İradə Hüseynova (tarixçi)

İradə Mehdiqulu qızı Hüseynova (19 aprel 1963, Bakı) — Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, "Erməni araşdırmaları" elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq "Sokrat" mükafatı laureatı (İngiltərə), Azərbaycan Respublikasının Əməkdar müəllimi. 2009–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb."De-institusionalizasiya-dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı" Dövlət Proqramının Respublika Əlaqələndirmə Şurasının sədri, milli koordinatoru, həmçinin "İnklüziv təhsil" Dövlət Proqramının Milli koordinatoru olmuşdur. Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Yeni Azərbaycan partiyasının Siyasi Şurasının üzvü (1999)

İradə Hüseynova
bayraq
Azərbaycan Respublikası təhsil nazirinin müavini
bayraq2
7 avqust 2002 11 sentyabr 2011
Şəxsi məlumatlar
Doğum tarixi 19 aprel 1963(1963-04-19) (60 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti professor
Elmi fəaliyyəti
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor

Təltifləri "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı  — 2008
"Tərəqqi" medalı  — 2019 "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı  — il

Həyatı

İradə Hüseynova 19 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhərinin 8 saylı orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş 1985-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi-pedaqoji fəaliyyətini davam etdirmək üçün Elmi Şuranın qərarı və Təhsil Nazirliyinin təyinatı ilə universitetdə saxlanılmışdır. 1981-ci ildən Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinin II kursunda oxuyarkən, əmək fəaliyyətinə başlamış, universitetin həmkarlar təşkilatının ştat üzrə sədr müavini vəzifəsinə seçilmiş, 1981–1989-cu illərdə bu vəzifədə çalışmışdır. 1982–1987-ci illərdə Azərbaycan SSR həmkarlar ittifaqının XVI, XVII və SSRİ Həmkarlar İttifaqının XVII, XVIII qurultaylarının nümayəndəsi, SSRİ Həmkarlar İttifaqının Mərkəzi Təftiş komissiyasının, Rəyasət heyətinin üzvü olmuş, həmin dövrdə Azərbaycanı İttifaq səviyyəsində təmsil etmişdir. Namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir.

İradə Hüseynova Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Bu doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulmuşdur. O, Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra elmi monoqrafiyaların və dərsliklərin müəllifidir.

İradə Hüseynova 300-dən çox elmi əsərin – Əliyevşünaslıq elminə töhfələr olan "Dövlətçilik naminə". Bakı, 2001, 286s; "Müstəqilliyimizin təminatçısı". Bakı, 2003, 502 s.; "Müstəqil Azərbaycan dövlətinin qurucusu". Bakı, 2004, 472 s.; "Гейдар Алиев – от политического руководителя к общенациональному лидеру". Bakı, 2005, 503 c.; "İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri". Bakı, 2021; adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində — "Qafqaz xalqlarının tarixi". Bakı, 2006, 603 s.; "Heydər Əliyev və Qafqazda sülh prosesi". Bakı, 2008, 670 s.; "История народов Кавказа". Bakı, 2018 1248 səh; adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq "Историческая энциклопедия Кавказа". Bakı, 2010, 956 c.; adlı ensiklopedik nəşrin; "Tarix. Zaman. Düşüncələr". IV cilddə. Bakı, 2016–2020; çoxcildli əsərin müəllifidir.

Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramlarının: "История Народов Кавказа" (Новый и новейший период). Bakı, 1998; "История Народов Кавказа" Bakı 2014, 168 s.; "Qafqazşünaslığa giriş" Bakı 2014, 63 s.; "Qafqazın siyasi sistemi" (Azərbaycan və rus dillərində), Bakı, 2016, 28 s., 36 c.; "Qafqazın xarici siyasəti" (Azərbaycan və rus dillərində), Bakı, 2016, 28 s., 32 c.; "Qafqaz və Yaxın Şərqin ərəb ölkələri" (Azərbaycan və rus dillərində), Bakı, 2016, 16 s., 20 c.; "Qafqaz tarixinin aktual problemləri" Bakı, 2017, 40 s.; "Qafqazda etnik münaqişələr" (Azərbaycan və rus dillərində) Bakı, 2018; "История Народов Кавказа. Учебное пособие" Bakı 1999, 86 s.; dərs vəsaitinin, magistr hazırlığı üçün "Heydər Əliyev və Qafqazda sülh prosesi" (Azərbaycan, rus və ingilis dillərində), Bakı, 2003, 110 s.; adlı tədris proqramlarının, Qafqaz xalqlarının tarixinə dair dərs vəsaitlərinin və digər tədris vəsaitlərinin müəllifidir.

