İradə azadlığı
İradə azadlığı (yun. τὸ αὐτεξούσιον və ya τὸ ἐφ᾽ ἡμῖν, lat. liberum arbitrium) — şəraitdən asılı olmayaraq insanın seçimetmə imkanının olması.
İradə azadlığı problemi hələ çox qədim zamanlardan insanları düşündürmüş və zaman-zaman bu problem haqqında düşünüb daşınanlar məsələyə müxtəlif prizmalardan yanaşaraq çeşidli münasibətlər bildirmişlər. Bu problem düşüncə tarixində ən mühüm və mübahisəli məsələlərdən biri kimi tarixə düşmüşdür. İradə azadlığı problemin qoyuluşu insanların təbii maraqlarıyla yanaşı həm də onlarda etdikləri əməllərə, atdıqları addımlara görə məsuliyyət daşıyıb daşımaması kimi çox vacib sosial-psixoloji məsuliyyət məsələsilə sıx bağlı olmuşdur. Bu səbədən də iradə azadlığı problemi istər müxtəlif fəlsəfi-ideoloji cərəyanlar arasında, istərsə də dinlərdə qızğın mübahisə obyektinə çevrilmişdir. Birincilər öz görüşlərində müəyyən əqli mülahizələrdən çıxış edirdilərsə, ikincilər əsas etibarilə ilahi buyruqlara, dini mətnlərə söykənmişlər. Bununla belə, bir sıra diniideoloji cərəyanlar öz görüşlərində dini prinsiplərlə yanaşı əqlin mühakimələrinə də geniş yer vermişlər.
Xarici keçidlər
- Arxivləşdirilib 2005-09-20 at the Wayback Machine