İradə Gözəlova

İradə Vaqif qızı Gözəlova — Azərbaycan teatr rejissoru, Gəncə Dövlət Dram Teatrının baş rejissoru.

İradə Gözəlova
İradə Vaqif qızı Gözəlova
Digər adı İradə Sayya Gözəlova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr rejissoru
Fəaliyyət illəri 2000-ci ildən

Həyatı

İradə Vaqif qızı Gözəlova 1982-cı ildə Bakı şəhərində anadan olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasına qəbul olunmuş, 2003 ildə bitirmişdir.1999 –2003 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib 2003–2009 il. Azərbaycan Dövlət "YUĞ" Teatrında rejissor işləyib. 2009 ildə Moskva şəhərində yerləşən A.P. Çexov adına Moskva Bədai Teatrının maqistraturasına qəbul olunmuş və 2011-ci ildə bitirmişdi.2014 ildə Gəncə Dövlət Dram teatrina baş rejissor vəzifəsinə təyin olunmuşdur, hal-hazirda bu vəzifədə çalışır.2017-ci il 10 martda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub. 1 may 2017-ci ildə[1], 9 may 2018-ci ildə[2], 10 may 2019-cu ildə[3], 7 may 2020-ci ildə[4] və 6 may 2023-cü ildə[5] Prezident Mükafatına layiq görülmüşdür.

Quruluş verdiyi tamaşalar (2000–2015)

  • "Lay-lay" – (A.P. Çexovun hekayələri əsasında) – rejissor (Azərbaycan Dövlət"YUĞ" teatrı)
  • "Ömər…Ömər…Ömər" – (Ömər Xəyyamin rübailəri əsasında) — rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı)
  • "Səni görüm"- müəllif və rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı)
  • "Qəribə oğlan" (İlyas Əfəndiyevin) — rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı)
  • "Bəlayi-eşq" (M. Fizulinin qəzəlləri əsasinda) — rejissor (Azərbaycan Dövlət"YUĞ" Teatrı)
  • "Pulxafan" — rejissor (Moskva şəhərində, Meyerxold adına mərkəzdə);
  • "Oğlum"- müəllif və rejissor (Moskva şəhərində,Meyerxold adına mərkəzdə)
  • "Ailə səhnələri" (A.Yablonskaya) — (Moskva çəhərində, "Dok" teatrında)
  • "Mən debiləm"( N.Duxaninanın) — (Moskva şəhərində, Meyerxold adına mərkəzdə)
  • "Alisa, sən hara?"-rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Rus Dram Teatrı)
  • "Leyli və Məcnun" Nizami Gəncəvi (xip-xop muzikl) — rejissor, ssenari müəllifi (H.Əliyev adına Sarayda)
  • "Evlənmə" (N.V.Qoqol) –rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı)
  • "1001 gecə" — rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Mingəçevir Dram Teatrı)
  • "Şah İsmayil Xətai" — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı)
  • "Kimdir müqəssir?" (Ə.B.Haqverdiyev) — (Azərbaycan Dövlət Musiqi Teatrı)
  • "Dağ Qadin və ya inadçının ram edilməsi" (V. Şekspir) — (Udmurtiya Rus Dram Teatrında, İjevsk şəhərində)
  • "Mənim günahım" (İlyas Əfəndiyev) — (Azərbaycan Dövlət Musiqili Teatrı)
  • "999-cu gecə" ("1001 gecə"də Şəhrizadın danışdığı 999-cu nağılı əsasında) — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı)
  • "Sabir" (Şəfaət Mehdiyev) — (Azərbaycan Dövlət Gəncə Teatrı)

İştirak edib

  • Moskvada keçirilən Çexov adina gənc rejissorlsar seminarında;
  • Londonda olan "Royal Court" teatrında stajirovkada;
  • Sankt-Peterburqun Aleksandrinka teatrında stajirovkada;
  • Ukraynada "Lyutıy fevral" festivalında "Səni görüm" tamaşasına görə mükafat;
  • Ukraynada "Klassika bu gün" festivalinda Qoqoln "Evlənmə" tamaşasına göre mükafat
  • Udmurtiyanin Rus Dram Teatrında Şekspirin "Dağ Qadin və ya inadçının ram edilməsi" tamaşasına göre mükafat.
  • Udmurtiyanın İjevsk şəhərində " Şekspir dünyası" laboratoriyanin qalibi olub.

Filmoqrafiya

  1. Pəri qala (film, 2007)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.