İradə Hüseynova apardığı elmi tədqiqatlarına görə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən doqquz müəlliflik şəhadətnaməsi almışdır.

İctimai-siyasi fəaliyyəti

7–8 oktyabr 2004-cü ildə keçirilən MDB dövlətlərinin yaradıcı ziyalılarının I Forumunun nümayəndəsi olmuşdur.

Strasburq şəhərində Avropa Şurasının 6–7 dekabr 2001-ci il tarixində keçirdiyi beynəlxalq konfransda "Təhsildə demokratik və vətəndaşlıq prinsipləri" mövzusunda məruzə ilə çıxış etmişdir.

İradə Hüseynova Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilmiş və bu vəzifədə 2002–2011-ci illərdə çalışmışdır. 2006- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası – Belarus Respublikası Dövlətlərarası Komissiyasının, Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının üzvü təyin edilmişdir.

2007-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının üzvü təyin edilmişdir. 2007-ci il 12 mart Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixli sərəncamı ilə "Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə" Dövlət Komissiyasının üzvü təyin edilmişdir. 9 yanvar 2007-ci il; 19 iyun 2008-ci il- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" və "Uşaq hüquqları haqqında" Konvensiyalarına uyğun olaraq Azərbaycan Respublikasının öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə dördüncü dövri hesabatlarının hazırlanması üzrə işçi qruplarının üzvü təyin olunmuşdur 2009- AMEA-nın Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasına üzv seçilmişdir.

•De-institusionalizasiya-dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı" Dövlət proqramının Respublika Əlaqələndirmə Şurasına rəhbərlik etmişdir- Əlaqələndirmə Şurasının sədri, milli koordinatoru olmuşdur. "İnkluziv təhsil" Dövlət proqramının Milli koordinatoru olmuşdur.

2011-ci il 30 may — 2 iyun- tarixlərində Bakı şəhərində YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının keçirilməsi üzrə işçi qrupunun üzvü olmuşdur. 2014-cü il 19 dekabrda keçirilən Azərbaycan alimlərinin I Qurultayının nümayəndəsi olmuşdur. 4 aprel 2015-ci ildə YUNESKO xətti ilə Müəllimlərin Beynəlxalq Forumuna üzv seçilmişdir.

2002–2011-ci illərdə Respublika Elmi-Metodiki Şuranın Rəyasət Heyətinin sədr müavini kimi fəaliyyət göstərmişdir.

BMT təşkilatlarının (YUNİSEF, YUNESKO, YUNİFEM), UAFA, World Vision, Save the children proqramlarının aktiv iştirakçısı olmuş, beynəlxalq təşkilatların müxtəlif diplom və sertifikatları ilə təltif olunmuşdur. Fəaliyyətinin aktual və prioritet istiqamətlərindən biri də genderşünaslıq məsələlərini araşdırmaq olmuşdur. Hələ 1998-ci ilin fevral ayında Türkiyənin paytaxtı Ankara şəhərində Orta Doğu Texniki Universitetində İngiltərənin "Britiş Kounsl" təşkilatının Avropa Araşdırma və Tətbiq Mərkəzi ilə birgə "Gender inkişafda və qadın təhsili" proqramı çərçivəsində keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil etmisdir. Eyni zamanda, bir neçə dəfə gender problemləri ilə bağlı ABŞ-nin Nyu-York şəhərində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmiş, BMT-nin kürsüsündən qadın və kişilərin hüquqları, cəmiyyətdə yeri və rolu, təhsil sistemində gender problemləri ilə bağlı çıxışlar etmişdir.

