İrəvan metropoliteni

İrəvan metropoliteni (erm. Կարեն Դեմիրճյանի անվան Երևանի Մետրոպոլիտեն; bütöv adı — Karen Dəmirçiyan adına İrəvan metropoliteni) — Ermənistanın İrəvan şəhərində mövcud olan metro xətti.

İrəvan metropoliteni
Təsvir
Ölkə Ermənistan Ermənistan
Yerləşməsi İrəvan
Açılış tarixi 7 mart 1981
Saytı İrəvan metropoliteninin rəsmi saytı
Marşrut şəbəkəsi
Stansiyaların sayı 10 işləyən
2 layihələndirilən
Şəbəkənin uzunluğu
  • 12,1 km
Texniki detallar
Xətlərin sxemi
İrəvan metrosunun sxemi
İrəvan metrosunun sxemi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Metro İrəvan şəhərində ilk dəfə olaraq 7 mart 1981-ci ildə istifadəyə verilmişdir. Bir xətt üzərində yerləşən metro 10 stansiyadan ibarətdir. Xəttin ümumi uzunluğu 12,1 km-dir. Adi sxem üzrə vaqonlar «Dostluq» stansiyasından «Qaryagin Njde meydanı» stansiyasına hərəkət edir. Metro xətti bir istiqamətli olduğundan vaqonlar «Çarbax» stansiyasından «Şenqavit» stansiyasına gəldikdən sonra maşinist qatarın digər hissəsində yerləşən kabinadan vaqonları geriyə əks istiqamətdə aparmalı olur. Səkkiz stansiyanın isə gələcəkdə tikintisi planlaşdırılır. Metropolitenin tikintisinə hələ 1972-ci ildən başlanmışdır. İlk əvvəl yeraltı tramvay xətti kimi planlaşdırılmışdır. Sonradan isə metropolitenin balansına verilir. Elanlar metroda erməni, rus və ingilis dillərində səsləndirilir. SSRİ dağıldıqdan sonra metronun emblemi adi «М», sonradan isə erməni əlifbasında olan «М» ilə əvəzlənir. Bu emblem latın əlifbasında olan «V» hərfini xatlrladır.

İrəvan metropolitenin 81-717/714 tipli vaqonu

Vaqon deposu

Xətdə yalnız bir «Şenqavit» eletrodeposu fəaliyyət göstərir. İki tip vaqona sahibdir: 81-717, 81-714. 2011-ci ilin sentyabr ayından vaqonların miderləşdirilməsinə başlanılmışdır.

Stansiyaların açılma ardıcıllığı

İrəvan metrosunda metro sxemi

7 mart 1981: «Dostluq» (Barekamutyun) — «Sasuntsi David». Xətt deposun istfadəyə verilmişdir. Dekabr 1981: «Respublika meydanı»

11 iyun 1983: «Sasunlu David» — «Qortsaranayin»

26 dekabr 1985: «Qortsaranayin» — «Şenqavit», üstəlik Şenqavit deposu istifadəyə verilir.

4 yanvar 1987: «Şenqavit» — «Qaregin Njde meydanı»

2 dekabr 1989: «Zoravar Andranik»

26 dekabr 1996: «Şenqavit» — «Çarbax»

Gediş haqqı

  • 2 aprel 1991 — 5 qəpik
  • 2003 — 40 dram
  • əvvəl 1.07.2011 — 50 dram
  • sonra 1.07.2011 — 100 dram[1]

Perespektiv

İrəvan metropoliteninin gələcəyi naməlumdur. 1996-cı ildən stansiya tikintisi aparılmır. Sovet dönəminim sonları (1989-1991) «Açapnyak» və «Nazarbekyan» stansiyasının tikintisi aparılsada hələdə böyük işlər görülməlidir.

İrəvan — Zvartnos hava limanı

Ermənistan nəqliyyat və kommunikasiya nazirliyi Ermənistan dəmir yolu ilə birlikdə Zvartnos hava limanına sürətli dəmiryolu çəkilişi planlaşdırılır[2][3]. Bununla da İrəvan dəmir yolu xətti metro sisteminə inteqrasiya olunacaqdır.

Qalereya

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.