluğunun təmin edilməsi - 6 üzvü Ali Dini Rəhbərin təyin etdiyi fəqihlər, digər yarısı isə namizədlikləri məhkəmə hakimiyyəti başçısının təqdimatı əsasında Məclis tərəfindən seçilən Nəzarət Şurası tərəfindən həyata keçirilir. Yuxarı palatanın və konstitusiya nəzarətinin funksiyalarını birləşdirən qanunverici orqan olan Şura, Məclisin bütün qərarlarına nəzarət edir, Ekspertlər Şurasının seçilməsi və məclis seçkiləri, həmçinin ümumi referendumun keçirilməsi üzərində nəzarəti həyata keçirir.

Məhkəmə hakimiyyəti

İslam inqilabından sonra islam normaları məhkəmə sisteminin əsasına daxil edilmişdir. Bu normalar daha çox cinayət, ailə hüququ və cəza sistemlərinə aid edilir. İlk əvvəl (1989-cu ilə qədər) İran İslam Respublikasında məhkəmə hakimiyyətinin ali orqanı Ali Məhkəmə Şurası sayılırdı, hazırda isə Ali Məhkəmə və Ali Dini Rəhbər tərəfindən 5 illik müddətə təyin edilən məhkəmə hakimiyyətinin başçısı bu funksiyanın daşıyıcısıdır.

Məhkəmə hakimiyyətinin başçısı Ali Məhkəmənin sədrini və Baş prokuroru təyin edir, ədliyyə naziri vəzifəsinə namizədi Prezidentə təklif edir. Ali Məhkəmə - məhkəmə hakimiyyəti sistemi üzərində və məhkəmələrin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Xüsusi fəallığı ilə seçilən din xadimlərinin işləri üzrə məhkəmələrislam inqilabı məhkəmələri İran İslam Respublikasının məhkəmə sisteminin bir hissəsi sayılır və məhkəmə hakimiyyətinin başçısına tabedir. Hərbi məhkəmə istisna olmaqla, demək olar ki, bütün məhkəmələrin başında, habelə ədliyyə nazirliyinin rəhbərliyində ruhanilərin təmsilçiləri durur. İranın məhkəmə sistemində Ədliyyə nazirliyi - hakimiyyətin üç qolu arasındakı əlaqələrin mühafizəsinə və məhkəməyə aid qanun layihələrinin məclisə verilməsinə cavabdehlik daşıyır. Notariat və məhkəmə ekspertizası Nazirliyin tabeliyindədir.

Mənbə

İstinadlar

  1. "Population Clock — Statistical Centre of Iran". 13 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2015–ci il, 19:00.
  2. (Farsca:پورتال - مرکز آمار ایران) Portal - Statistical Center of Iran (Markaz-e Amar-e Iran): Selected findings of the 2011 National Population and Housing Census Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.