31 oktyabr-1 noyabr 2013-cü il, 4–5 oktyabr 2014-cü il tarixlərində III və IV Bakı Beynəlxalq Humanitar Forumlarında iştirak etmiş və məruzə ilə çıxış etmişdir.

2014-cü il 10–11 noyabr tarixində keçirilən I Bakı Elm Festivalında "Multikulturalizm müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqaməti kimi" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.. 2015-ci il 24–25 sentyabr tarixlərində Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleya Şurasının və MDB-yə üzv dövlətlərinin qərarı ilə Avrasiya Qadınlar Forumunun nümayəndəsi olmuş, orada çıxış etmiş və nüfüzlu beynəlxalq forumda Azərbaycanı layiqincə təmsil etmişdir.

2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 26–28 iyun 2016-cı il tarixdə Moskva şəhərində "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi ilə Moskva Dövlət Humanitar-İqtisad Universitetinin birgə keçirdiyi tədbirdə iştirak və çıxış etmişdir.

26–29 sentyabr 2017-ci il tarixində Rusiya Federasiyasının Elmlər Akademiyasının Moskva şəhərində Ümumi Tarix İnstitunun və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (МГИМО) birgə təşkil etdiyi "Революция 1917 года и ее место в истории XX века" adlı Beylnəlxalq elmi konfransda Azərbaycanı yüksək səviyyədə təmsil edərək, elmi məruzə ilə çıxış etmiş və elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur.

2018-ci il tarixdə "The American Historical Review Oxford University press. Thomson Reuters. SNİP: 2.049, Impact factor: 1.145. 5-Yr impact factor: 2.075" adlı jurnalında-"The revolution of 1917 and the public –political, economic situation in Azerbaijan" mövzusunda məqaləsi çap olunmuşdur.

23 28 fevral 2018-ci il tarixlərində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Türkiyənin Trabzon şəhərində təşkil olunmuş silsilə tədbirlərdə, beynəlxalq elmi konfransda geniş məruzə ilə çıxış etmişdir .

2018-ci ildə nəfis şəkildə professor İradə Hüseynovanın "Qafqaz xalqlarının tarixi" adlı 1248 səhifə (78 çap vərəqi) həcmində fundamental dərsliyi işıq üzü görmüşdür.

19–22 sentyabr 2018-ci il tarixlərində Rusiya Federal yığıncağının Federasiya Şurasının və MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə II Avrasiya Qadınlar Forumunda iştirak etmiş və "Azərbaycan Respublikasının timsalında qadınların qlobal təhlükəsizliyin təminatında və davamlı inkişafında rolu" mövzusunda məruzə ilə çıxış etmişdir.

12–22 fevral 2019-cu il tarixdə Şri-Lanka dövlətinin Kolombo şəhərində "Qadınların gələcəyi" adlı beynəlxalq səviyyəli konfransda iştirak etmiş və məruzə ilə çıxış etmişdir.

İradə Hüseynovanın "История народов Кавказа" adlı kitabı 01 aprel 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2018-ci ilin yekunlarına dair hesabat məruzəsində ən mühüm elmi nailiyyət kimi qiymətləndirilmişdir.

Partiya fəaliyyəti

2000-ci ildə Yeni Azərbaycan Partiyasının proporsional sistem üzrə seçkilərdə Milli Məclisə millət vəkilliyinə namizədliyi irəli sürülmüşdür.

1999–2021 illərdə YAP-ın I-ci qurultayından VII-ci qurultayına qədər "Yeni Azərbaycan" partiyasının rəhbər orqanının — Siyasi Şurasının üzvü olmuşdur. Həmçinin Bakı Dövlət Universitetində "Yeni Azərbaycan" partiyasının Qadınlar şurasının sədri olmuşdur. 2014-cü il may ayında Respublika üzrə YAP Qadınlar Şurasının və İdarə Heyətinin üzvü seçilmişdir. 2014- YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini seçilmişdir.

