İradə Əliyeva

İradə Azad qızı Əliyeva (27 dekabr 1991, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub.

İradə Əliyeva
İradə Əliyeva 2016-cı il Yay Paralimpiya Oyunlarında
İradə Əliyeva 2016-cı il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı İradə Azad qızı Əliyeva
Vətəndaşlığı
Doğum tarixi 27 dekabr 1991(1991-12-27) (32 yaş)
Doğum yeri
Boyu 162 sm. (5 ft 6 in)
İdman növü Yüngül atletika
Məşqçisi Bəxtiyar Zeynalov

Həyatı

İradə Əliyeva 1991-ci il dekabrın 27-də Bakı şəhərində anadan olub. 1997–2008-ci illərdə Sabunçu rayonunda 310 nömrəli tam orta məjtəbdə təhsil alan İradə Əliyeva, ali təhsilini 2008–2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Ajademiyasında (ADBTİA) alıb. Əvvəl voleybolla məşğul olub. 2005-ci ildən isə nizə atma ilə məşğul olur. Şəxsi məşqçisi Bəxtiyar Zeynalovdur.

Karyerası

İradə Əliyeva 2015-ci ildə Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında 44.18 metr nəticə ilə turnirin qalibi oldu.

2016-cı ilin avqust ayında İradə Əliyeva Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. İradə Əliyeva nizə atma turnirində 42.58 metr nəticə ilə gümüş medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə İradə Azad qızı Əliyeva 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[1]

İstinadlar

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 30.09.2022. Archived from the original on 2016-10-28. İstifadə tarixi: 30.09.2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.