Üzvlükləri

  • Türk Dünyası Araşdırmaları Uluslarası İlimlər Akademiyasının akademik üzvü
  • Rusiya Federasiyasının Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü
  • Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü.
  • Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü.
  • Ayrı-ayrı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.
  • Bakı Dövlət Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Dissertasiya Şurasının üzvü
  • AMEA-nın Qafqazşünaslıq İnstitunun Elmi Şurasının üzvü
  • AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının üzvü
  • Respublika Elmi tədqiqatların təşkili və Əlaqələndirilməsi Şurası Tarix üzrə Problem Şurasının üzvü
  • Tarix fakültəsi Elmi Şurasının üzvü
  • "Tarix və onun problemləri" adlı nəzəri, elmi, metodiki jurnalının redaksiya heyətinin üzvü
  • "Tarix, insan və cəmiyyət" elmi-nəzəri və elmi-metodik jurnalının redaksiya heyətinin üzvü
  • "Dirçəliş-XXI Əsr" beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü
  • "Межкультурные коммуникация" beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü
  • "Академическая история и мысль" Akademik Tarih ve Düşünce dergisinin təşkilat komitəsinin üzvü
  • "Journal of Qafqaz University" jurnalının redaksiya heyətinin üzvüdür.
  • "International Conference on works by Nızamı Ganjavı as a lıterary and hıstorıcal source" beynəlxalq konfransın təşkilat komitəsinin üzvü
  • Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda" Respublika elmi konfransının proqram komitəsinin üzvü
  • Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mükafatları

  • 2007- Avropa Komissiyası TEMPUS Fərdi Səfərlər Qrantının qalibi olmuş və TEMPUS Proqram çərçivəsində elm, təhsil problemləri ilə bağlı İsveçdə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış etmişdir.
  • 2008-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
  • 2011 — Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə İngiltərədə Oxford universitetində Beynəlxalq "Sokrat" mükafatına layiq görülmüşdür.
  • Tarixi, siyasi-dövlətçilik problemləri ilə bağlı fəal çıxışlarına, elmi yaradıcılığına görə "Azərbaycan bayrağı" və "Qızıl qələm" mükafatları ilə təltif edilmişdir.
  • 2012-ci il 2–5 sentyabr, 2013-cü il 19–21 noyabr tarixlərində YUNESKO-nun VIII və IX Bioetika, tibbi hüquq, insan hüquqları ilə bağlı beynəlxalq elmi konfranslarında geniş elmi məruzə ilə çıxış etmiş, xüsusi diplom və sertifikatlarla təltif olunmuşdur.
  • 2015-ci ildə Heydər Əliyev irsini araşdıran ilk alim kimi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin inkişafında, elmin, təhsilin inkişafında və elmi kadrların hazırlanmasında xidmətlərinə görə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə "Zamanla birgə" İctimai Birliyinin qərarı ilə Fəxri diploma layiq görülmüşdür.
  • 2015-ci ildə ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin ilk elmi tədqiqatçısı, Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifi kimi, həmçinin elm, təhsil və innovasiyaların inkişafındakı xidmətlərinə görə "Bizim lider" təşkilatının qərarı ilə Fəxri Diplomla təltif edilmişdir.
  • 2016-cı ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin qərarı ilə "İlin alimi" fəxri adına layiq görülmüşdür.
  • 27 dekabr 2016-cı ildə Azərbaycan Respublikasında tarix elminin və ali təhsil mədəniyyətinin inkişafında xidmətləri, yüksək şəxsi mədəniyyəti, vətəndaşlıq mövqeyi, milli təəssübkeşliyinə görə "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
  • 25 oktyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası yaranmasının 25-ci ildönümü münasibəti və partiyada fəal ictimai- siyasi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
  • 2018-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın, və uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən səmərəli fəaliyyətinə görə Fəxri diplomla təltif edilmişdir.
  • 22 may 2018-ci il tarixində professor İradə Hüseynova Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və həmin akademiyanın Beynəlxalq Qızıl ulduz mükafatına layiq görülmüşdür.
  • 10 may 2019-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən Dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə "Elm və sülh səfiri" Beynəlxalq tituluna və mükafatına layiq görülmüşdür.
  • 2019-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən Dünya Elminə göstərdiyi xidmətlərinə görə "Avropa Xidmət Ordeni" ilə təltif edilmişdir.
  • 2019 — Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib
  • 2019- Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən Azərbaycan Respublikası "Yubiley Medalı" ilə təltif edilmişdir.
  • 2019- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.